Sie sind auf Seite 1von 121

Tempusprojekt: 516678 TEMPUS-1-2011-1-DE-TEMPUS-

JPCR: ANPASSUNG DES LEHRBETRIEBS AN DEN


BOLOGNA PROZESSIM INGENIEURSTUDIUM FÜR
ASERBAIDSCHAN

Vorlesungsskript: Grundlagen der Messtechnik

Für Studiengang: Bachelor-


Automatisierunmgstechnik und Elektrische
Energietechnik

Bakalavr təhsili üçün- Proseslərin


avtomatlaşdırılması və Elektroenergetika
ixtisasları üzrə

Ölçmə texnikasının əsasları

Dr. Ing. Ahmedov Ramiz


Dr. Ing. Aliyev Hikmat

Baku 2015
INHALTSVERZEICHNIS

1. Grundlagen der Metrologie


1.1. Die Grundbegriffe und Definitionen der Messungen
1.2. Physikalische Größe. Die Einheiten der physikalischen
Größe
1.3. Arten von Messungen
1.4. Meβverfahren
1.5. Messfehler
1.6. Zufällige Fehler und deren Bewertung
2. Messmittel
2.1. Grundlegende Konzepte
2.2. Merkmale der Messmittel
2.3. Die Strukturschemata der Messmittel
2.4. Maßsysteme
2.5. Kompensatoren
2.6. Messtransformatoren
2.6.1. Elektromagnetische Strom- und
Spannungstransformatoren
2.6.2. Optische Strom und Spannungswandler
3. Analoge Messgeräte
3.1. Komponenten und Eigenschaften der elektromechanischen
analogen Messgeräte
3.2. Elektronische analoge Messgeräte
4. Digitale Messgeräte
4.1. Komponenten und allgemeine Eigenschaften der
Messgeräte
4.2. Klassifizierung und grundlegende Eigenschaften der
digitalen Messgeräte
4.3. Analog-Digital und Digital –Analog-Wandler
4.4. Digital Messgeräte mit Mikroprozessor
5. Spannung, Leistung, Strom und Energiemessung

1
5.1. Messung mit Analoggeräten
5.2. Messung mit Digitalgeräten
6. Frequenz und Phasenmessung
6.1. Frequenzmessung
6.2. Phasenmessung
7. Wiederstands-Kapazität– und Induktivitätsmessung
7.1. Wiederstandsmessung
7.2. Kapazitäts-und Induktivitätsmessung
8. Die Messungen der magnetischen Größen
8.1. Messung von magnetischen Flüsse, von Induktion-und
Magnetfeldstärke
10. Messung nichtelektrischer Großen
10.1. Messung der Temperatur
10.2. Druckmessung
10.3. Beschleunigungsmessung
10.4. Optische Messgeräte
10.4.1. Optische Strom-und Spannungssensoren
10.4.2. Optische Meβverfahren von hohen Spannungen und
Strömen

2
MÜNDƏRİCAT

1.METROLOGİYANIN ƏSASLARI ……..............…........... 6


1.1. Ümumi məlumat……………........................................... 6
1.2. Ölçmələr haqqında əsas anlayışlar və təriflər………....... 6
1.3. Fiziki kəmiyyət. Fiziki kəmiyyət vahidi……………....... 7
1.4. Ölçmələrin növləri............................................................ 9
1.5. Ölçmə metodları...............................................................10
1.6. Ölçmə xətaları..................…………………………......... 11
1.7. Təsadüfi xətalar və onların qiymətləndirilməsi……......... 13
2. ÖLÇMƏ VASİTƏLƏRİ......................................................16
2.1. Əsas anlayışlar................................................................... 16
2.2. Ölçmə vasitələrinin xarakteristikaları……………............17
2.3. Ölçmə vasitələrinin struktur sxemləri……………............19
2.4. Ölçmə sxemləri……………………………………..........22
2.4.1.Körpü ölçmə sxemləri............................................... 22
2.4.2.Sabit cərəyan körpüləri……………......................... 22
2.4.3. Dəyişən cərəyan körpülər.......................................... 24
2.4.4. Avtomatik körpülər….............................................. 24
2.5. Kompensatorlar..........................…………………...........27
2.6.Ölçmə transformatorları..................................................... 28
2.6.1.Elektromaqnit cərəyan və gərginlik transformatorları.....28.
2.6.2.Optik cərəyan və gərginlik transformatorları.......... ......33
3. ANALOQ ÖLÇMƏ CİHAZLARI.................................... 35.
3.1.Elektromexaniki analoq ölçmə cihazlarının
tərkibi və ümumi xassələri................................................. 35
3.2.Elektromexaniki cihazların ölçmə mexanizmləri..............
3.3.Elektron analoq ölçmə cihazları.........................................
4. RƏQƏM ÖLÇMƏ CİHAZLARI....................................
4.1.Rəqəm ölçmə cihazlarının tərkibi və ümumi
xassələri.............................................................................41
4.2.Rəqəm ölçmə cihazlarının təsnifatı və əsas
xarakteristikaları.......................................................................43
4.3.Analoq-rəqəm və rəqəm-analoq çeviriciləri.......................46
4.4.Mikroprosessorlu rəqəm ölçmə cihazları............................52

3
5. GƏRGINLIYIN, CƏRƏYANIN, GÜCÜN VƏ ENERJININ
ÖLÇÜLMƏSI................................. ......54
5.1.Gərginliyin analoq cihazları ilə ölçülməsi....................... 54
5.2. Gərginliyin rəqəm cihazları ilə ölçülməsi......... .............57
5.3. Cərəyanın ölçülməsi........................................................5 7
5.4. Aktiv gücün və enerjinin ölçülməsi.................................60
5.5. Reaktiv gücün və enerjinin ölçülməsi.............................64
6. TEZLİYİN VƏ FAZANIN ÖLÇÜLMƏSİ......................69
6.1. Tezliyin ölçülməsi...........................................................69
6.2. Fazanın ölçülməsi..........................................................70
7. MÜQAVİMƏTİN, TUTUMUN VƏ
İNDUKTİVLİYİN ÖLÇÜLMƏSİ.....................................73
7.1. Müqavimətin ölçülməsi.................................... ...............73
7.2. Elektromexaniki ommetrlər.................................... ........74
7.3. Elektron ommetrləri................................................ ........75
7.4. Tutumun və induktivliyin ölçülməsi................................79
8. MAQNİT KƏMİYYƏTLƏRİNİN ÖLÇÜLMƏSİ............83
8.1. Maqnit ölçmələri haqqında məlumat...............................83
8.2.Maqnit selinin, induksiyanın və maqnit
sahə gərginliyinin ölçülməsi.............................................84
8.3.Maqnit materialları və onların xarakteristikaları..............86
8.3.1. Statik xarakteristikalar..................................................86
8.3.2. Dinamik xarakteristikalar.............................................87
9. OPTİK ÖLÇMƏLƏR.........................................................89
9.1. Ümumi məlumat..............................................................89
9.2.Optik ölçmə cihazlarının təsnifatı....................................89
9.3.Optik-lif vericiləri............................................................ 91
9.4. Optik cərəyan və gərginlik vericiləri.............................. 93
9.5. Yüksək gərginlikləri və böyük cərəyanları
optik ölçmə metodları....................................................101
9.6. Optik kabellər və onlarda aparılan ölçmələr.................102
9.6.1. Optik kabellər və onların elementləri.........................102
10. QEYRİ-ELEKTRİK KƏMİYYƏTLƏRİNİN
ÖLÇÜLMƏSİ.................................................................105
10.1.Temperaturun ölçülməsi......................................... ... 105
10.1.1. Kontakt termometrləri.............................................106

4
10.1.2. İstilik şüalanmasına görə cisimlərin
temperaturunun ölçülməsi (pirometriya)............................108
10.1.3. Optik-lif temperatur vericisi.....................................110
10.2. Təzyiqin ölçülməsi......................................................111
10.3. Təcilin ölçülməsi.........................................................113
10.4. Bucaq sürətinin ölçulməsi- optik-lif hiroskopu...........114
10.5. Ölçmə informasiyasının yığılması və emalı.... ...........116
ƏDƏBIYYAT......................................................................119

5
1. METROLOGİYANIN ƏSASLARI

1.1. Ümumi məlumat

Metrologiya elmi ölçmənin nəzəri və təcrübi məsələləri ilə


məşğul olur.Metrologiya daha geniş mənada ölçmələr,ölçmə
metodları və vasitələri, onların təmin edilməsi,tələb olunan
dəqiqlik üsulları haqqında elm kimi başa düşülür.
D. İ. Mendeleyev hələ o vaxtlar qeyd etmişdi ki, “ elm
ölçmələrə başlamaqdan sonra başlanır. Ölçmələrsiz heç bir dəqiq
elm təsəvvür edilə bilməz”
Metrologiya ölçmələrdən, ölçmə metodları və vasitələrinin
bütövlüyünün təmin edilməsindən,tələb olunan dəqiqliyin əldə
edilməsi üsullarından bəhs edən elm olub, ölçmə texnikasının
nəzəri əsasları ilə məşğul olur, yəni elmin ölçmələri öyrənən
sahəsi metrologiyadır. Metrologiya iki yunan sözündən təşkil
edilmişdir: metro – ölçü, loqos – anlayış deməkdir.Deməli,
metrologiya eyni zamanda ölçü anlayışı deməkdir.
Metrologiya elm,texnika və iqtisadiyyatın bütün sahələrin-
də tərəqqinin əsaslı ilkin şərtidir.Elmi problem nə qədər mürəkkəb
olarsa, metrologiyanın əhəmiyyəti bir o qədər böyük olar.
İldən-ilə ölçmənin rolu və əhəmiyyəti yüksəlir.Müasir
metodlardan istifadə edərək alimlər maddələrin tərkibini dəqiq
ölçürlər. Ölçmələr bir çox insanların əsas peşəsidir (texniki
nəzarət şöbələrinin,zavod laboratoriyalarının və sınaq mərkəz-
lərinin işçiləri).Ölçü işi hədsiz böyükdür və hələ açılmayan
ehtiyatlara malikdir,onun istifadə edilməsi texniki tərəqqinin
həyata keçirilməsinin həlledici şərtlərindən biridir.

1.2. Ölçmələr haqqında əsas anlayışlar və təriflər

Fiziki kəmiyyətin qiymətinin təcrübə yolu ilə xüsusi


texniki avadanlığın köməyi ilə tapılmasına ölçmə deyilir.
Ölçmənin məqsədi ölçməyə olan tələbatları təyin edir,
tədqiqat obyektinin maraq kəsb edən fiziki kəmiyyətlərini ayırır
və ölçmənin tələb olunan dəqiqliyini təyin edir.
6
Tədqiqat (ölçmə) obyekti təbii və ya texnoloji mühitə
malik real fiziki obyektdir.
Obyektin modeli obyektin verilən məsələ üçün əhəmiyyət
kəsb edən xassələrini əks etdirən nəzəri-fiziki və riyazi
konstruksiyadır.
Aprior informasiya – ölçmənin effektivliyini təmin edən
amillərdən biridir. Aprior informasiyasız ölçmə mümkün deyil.
Bu informasiya maksimum olduqda (ölçülən kəmiyyətin qiyməti
məlum olduqda) ölçmə lazım deyil.
Ölçülən kəmiyyət obyektin modelinin xüsusiyyətini əks
etdirən və ölçmənin köməyi ilə qiymətinin tapılması zəruri olan
sabit parametrdir.
Ölçmə vasitəsi ölçmələrdə istifadə olunan normallaşdı-
rılmış metroloji xassələrə malik texniki vasitə kimi müəyyən
olunur.
Ölçmənin nəticəsi fiziki kəmiyyətin ölçmədən alınan
qiymətlər çoxluğudur.
Ölçmənin tənliyi ölçmənin formalizə olunmuş yazılışına
deyilir və təcrübi verilənlərlə ölçmə nəticəsi arasındakı əlaqəni
ifadə edir.
Ölçmə nə qədər dəqiq aparılarsa da, həmişə müəyyən
xətaya malik olur ki, bu da bizi maraqlandıran fiziki kəmiy-
yətlərin müəyyən olunmasının dəqiqliyinə mənfi təsir göstərir.
Ölçmə xətası ölçülən kəmiyyətin həqiqi qiyməti ilə ölçmə
nəticəsi arasındakı fərqə deyilir.

1.3. Fiziki kəmiyyət. Fiziki kəmiyyət vahidi

Fiziki kəmiyyətlərin ölçülməci üçün müxtəlif vahidlər


sistemləri təklif olunmuşdur.1960-cı ildə ölçü və çəkilər üzrə X1
Baş konfrans sonuncu yeni sistemi qəbul etmiş,ona Beynəlxalq
vahidlər sistemi “System International” adı verərək, ixtisar
edilmiş “Sİ”, rusca transkripsiyada “СИ” ilə işarə etmişdir.
Fiziki kəmiyyət Beynəlxalq vahidlər sistemi indiki vaxta
kimi bütün mövcud olanlardan daha kamil və universaldır. Stan-
dartlaşdırma üzrə Beynəlxalq təşkilat (İSO) öz tövsiyələrində

7
Beynəlxalq vahid sistemini qəbul etmişdir.Bu sistemin əsas və
əlavə vahidləri 1.1 cədvəlində verilmlşdir.
Cədvəl 1.1
Əsas vahidlər
Vahid
Ölçüs
Fiziki kəmiyyətin adı Adı İşarələnməsi
ü
Uzunluq L metr m
Kütlə M kiloqram kg
Müddət T saniyə s
Elektrik cərəyanının gücü İ amper A
Termodinamik temperatur  Kelvin K
İşığın gücü J Kandela cd
Maddə miqdarı N Mol mol
Əlavə
Müstəvi bucaq - radian rad
Cisim bucağı - steradian sr

Sİ sisteminin əlavə vahidləri yalnız bucaq sürəti və bucaq


təcilinin vahidlərini yaratmaq üçündür. Bu sistemin əlavə fiziki
kəmiyyətlərinin vahidlərinə radian və steradian aiddir.
Radian (rad) – çevrənin iki radiusu arasındakı bucaqdır və
bu çevrənin qövsünün uzunluğu həmin radiusa bərabərdir.
Praktiki hallarda adətən bucaq kəmiyyətlərinin ölçüsü kimi
aşağıdakı vahidlərdən istifadə olunur:
dərəcə - 1o = 2  /360 rad = 1,7453.10-2 rad;
dəqiqə - 1/ = 1o/60 = 2,9088.10-4 rad;
saniyə - 1// =1//60 = 1o/3600 =4,8481.10-6 rad;
radian – 1 rad = 57o17/45// = 57,2961o = (3.4378.103)/=
2.0627.105)// .
Steradian (sr) təpəsi kürənin mərkəzində olan və onun
səthindən tərəfi kürənin radiusuna bərabər olan kvadratın sahəsi
boyda sahə kəsib ayıran cisim bucağıdır.
Bu bucağı müstəvi bucaqların köməyilə və
  21  cos( / 2)

8
ilə hesablamaqla təyin edirlər.Burada  - cisim bucağı,  -
müstəvi bucaqdır.
Sİ sisteminin törəmə vahidləri əsas və əlavə vahidlərdən
yaradılır.1.2 cədvəlində törəmə vahidlər göstərilmişdir.
Cədvəl 1.2
Törəmə vahidlər
Kəmiyyət Vahid
Şərti işarə
Adı Ölçüsü Adı
Beynəlxalq milli
Tezlik T-1 hers Hz Hs
Enerli, iş, istilik
L2MT-2 coul J C
miqdarı
Qüvvə, çəki LMT-2 nyuton N N
Güc, enerji seli 2
L MT -3
vatt W Vt
Elektrik miqdarı Tİ kulon C Kl
Elektrik gərginliyi,
L2MT-3İ-1 volt V V
e.h.q., potensial
Elektrik tutumu L-2M-1T4İ2 farad F F
Elektrik
L2MT-3İ-2 om Ω Om
müqaviməti
Elektrik keçiriciliyi L-2M-1T3İ2 simens S Sm
Maqnit induksiyası MT-2İ-1 tesla T Tl
Maqnit induksiya
L2MT-2İ-1 veber Wb Vb
seli
İnduktivlik və
qarşılıqlı L2MT-2İ-2 henri H Hn
induktivlik

1.4. Ölçmələrin növləri

Ölçmə nəticələrinin alınma üsullarına görə ölçmələr


bölünür:
1. Birbaşa ölçmələr. Bu ölçmələrdə nəticə bilavasitə
təcrübədən alınır. Məsələn, cərəyanın ampermetrlə, temperaturun
termometrlə ölçülməsi və s.

9
2. Dolayı ölçmələr. Belə halda nəticə hesablama yolu ilə
axtarılan kəmiyyətlə birbaşa ölçmədən alınan kəmiyyət arasındakı
məlum asılılıqlardan alınır.
3. Birgə ölçmələr. Bu halda nəticə dəyişkən şəraitdə apa-
rılan birbaşa və dolayı ölçmələr sırasından alınır. Ölçmələrin
nəticəsinə görə tənliklər sistemi qurulur və bu sistemin həllindən
axtarılan nəticə tapılır.
4. Müştərək ölçmələr – eyni zamanda bir sıra eyni adlı kə-
miyyətin ölçülməsi ilə yerinə yetirilir,belə ki, axtarılan kəmiy-
yətin qiyməti kəmiyyətlərin bilavasitə ölçülməsi nəticəsində tərtib
edilmiş tənliklər sisteminin həllindən tapılır. Məsələn, ardıcıl və
paralel birləşdirilmiş iki rezistorun müqavimətlərinin qiymət-
lərinin iki tənliklər sisteminin köməyi ilə tapılması.

1.5. Ölçmə metodları

Ölçmə vasitələri və ölçmə prinsiplərindən istifadə üsulun-


dan asılı olaraq elektrik ölçmə metodları bilavasitə qiymət-
ləndirmə metoduna və müqayisə metoduna bölünür.
1.Bilavasitə qiymətləndirmə metodu. Bu halda ölçmə
nəticəsi birbaşa, heç bir əlavə əməliyyat yerinə yetirilmədən alı-
nır. Məsələn, gərginliyin voltmetrlə ölçülməsi.
2.Müqayisə metodu. Bu metodda ölçülən kəmiyyət
nümunəvi ölçü kimi götürülmüş kəmiyyətlə müqayisə edilir.
Müqayisə metoduna aşağıdakılar aiddir: sıfır metodu; diferensial
metod; əvəzetmə metodu; üst – üstə düşmə metodu.
a) sıfır metodu (şəkil 1.1). Bu metoda kompensasiya və
körpü metodları aiddir. Həmin metodda nümunəvi Un kəmiyyəti
ilə ölçülən Ux kəmiyyətinin fərqi ∆U sıfra gətirilir, yəni Un-
Ux=∆U. Əgər ∆U=0 olsa, bu fərqi ölçən deyil, onun olmadığını
göstərən cihaz – “sıfır – indikator” lazım olur. Belə cihazlardan
yüksək dəqiqlik deyil, yüksək həssaslıq tələb olunur.
b) diferensial metod (fərq metodu). Bu halda fərq ölçülür,
yəni Un - Ux = ∆U və ∆U ≠ 0.
Bu metod ölçmə cihazının öz dəqiqliyindən yüksək
dəqiqliklə ölçmə aparılmasına imkan verir.

10
Şəkil 1.1. Sıfır metodu ilə gərginliyin ölçülməsi sxemi

c) əvəzetmə metodu. Bu metodla ölçmə belə aparılır:


ölçülən kəmiyyət uyğun cihazları (məsələn, voltmetri) olan hər
hansı ölçmə dövrəsinə qoşularaq ya müvazinətlənir, ya da
dövrədə müəyyən rejim yaradılır. Sonra ölçülən kəmiyyət əvəzinə
uyğun nümunəvi ölçü qoşulur və o, dövrədə əvvəlki rejim
yaranana qədər tənzim edilir. Bu hal ölçülən kəmiyyətin
qiymətinin nümunəvi ölçünün qiymətinə bərabər olduğu anda
mümkündür. Beləliklə, iki ölçmənin nəticəsinə görə ölçülən
kəmiyyət müəyyən oluna bilər.
d) üst – üstə düşmə metodu. Bu metodda şkalanın
müəyyən bölgülərinin və ya siqnalların üst – üstə düşməsindən
istifadə edilir və o, ölçmə dəqiqliyini artırmaq üçün işlədilən
cihazlarda geniş tətbiq olunur.

1.6. Ölçmə xətaları

Fiziki kəmiyyətin ölçülməsi nəticəsində onun qiyməti


təyin edilir. Ölçmə nəticəsində alınan bu qiymət kəmiyyətin əsil
qiymətindən həmişə fərqlənir. Həmin fərq ölçmə xətası olub,
müxtəlif səbəblərdən yaranır.
Ölçmənin mütləq xətası onun nominal qiyməti ilə ölçünün
təcəssüm etdirdiyi kəmiyyətin əsil qiyməti arasındakı fərqə
bərabərdir.
Ölçmə cihazının mütləq xətası cihazın göstərişi ilə ölçülən
kəmiyyətin əsil qiyməti arasındakı fərqə bərabərdir
Mütləq xətanın ölçülən kəmiyyətin əsil qiymətinə olan
nisbətinə nisbi xəta deyilir.

11
Ölçmə nəticəsi həqiqi qiymətdən artıq alınarsa, xəta
müsbət, əks halda isə mənfi olur.
Bəzi hallarda ölçmə vasitəsinin xarakteristikası kimi
ölçmə vasitələrinin dəqiqiliyi anlayışından istifadə olunur.
Dəqiqlik – ölçmə vasitəsinin xətasının sıfra yaxınlığını əks
etdirən keyfiyyəti kimi başa düşülür.
Ölçülən kəmiyyətin zaman ərzində dəyişməsindən asılı
olaraq ölçmə vasitələrinin aşağıdakı xətaları vardır:
1) statik xəta – zaman ərzində sabit qalan kəmiyyəti ölçdükdə
yaranan xətadır;
2) dinamik xəta – dinamik rejimdəki xəta ilə baxılan zaman
anında ölçülən kəmiyyətin qiymətinə uyğun olan statik
Ölçmə vasitələrinin xətalarının dəyişmə xarakterindən
asılı olaraq mövcuddur:
1) sistematik xətalar – eyni bir kəmiyyətin təkrar ölçülməsində
ya sabit qalır, ya da müəyyən qanunla dəyişir;
2) təsadüfi xətalar – eyni bir kəmiyyətin təkrar ölçülməsində
təsadüfi olaraq dəyişir;
3) kobud xətalar (yanlışlıqlar) – təcrübədə kobud səhvlər
buraxılması nəticəsində gözlənildiyindən artıq alınan
xətalardır.
Yaranma şəraitindən asılı olaraq aşağıdakı xətalar
mövucuddur:
1) əsas xəta – normal şəraitdə istifadə olunan ölçmə
vasitəsinin xətası;
2) əlavə xəta – ölçmə vasitəsinə təsir edən kəmiyyətlərdən
birinin normal qiymətə nisbətən meyletməsi və ya normal
qiymətlər həddindən kənara çıxması nəticəsində yaranan
xətadır.
Bundan əlavə ölçmə cihazlarının dəqiqliyini
qiymətləndirmək üçün gətirilmiş xəta anlayışından da istifadə
olunur.
Gətirilmiş xəta – mütləq xətanın ölçülən kəmiyyətin hər
hansı bir normallaşdırılmış qiymətinə, adətən cihazın şkalasının
maksimum qiymətinə olan nisbətinə deyilir:

12

 100% ,
N
burada N – cihazın şkalasının maksimum qiymətidir.
Sistematik ölçmə xətalarını yaranma səbəblərinə görə üç
qrupa bölmək olar: instrumental (alət), metod və subyektiv.
Alət xətaları – ölçmə vasitələrinin konsturksiyasındakı
nöqsanlardan, onların hazırlanma texnologiyasına riayət
olunmamasından, ölçmə mexanizmlərinin sürtünməsindən, həssas
elementlərin qeyri-təkmilliyindən və s. səbəblərdən yaranır.
Metod xətaları – ölçmə metodunun dəqiq olmamasından
və yaxud ölçmənin aparılması ilə əlaqədar şəraitin dəqiq
öyrənilməməsindən yaranır.
Subyektiv xətalar – ölçmə aparan şəxsin şəxsi
xüsusiyyətlərindən yaranır, məsələn, ölçmə nəticəsinin düzgün
götürülməməsi və s.
Ölçmə vasitələrində çox vaxt giriş siqnalına mütənasib
olaraq artan xətalar yaranır. Bunlar multiplikativ xətalar adlanır.
Mümkün olan qiymətləri çıxış siqnalının səviyyəsindən
asılı olmayan xətalar additiv adlanır. Additiv xəta ölçülən kə-
miyyətin qiymətindən asılı deyildir; multiplikativ xəta – ona
mütənasibdir (ölçülən kəmiyyətin qiymətinə). Müvafiq olaraq,
nisbi additiv xəta ölçülən kəmiyyətin qiymətinə tərs mütənasibdir;
nisbi multiplikativ xəta isə ondan asılı deyildir. Additiv xətanı
bəzən sıfrın xətası, multiplikativ xətanı isə - həssaslıq xətası da
adlandırırlar. Real şəraitdə ölçmə vasitəsinə hər iki xəta aiddir.

1.7. Təsadüfi xətalar və onların qiymətləndirilməsi

Təsadüfi xətalar ölçmə prosesinə təsadüfi amillərin


təsirindən yaranır. Ölçmənin təsadüfi xətası i-ci ölçmənin nəticəsi
ai ilə kəmiyyətin əsil (həqiqi) qiyməti A arasındakı fərqə
bərabərdir (sistematik xətanın olmadığı fərz edilərsə):
∆ai = ai - A,
ölçmənin nisbi xətası isə βi=∆ai/A.
Bir sıra ölçmələr aparıldıqda xəta iki kəmiyyətlə qiymət-
ləndirilə bilər:
13
1) bir sıra ölçmələrin orta kvadratik meyletməsi
n

 a 2
i
 i 1 (1.1)
n 1
2) bir sıra ölçmələrin orta hesabı xətası
n

 a i
 i 1 , (1.2)
n
burada n – ölçmələrin sayıdır.
Ehtimal nəzəriyyəsinə görə bu iki xəta arasında əlaqə
vardır:
2 4
     0.8 (1.3)
 5
Qeyd etmək lazımdır ki, əksər hallarda təsadüfi xətaların
ehtimal sıxlığı normal paylanma (Qauss) qanununa tabe olur. Bu
qanun aşağıdakı kimi ifadə olunur:
a 2
1  2
y e 2 ,
 2
burada y – ölçmə nəticəsinin paylanma sıxlığı (təsadüfi xəta ∆a-
nın ehtimal sıxlığı); σ – orta kvadratik meyletmədir. Orta
kvadratik meyletmənin kvadratı dispersiya adlanır və ölçülən
kəmiyyətin səpələnmə miqdarını xarakterizə edir.
Normal paylanma aşağıdakı xüsusiyyətlərlə xarakterizə
olunur:
1) nəticə nə qədər dəqiq və ya xəta nə qədər kiçikdirsə,
xətalar bir o qədər tez-tez təkrar olunur;
2) nəticə və xəta bir sıra fasiləsiz qiymətlər ala bilər;
3) xətaların paylanma əyrisi simmetrikdir – eyni qiymətli,
lakin müxtəlif işarəli xətalara eyni dərəcə tezliklə təsadüf olunur.
Qauss paylanma əyrisinin xüsusiyyətlərindən məlumdur
ki,ölçmələrin sayını atrırdıqda xətaların cəmi sıfra yaxınlaşır.
Ölçmə vaxtı xətanın yalnız qiymətinin deyil, həmçinin
onun müəyyən ±ε intervalından kənara çıxmadığını bilmək
lazımdır, yəni

14
P(Aor-ε‹A‹Aor+ε)=α;

burada α – etibarlılıq ehtimalı, ±ε isə etibarlılıq intervalı adlanır;


Aor – ölçmə nəticələrinin orta hesabi qiyməti olub, aşağıdakı kimi
təyin olunur:
a1  a2      an ,
Aor  (1.4)
n
burada a1,a2,...,an – ayrı-ayrı ölçmələrin nəticələri, n – ölçmələrin
sayıdır.
Etibarlılıq intervalı istənilən qiymətdə ola bilər, ən çox
aşağıdakılar tətbiq olunur:
2
1) ε=±0.674σ≈±  intervalı α=0.5 etibarlılıq ehtimalına
3
uyğun gəlir.
2) ε=±σ intervalı standart səhv adlanır və ona α=0.6826
uyğun gəlir;
3) ε=±3σ intervalı ən böyük və ya həddi xətaya uyğun gəlir.
Bu halda α=0.9973, yəni hər 370 ölçmədə yalnız bir xəta həmin
həddən kənara çıxacaqdır.
Praktikada əksər hallarda ölçülən kəmiyyətin həqiqi
qiyməti və buna görə də təsadüfi xətalar naməlum olur. Ehtimal
nəzəriyyəsində sübut olunmuşdur ki, ölçmə nəticələrinin orta
hesabi qiyməti ölçülən kəmiyyətin əsil qiymətinə ən yaxın olan
qiymət hesab edilə bilər. Lakin bu halda da müəyyən xəta nəzərə
alınmalıdır. Bu zaman qalıq xətaları (ρi) anlayışından istifadə
edilir. Bu xətalar bilavasitə təcrübədən tapılır :
ρi=ai - Aor
Qalıq xətaları təsadüfi kəmiyyət olub, aşağıdakı xüsusiy-
n n
yətə malikdirlər:   i  0 və  i
2
 Min .
i 1 i 1
Ölçülən kəmiyyətin əsil qiymətini onun orta qiymətilə
əvəz etdikdə ehtimal nəzəriyyəsinə əsasən orta kvadratik
meyletmə, ehtimal xətası və orta hesabi xəta qalıq xətası ilə belə
ifadə oluna bilər:

15
n

      
2 2 2  i
2

(1.5)
 1 2 n
 i 1
,
n 1 n 1
n

2 2  i
2

    i 1
, (1.6)
3 3 n 1
n n

4 4  i
2
 i
  i 1
 i 1 . (1.7)
5 5 n 1 nn  1
(1.5), (1.6), (1.7) düsturları hər hansı bir kəmiyyətin bir
sıra ölçmələrinin xətalarını qiymətləndirməyə imkan verir.
Xətalar nəzəriyyəsində bir sıra ölçmələrin xətalarından
başqa ölçmə nəticəsinin xətalarının da qiymətləndirilməsi böyük
əhəmiyyətə malikdir. Bu zaman nəticənin ehtimal E xətası,
 
E , nəticənin orta kvadratik meyletməsi S  və
n n

nəticənin orta hesabi xətası V  anlayışlarından istifadə
n
olunur.

2. ÖLÇMƏ VASİTƏLƏRİ

2.1. Əsas anlayışlar

Ölçmələrdə istifadə edilən və normalaşdırılmış metroloji


xarakteristikaları olan texniki vasitələr ölçmə vasitələri adlanır.
Ölçülər – məlum fiziki kəmiyyəti özündə təcəssüm etdirən
ölçmə vasitəsinə deyilir.
Ölçmələrin vəzifəsi – təcrübə yolu ilə xüsusi vasitələrin
köməyi ilə fiziki kəmiyyətlərin qiymətlərinin tapılması və onların
qəbul olunmuş vahidlərlə ifadə edilməsindən ibarətdir.
Ölçmə cihazları – müşahidəsinin bilavəsitə qəbul edə
bildiyi formada ölçmə informasiyası siqnalları, yəni ölçülən fiziki

16
kəmiyyətlə funksional əlaqəli olan siqnallar yaradan ölçmə
vasitələrinə deyilir.
Göstərişləri ölçülən kəmiyyətin dəyişmələrinin kəsilmə-
yən funksiyası olan olçmə cihazlarına analoq cihazları deyilir.
Ölçmə informasiyasının diskret siqnallarını avtomatik
yaradan və göstərişləri rəqəm formasında təsvir olunan ölçmə
cihazlarına rəqəm cihazları deyilir.
Ölçmə cihazları göstərişləri oxuma və qeydetmə
imkanından asılı olaraq iki qrupa ayrılır: göstərici cihazlar və
qeydedici cihazlar. Əgər qeydedici ölçmə cihazı göstərişləri
diaqram formasında qeyd edirsə, belə cihazlara özüyazan cihazlar
deyilir. Göstərişləri rəqəm formasında çap etməyə imkanı olan
qeydedici cihazlar qeydedici cihaz adlanır.
Göstərişləri ölçülən kəmiyyətin zamana görə və ya digər
asılı olmayan dəyişənə görə inteqralı ilə müəyyən olunan cihazlar
inteqrallayıcı cihazlar adlanır.
Ölçmə çeviriciləri – ölçmə informasiyasını almaq,
ötürmək, çevirmək, emal etmək və ya yadda saxlamaq üçün
münasib formada siqnal yaradan ölçmə vasitələridir. Lakin ölçmə
çeviricilərinin yaratdığı siqnalları müşahidəçi bilavasitə qəbul edə
bilmir.

2.2. Ölçmə vasitələrinin xarakteristikaları

Metroloji xarakteristikalar – ölçmə vasitələrinin seçilməsi


və ölçmə nəticələrinin dəqiqliyinin qiymətləndirilməsi üçün-
dür.Ölçmə nəticələrinin əsas metroloji xarakteristikalarından biri
xətadır.
Mühüm metroloji xarakteristikalardan biri cihazın
(çeviricinin) göstərişlərinin (çıxış siqnalının) variasiyasıdır.
Ölçmə cihazının (çeviricinin) giriş kəmiyyətinin eyni bir həqiqi
qiymətinə uyğun olan göstərişlər (çıxış siqnalının qiymətləri)
arasındakı fərq variasiya adlanır.
Metroloji xarakteristikalara ölçmə vasitələrinin dinamik
xarakteristikaları aiddir. Göstərişlərin qərarlaşma müddəti xüsusi
dinamik xarakteristikasıdır. Hərəkət edən hissəsi olan

17
cihazların əksəriyyəri üçün göstərişlərin qərarlaşma vaxtı ən çox 4
san. olur.
Ölçmə vasitələrinin metroloji xarakteristikalarina giriş və
çıxış müqavimətləri də aiddir.Ölçmə vasitəsinin ölçmə dövrəsində
az güc mənimsəməsi üçün giriş müqaviməti böyük olmalıdır.
Çıxış müqaviməti isə ölçmə vasitəsinə qoşula biləcək yükün
qiymətini müəyyən edir və kiçik olması daha çox arzu olunur.
Ölçülən x kəmiyyətinə ölçmə cihazının həssaslığı (S)
əqrəbin (və ya göstəricinin) yerdəyişməsindən həmin kəmiyyətə
görə alınmış törəməyə deyilir:
d
S  F (x) (2.1)
dx
Həssaslığın tərs qiymətinə cihazın sabiti deyilir:
1.
C
S
Cihazın göstərişini hiss edilə bilən qədər dəyişdirən giriş
kəmiyyətinin ən kiçik qiymətinə həssaslıq həddi deyilir.
Çeviricinin çevirmə əmsalı onun çıxışındakı siqnalın
dəyişməsinin girişdəki siqnalının dəyişməsinə nisbətinə deyilir.
Çevirmə funksiyası qeyri-xətti olduqda çevirmə əmsalı sabit
olmur. Xarakteristikanın hər hansı bir nöqtəsində çıxış
siqnalından giriş siqnalına görə alınmış törəmə ilə təyin olunur.
Çevirmə əmsalı üç növdə ola bilər: statik, diferensial və
nisbi.
Statik çevirmə əmsalı (ötürmə əmsalı) Kst çıxış siqnalının
y giriş x siqnalına nisbətidir:
y
K st  . (2.2)
x
Bu, yalnız xətti çevirmə funksiyasına malik olan
elementlər üçün doğrudur. Qrafiki olaraq Kst statik xarakteri-
stikanın meyl bujağının tangensi kimi təsvir olunur:
Kst = tg.
Qeyri – xətti xarakteristikalı elementlər üçün çevirmə
əmsalı sabit kəmiyyət olmur. Bu halda diferensial çevirmə
əmsalından istifadə olunur:

18
K dif  lim y / x  dy / dx . (2.3)
x 0
Bu əmsalın qiyməti giriş siqnalından asılıdır, başqa sözlə,
dəyişən kəmiyyətdir və dərəjələnmə xarakteristikasının hər hansı
bir nöqtəsində çıxış siqnalından giriş siqnalına görə alınmış
törəmə ilə təyin olunur. Qrafiki olaraq Kdif elementin statik
xarakteristikasına giriş x siqnalının cari qiymətinə müvafiq
nöqtədə çəkilən toxunanın meyl bucağının tangensi kimi təsvir
olunur.
Xətti xarakteristikalı elementlər üçün Kst = Kdif.
Nisbi çevirmə əmsalı Knisbi elementin çıxışındakı siqnalın
nisbi y/y dəyişməsinin elementin girişindəki siqnalın nisbi
dəyişməsinə (x/x) olan nisbətidir:
Knisbi = y / y  x / x  . (2.4.)
Bu əmsal adsız kəmiyyət olub, konstruksiyalarına və iş
prinsiplərinə görə müxtəlif olan elementlərin parametrlərinin
müqayisəsi üçün daha münasibdir.
Ölçmə vasitələrinin əsas xarakteristikalarından biri onların
etibarlılığıdır. Etibarlılıq dedikdə onun verilmiş xarakteristikaları
müəyyən işləmə şəraitində verilmiş zaman müddətində saxlaması
qabiliyyəti başa düşülür.

2.3. Ölçmə vasitələrinin struktur sxemləri

Ölçmə vasitələri aşağıdakı struktur sxemlər üzrə qurulur:


1) düz çevirmə sxemi (şəkil 2.1)

Şəkil 2.1. Düz çevirməli ölçmə vasitələrinin


struktur sxemi
Sxemin çevirmə əmsalı (həssaslıq) aşağıdakı kimi təyin
edilir:

19
xn x1 x2 x
S      n , və ya S  k1  k 2    k n
x x x1 xn 1
Ç1,Ç2,....,Çn – düz çevirmə dövrəsində ayrıca bəndlər; k1, k2,....kn –
bəndlərin çevirmə əmsalları; x – giriş siqnalı, xn(y) – çıxış
siqnalıdır.
2) kompensasiya ilə çevirmə sxemi (şəkil 2.2).
Kompensasiya tipli ÖV-nin struktur sxeminə baxaq. Belə struktur
sxem müvazinətlənmə metoduna əsaslanır. Ona mənfi əks-rabitəli
struktur sxem də deyilir. Şəkildə göstərilmiş kompensasiya ilə
çevirmə sxemi iki çevirmə dövrəsinə malikdir:

xm

Şəkil 2.2. Kompensasiya ilə çevirməli ÖV-lərin struktur sxemi

düz çevirmə dövrəsi və ƏÇ1, ƏÇ2, ....,ƏÇm bəndlərindən ibarət


olan əks çevirmə dövrəsi.
Əks çevirmə dövrəsi üçün çıxış siqnalı
x m    x n  1   2     m x n (2.5.)
β - əks çevrimə (rabitə) dövrəsinin çevirmə əmsalı;
β1, β2,... - əks-rabitə dövrəsi bəndlərinin çevirmə
əmsallarıdır.
Sxemin girişində x və xm siqnallarının müqayisə və
kompensasiya edilməsi yerinə yetirilir.
Burada iki növ kompensasiya mümkündür:

20
1) tam kompensasiya; bu halda x-lə xm fərqi sıfır olur, yəni
∆x=x - xm= 0.
Belə hal sxemin astatik xarakteristikaya malik olduğunu
göstərir.
2) natamam kompensasiya; bu zaman ∆x ≠ 0.
Belə vəziyyət sxemin statik xarakteristikaya malik
olduğunu göstərir.
(2.5) ifadəsindən alınır:
1 1
xn   xm   xm .
1   2     m 
1
Kompesasiya zamanı x = xm olduğuna görə x n  x ,

yəni kompensasiya anında sxemin çıxış siqnalı giriş siqnalına
mütənasib olur və düz çevirmə dövrəsinin çevirmə əmsalından
asılı olmur. Çevirmə əmsalı
x 1 1
S n   (2.6.)
x 1   2     m 
Natamam kompensasiya halında xm  xn  ; Müəyyən
çevrilmələrdən sonra alınır:
k
xn  x
1  k
Buradan görünür ki, qərarlaşmış rejimdə çıxış siqnalı giriş
siqnalına mütanasibdir və həm əks, həm də düz çevirmə
dövrəsinin çevirmə əmsalından asılıdır. Əgər kβ››1 şərti yerinə
1
yetirilərsə, x n  x olar bu halda düz çevirmə dövrəsinin

çevirmə əmsalının qeyri-stabilliyi qurğunun işinə təsir etmir.
Praktiki cəhətdən kβ nə qədər böyük olsa, k-nın təsiri bir o qədər
az olur.
3) Kombinə edilmiş çevirmə sxemli ÖV – nin iki müxtəlif
variantı şəkil 2.3-də göstərilmişdir.Şəkildən göründüyü kimi
kombinə edilmiş çevirmə sxemi düz və kompensasiya ilə çevirmə
sxemlərinin birləşməsindən yaradılır.

21
Şəkil 2.3. Kombinə edilmiş çevirmə sxemli ölçmə
vasitəsinin struktur sxemi

2.4. Ölçmə sxemləri

Idarəetmə sistemlərində və ölçmə texnikasında


çeviricilərin çıxış kəmiyyətini özündən sonrakı elementlər üçün
əlverişli şəklə çevirmək üçün müxtəlif ölçmə dövrələrindən və
sxemlərindən istifadə olunur ki, bunlardan ən geniş yayılanı
körpü, kompensasiya və diferensial ölçmə sxemləridir.

2.4.1. Körpü ölçmə sxemləri

Körpü sxemləri ölçmə texnikasında geniş tətbiq olnur.


Qurulma sxeminə görə körpü dövrələri dördqollu (birqat)
və çoxqollu olur. Körpünü ölçülən kəmiyyətin qiymətinin oxun-
duğu vəziyyətə gətirmə üsuluna görə əl ilə müvazinətləndirilən və
avtomatik müvazinətləndirilən körpülər mövcuddur.
Körpülər müvazinətləndirilmiş və müvazinətləndirilmə-
miş, birqat və ikiqat kimi qruplara ayrılırlar.
Cərəyanın növündən asılı olaraq sabit cərəyan və dəyişən
cərəyan körpüləri vardır.
2.4.2. Sabit cərəyan körpüləri

Sabit cərəyan mənbəyindən qidalanan dördqollu körpülər


birqat sabit cərəyan körpüləri adlanır. Çox kiçik müqavimətləri
ölçdükdə (adətən ‹10 Om) ikiqat körpülərdən istifadə olunur.
Ikiqat körpülərdə sabit və dəyişən nisbətdə qolları olan
sxemlərdən istifadə olunur.
22
2.4 şəklində birqat sabit cərəyan körpüsünün sxemi
göstərilmişdir.Kirxof qanunlarından istifadə etməklə ölçmə
diaqonalındakı cərəyan üçün ifadəni aşağıdakı kimi yazmaq olar:

Şəkil 2.4. Birqat sabit cərəyan körpüsünün sxemi

U R1 R4  R2 R3 
 ,
Rq R1  R2 R3  R4   R1 R2 R3  R4   R3 R4 R1  R2 
burada Rq – qalvanometrin daxili müqaviməti,
I, U – körpünü qidalandıran cərəyan və gərginlikdir.
Körpü müvazinət halında olduqda BD diaqonalında
cərəyan sıfra bərabər olur. Bunun üçün aşağıdakı bərabərlik
ödənilməlidir: (I=0)
R1R4=R2R3.
Bu ifadə ölçülən müqavimətin körpünün istənilən qoluna
qoşula və digər üç qolun müqavimətinə görə qiymətinin tapıla
bilməsi imkanını göstərir:
RX  R2 R3 / R4
Körpünün əsas xarakteristikalarından biri onun həssaslığı
olub, ölçülən kəmiyyətin ən kiçik qiymətini hiss etmə qabiliyyəti
kimi başa düşülür. Sabit cərəyan körpüsü sxeminin cərəyana,
gərginliyə və gücə görə həssaslığını belə ifadə etmək olar:
S k   / R1 , S ku  U / R1 , S kP   / R1 ,

23
burada ∆İ, ∆U və ∆P – qolun müqaviməti ∆R1 qədər artdıqda
körpünün diaqonalında müvazinət ətrafında uyğun olaraq cərəyan,
gərginlik və güc artımıdır.
Sıfır-indikator kimi qalvanometrdən istifadə olunduqda
körpünün həssaslığı
  
S k  S kI S   ,
R1  R1
burada ∆α – qalvanometrin hərəkət edən hissəsinin yerdəyiş-
məsidir.
Müvazinətləndirilmiş sabit cərəyan körpülərində ölçmə
xətalarının əsas mənbələri aşağıdakılardır: a) körpünün müvazinət
şərtinə daxil olan rezistorların müqavimətlərinin dəqiq müəyyən
olunmaması; b) körpünün həssaslığının kifayət qədər olmaması;
c) diskretlik xətası və ya müqavimətlərin R3/R4 nisbətinin
oxunma xətası.
Birqat sabit cərəyan körpülərinin ölçmə hədləri 10-dan 105
Om-a qədərdir.

2.4.3. Dəyişən cərəyan körpüləri

Həm ölçülən kəmiyyətlərə, həm də tətbiq sxemlərinə görə


dəyişən cərəyan körpüləri çox müxtəlifdir. Onlarda körpünün
qollarının və sıfır-indikatorun müqavimətləri kompleks xarakterdə
ola bilər (səkil 2.5).Bu halda sıfır-indikatorun kompleks
müqavimətini Z0 ilə işarə etsək, onda axan cərəyan üçün yazmaq
olar:

U Z1 Z 4  Z 2 Z 3 
 
Z 0 Z1   2  3   4   1  2  3   4    3  4 1   2 
Körpünün müvazinəti 1  4   2  3 olduqda alınır.
Körpünün qollarının tam müqavimətlərinin kompleks
ifadələrinin aşağıdakı formada olduğunu nəzərə alsaq, yəni

24
Şəkil 2.5. Dəyişən cərəyan körpüsünün sxemi

j 3
1  z1e j1 ;  3  z3e
 2  z 2 e j2 ;  4  z 4 e j4 ,
burada z1, z2, z3, z4 – qolların tam müqavimətlərinin modulları,
φ1, φ2, φ3, φ4 – uyğun qollarda cərəyanın gərginliyə görə sürüşmə
bucağıdır, belə yazmaq olar:
j   
z1 z 4 e j 1 4   z 2 z 3 e 3 3 ,
buradan
 z1 z 4  z 2 z 3 
  .
1   4   2   3 
Göründüyü kimi, dəyişən cərəyan körpülərini müvazinətə
gətirmək üçün onun qarşılıqlı qolları müqavimətlərinin modulları
hasili və faza bucaqlarının cəmi bərabər olmalıdır.
Kompensasiya ölçmə sxemləri. Kompensasiya prinsipinin
mahiyyəti ondan ibarətdir ki, naməlum e.h.q – si (və ya gərginlik)
qiymətcə ona bərabər, istiqamətcə isə onun əksinə olan və qiyməti
yüksək dəqiqliklə təyin olunan gərginlik düşgüsü ilə
kompensasiya olunur (müvazinətlənir).
Diferensial ölçmə sxemləri. Differensial sxem hər birində
ayrıca e.h.q. təsir göstərən bir-birinə bitişik (bir-biri ilə
həmsərhəd) iki konturdan ibarət elektrik dövrəsidir. Ölçmə cihazı
hər iki kontur üçün ümumi olan dövrəyə qoşulur və kontur

25
cərəyanlarının fərqinə işləyir. Differensial ölçmə sxemləri əsasən
dəyişən cərəyanda işləyir.

2.4.4. Avtomatik körpülər

Müvazinətlənmə prosesi avtomatlaşdırılan körpülərə


avtomatik körpülər deyilir. Aktiv Rx müqavimətini ölçən
avtomatik körpünün prinsipial sxemi şəkil 2.6-da göstərilir.
Körpü U mənbəyindən qidalanır.Körpü müvazinətdə
olduqda c və d nöqtələri arasındakı gərginlik sıfra bərabərdir və
M mühərrikinin rotoru hərəkətsizdir.Ölçülən Rx müqaviməti
dəyişdikdə körpünün diaqonalında (c və d nöqtələri arasında)
gərginlik yaranır və onun qiyməti Rx –dan asılı olur. Bu gərginlik
gücləndirici G tərəfindən gücləndirilir və M reversiv
mühərrikinə verilir.Mühərrikin rotoru fırlandıqda R1 dəyişən
müqavimətin sürüngəcini körpünün müvazinətlənməsi istiqa-
mətində hərəkət etdirir və eyni zamanda ölçü cihazında əqrəbi
döndərir; ölçülən kəmiyyət qeyd edilən halda isə diaqramda
kəmiyyəti qeyd edən qələmi hərəkət etdirir.Rotor körpü
müvazinət vəziyyətinə çatana qədər fırlanır. Avtomatik körpülə-

Şəkil 2.6. Avtomatik körpünün sxemi

rin əsas gətirilmiş xətası  (0,25 - 1)%; göstəricinin şkala üzrə


hərəkət müddəti (1 – 10 ) san. təşkil edir.
Dəyişən cərəyan körpülərində müvazinətlənmə prosesinin
avtomatlaşdırılması çox mürəkkəbdir.Burada körpünün modula
26
və fazaya görə iki müvazinət şərtini ödəmək üçün iki tənzimləyici
element (mühərrik) olmalıdır.
Dəqiqliyə görə dəyişən cərəyan avtomatik körpüləri sabit
cərəyan avtomatik körpülərindən geri qalır.

2.5. Kompensatorlar

Kompensasiya ölçmə metodunda ölçülən e.h.q. və ya


gərginlik qiyməti yüksək dəqiqliklə məlum olan gərginliklə
kompensasiya olunur (müvazinətlənir).
Kompensasiya metodu əsasında yaradılan cihazlar
kompensatorlar və ya potensiometrlər adlanır. Şəkil 2.7-də
göstərilən sxemlə kompensatorun iş prinsipini aydınlaşdıraq.
Ölçülən Ux gərginliyi (və ya e.h.q. Ex) məlum Uk gərginliyi ilə
müqayisə olunur. Uk-nın qiyməti Rk müqavimətindən və həmin
müqavimətdən axan işçi cərəyan adlanan İi-dən asılıdır:
Uk=İiRk
Uk=Ux olduqda sıfır-indikatorun (Sİ) göstərişi sıfra
bərabər olur. Adətən Sİ kimi yüksək həssas maqnit-elektrik
qalvanometrindən istifadə olunur.
Kompensatorlarda Uk gərginliyi əsas iki üsulla tənzim-
lənə bilər:

Şəkil 2.7. Kompensatorun iş prinsipinin izahına aid

1) Rk = const; İi = var;
2) İi = const; Rk = var.
Birinci üsuldan istifadə etdikdə hər bir müvazinət
vəziyyəti üçün İi cərəyanının qiymətini bilmək lazımdır.

27
İkinci üsuldan istifadə etdikdə hər müvazinət vəziyyəti
üçün Rk-nın qiymətini bilmək lazımdır.
Kompensatorlarda işçi İi cərəyanını müəyyən etmək
üçün normal elementdən istifadə olunur. Normal elementlər
0,001 – 0,02 dəqiqlik sinifli olur.
Dəyişən cərəyan kompensatorlarından elektromaqnit
dövrələrində,qeyri-elektrik kəmiyyətlərinin elektrik üsulları ilə
ölçülməsində, ölçmə, avtomatlaşdırılmış idarəetmə və hesablama
qurğularında istifadə oluna bilər.
Kompensator vasitəsilə e.h.q., gərginlik, cərəyan, faza
sürüşməsi bucağından başqa maqnit selini, maqnit induksiyasını,
maqnit sahə gərginliyini, kompleks müqavimətin aktiv və reaktiv
təşkiledicilərini və s. ölçmək olar. Kompensatorlar vasitəsilə
həmçinin ferromaqnit materiallarının nümunələrində itkiləri
ölçmək mümkündür.

2.6. Ölçmə transformatorları

2.6.1. Elektromaqnit cərəyan və gərginlik


transformatorları

Cərəyan və gərginlik ölçmə transformatorları ilkin


cərəyanları və gərginlikləri ölçmə cihazlarının, mühafizə
relelərinin, avtomatika qurğularının rahat qoşula biləcək
qiymətlərinə qədər azaltmaq üçündür.Ölçmə transformatorları
aşağıdakı əlamətlərə görə təsnif oluna bilər:
1) ölçülən kəmiyyətin növünə görə: gərginlik transformator-
ları; dəyişən cərəyan transformatorları; sabit cərəyan transforma-
torları;
2) transformasiya əmsallarının sayına görə: birdiapazonlu;
çox- diapazonlu;
3) quraşdırma üsuluna görə: daxili quraşdırmalı; xarici quraş-
dırmalı; qurulmalı ; taxmalı; daşına bilən;
4) dielektrikin materialına görə: yağlı; qazla doldurulmuş;
quru.

28
Ölçmə transformatorları aşağıdakı istismar xarakteristika-
larına malikdirlər:
- gərginlik transformatorları (GT) üçün: işçi tezlik (50 Hs);
nominal birinci gərginlik (0,38 kV-dan 750 kV-a qədər); nominal
ikinci gərginlik (100 V); dəqiqlik sinfi (0,05...3,0).
Transformasiya əmsalı nominal birinci gərginliyin nominal ikinci
gərginliyə olan nisbətidir: Kv  U1nom U 2 nom .
-cərəyan transformatorları (CT) üçün: nominal birinci (ilkin)
cərəyan (1A-dən 40 kA-ə qədər); nominal ikinci cərəyan (1; 2;
2,5; 5 A); ikinci dövrənin nominal yükü (2,5; 5; 10; 25; 30; 40;
60; 75; 100 Vt); dəqiqlik sinfi (0,2...10,0). Nominal birinci
cərəyanın Inom1 nominal ikinci cərəyana Inom2 olan nisbəti
transformasiya əmsalıdır: K I  1nom  2 nom .
Ölçmə cihazları və elektrik dövrələrinin mühafizə
elementləri ölçmə transformatorlarının ikinci dolaqlarının cərəyan
və gərginliklərinə hazırlanır. Ölçmə transformatorlarının ikinci
dolağı hökmən torpaqlanmalıdır.
Cərəyan transformatorlarının qoşulma sxemi şəkil 2.8-də
göstərilmişdir.Onların yükü xarici dövrənin omlarla ifadə olunan
tam müqavimətidir.

Şəkil 2.8. Cərəyan transformatorunun qoşulma sxemi

Cərəyan transformatorları üçün əsas metroloji xarakteris-


tikalar aşağıdakılardır: nominal gərginlik, nominal birinci və
ikinci cərəyanlar, nominal transformasiya əmsalı, cərəyan xətası,
bucaq xətası, tam xəta (nisbi maqnitləndirici cərəyan xarakterizə

29
edir); nominal yük; nominal birinci və ikinci cərəyanların son tam
bölünə bilməsi.
Cərəyan transformatorları şinli, kabelli və aralıq olurlar.
Belə transformatorların bəzi növləri şəkil 2.9-da göstərilmişdir.

Şəkil 2.9. Cərəyan transformatorları


Gərginlik transformatorları gərginliyi ikinci cihazların
hesablandığı gərginliyin standart qiymətinə gətirmək üçündür.
Xidmətçi heyətin təhlükəsizliyini təmin etmək üçün
transformatorların ikinci dolağı torpaqlanır.
Gərginlik transformatorları aşağıdakı növlərdə olurlar:
- torpaqlanan gərginlik transformatoru – birfazalı gərginlik
transformatornun birinci dolağının bir ucu torpaqlanır və yaxud
üçfazalı gərginlik transformatorunun birinci dolağının neytralı
torpaqlanır;
- torpaqlanmayan gərginlik transformatorları – gərginlik
transformatorunun birinci dolağının bütün hissələri gərginliyin
sinfinə uyğun səviyyəyə qədər yerdən izolyasiya edilir;
- kaskadlı gərginlik transformatoru – birinci dolağı bir neçə
ardıcıl birləşdirilmiş seksiyalara bölünmüş gərginlik
transformatoru;
- tutumlu gərginlik transformatoru – tutum bölücüsü olan
gərginlik transformatoru;
- ikidolaqlı gərginlik transformatoru – bir ədəd ikinci dolağı
olan gərginlik transformatoru;

30
- üçdolaqlı gərginlik transformatoru – iki ədəd: əsas və
əlavə ikinci dolağı olan gərginlik transformatoru.
18 KV-a qədər gərginlikli qurğularda birfazalı və üçfazalı,
daha böyük gərginliklərdə isə ancaq birfazalı transformatorlar
tətbiq edilir. 20 kV-a qədər gərginliklərdə bir çox gərginlik
transformatorları mövcuddur: quru, yağlı, tökmə izolyasiyalı.
Gərginlik transformatorlarının əsas parametrlərinə aiddir:
dolaqlardakı gərginliyin, transformasiya əmsalının, gərginliyə
görə xətanın nominal qiymətləri, transformatorun gücü və ikinci
yük.
Bəzi gərginlik transformatorlarının xarici görünüşləri və
konstruksiyaları şəkil 2.10-da göstərilmişdir. Sabit cərəyan və
gərginlik transformatorlarının iş prinsipi sadə maqnit
gücləndiricisinin iş prinsipinə uyğundur. Belə qurğular iki – sabit
və dəyişən dolaqlı ferromaqnit içlikdən, köməkçi dəyişən
cərəyan mənbəyindən və düzləndirici qurğudan təşkil olunur.

Şəkil 2.10. Yağ (a) və tökmə (b) izolyasiyalı birfazalı gərginlik


transformatorlarının xarici görünüşləri və konstruksiyaları (c)

Giriş sabit cərəyanın köməyi ilə içliyin maqnitlənməsi


onun maqnit nüfuzluluğunun dəyişməsinə, o isə öz nəvbəsində
dəyişən cərəyan dolağında induktiv müqavimətin və bu cərəyanın
dəyişməsinə səbəb olur.Çıxış siqnalı dəyişən cərəyanın və
düzləndiricinin dövrəsində yük rezistorlarının köməyi ilə
formalaşır.
Sabit gərginlik transformatoru (şəkil 2.11, a) qalınlığı
0,2mm olan permalloy lentdən hazırlanmış iki toroidal (dairəvi)
içliyə malikdir. Permalloy yüksək ferromaqnit xassəli dəmir və

31
nikel ərintisidir. Hər içlikdə işçi dolağın bir sarğıcı yerləşir; idarə
dolağı hər iki içliyi əhatə edir.

Səkil 2.11. Sabit gərginlik (a) və sabit cərəyan (b)


transformatorları

Dolaqlar 1 mm diametrli mis məftildən hazırlanır. İçliklər


və dolaqlar nəmliyin dolaqlara keçməsinin qarşısını almaq və
transformatorun uzunmüddətli etibarlı işini təmin etmək üçün
epoksid kompaundla doldurulur.
Günyələr transformatoru teplovozda quraşdırmaq
üçündür. Sabit gərginlik transformatorunun idarə dolağı rezistor
vasitəsilə dartı generatorunun sıxaclarına qoşulmuşdur. Buna görə
də transformatorun maqnitləndirici cərəyanı generatorun
gərginliyinə mütənasibdir. Başqa sözlə, dartı generatorunun
gərginliyi artdıqca sabit gərginlik transformatorunun çıxış
cərəyanı da mütənasib olaraq artır. Avtomatika dövrələrində zəif
cərəyanlar istifadə olunur, buna görə də transformatorun
maksimal çıxış cərəyanı 3A-dən böyük olmur.
Sabit cərəyan transformatoru (şəkil 2.11,b) quruluşca sabit
gərginlik transformatorunu xatırladır, lakin onlarda xüsusi idarə
dolağı olmur. Sabit cərəyan transformatorunu maqnitləndirmək
üçün onun toroid şəkilli içliyinin mərkəzi deşiyindən güc
dövrəsinin elastik məftilləri buraxılır.

32
Sabit cərəyan və gərginlik transformatorları teplovozların
dartı generatorlarının gərginliyinin tənzimlənməsində geniş
istifadə olunur.

2.6.2. Optik cərəyan və gərginlik transformatorları

Yüz ildən artıq bir müddətdir ki, elektroenergetikada və


sənayedə dəyişən cərəyanların yüksəkvoltlu ölçmələrində işi
1831-ci ildə Faradey tərəfindən kəşf edilən elektromaqnit
induksiya hadisəsinə və qanununa əsaslanan elektromaqnit
cərəyan və gərginlik transformatorlarından istifadə olunur. 1845-
ci ildə həmin Faradey tərəfindən digər bir hadisə -xətti
polyarizasiya olunmuş işığın müstəvisinin sabit maqnit sahəsində
dönməsi hadisəsi kəşf olundu. Müəllifin şərəfinə bu hadisə
Faradey effekti adlandırıldı, optik və elektromaqnit hadisələri
arasında birbaşa əlaqənin olmasının birinci sübutu oldu.
Keçən əsrin 70-ci illərində dünyada birinci sənaye optik lifi
yarandı. Ondan təkcə optik siqnalların məsafəyə ötürülməsi üçün
yox, həm də Faradey effektinə əsaslanan optik-lif cərəyan
vericilərinin həssas elementi kimi istifadə edilirdi. İlk xarici seriya
ilə istehsal olunan optik cərəyan transformatorları “EVX-2006”
(elektrik veriliş xətləri -2006) sərgisində təqdim olundu. Optik
cərəyan və gərginlik transformatorları və çeviricilərinin seriya ilə
istehsalında dünyada liderlərdən biri olan Kanadanın NxtPhase
Corporation şirkəti özünün birinci yüksəkvoltlu NXCT tipli optik
cərəyan transformatorunu təqdim etdi.
Elektromaqnit cərəyan və gərginlik transformatorları artıq
köhnəlmiş texnologiya sayılır, geniş tətbiq olunmalarına
baxmayaraq, bir sıra çatışmayan cəhətlərə malikdirlər:
1. İstismar xarakteristikalarının (təhlükəsizlik, istismar
məsrəfləri) aşağı düşməsi. Buraya zəlzələyə zəifləmiş davamlılıq;
cərəyan transformatorlarının ikinci dövrələrinin açılma təhlükəsi;
ferrorezonans; yağın olması; böyük çəki və qabaritlər daxildir
2. Ölçmə komplekslərinin metroloji xarakteristikalarının
pisləşməsi. Buraya dielektrik itkilərin artırılmış tangensi və tutum
transformatorlarının korlanmış keçid xarakteristikaları; gərginlik

33
transformatorlarının buraxma zolağının eni və qeyri-bərabərliyi;
dəqiqlik xarakteristikalarına ikinci dövrələrin təsiri aiddir
Optik cərəyan transformatorlarının və çeviricilərinin onların
elektromaqnit analoqları ilə müqayisədə əsas üstünlükləri
aşağıdakılardır:
- gərginliklərin müxtəlif səviyyələrinin (800 kV-a qədər)
həm dəyişən (100 kA-a qədər), həm də sabit və yaxud impuls
(600 kA-a qədər) cərəyanlarının miqyaslı çevrilməsi və ölçülməsi
imkanı;
- elektromaqnit analoqlarına xas olan histerezis, maqnit
doyması və qalıq maqnitlənməsi, bunun da nəticəsində dinamik
diapazon və ölçmə dəqiqliyinin məhdudlaşması hadisələrinin
olmadığı halda işıq siqnallarının az ətalətli optik-elektron
çevrilməsi;
- cərəyan dövrələrinin ölçülməsi və mühafizəsi üçün böyük
dinamik diapazon (0,1-200 % I1nom) və yüksək dəqiqlik (0,1-0,2
%); siqnalların geniş buraxma zolağı (6 kHs-dən az olmayaraq);
- kiçik çəki-qabarit parametrləri; optik-lif cərəyan
vericilərinin konstruksiyalarının sadəliyi və etibarlılığı, elektron-
optik blokların yüksək etibarlığı və öz-özünə diaqnostikası.
Optik cərəyan ölçmə transformatorunun funksional sxemi
şəkil 2.12-də göstərilmişdir.

Şəkil 2.12. Optik cərəyan transformatorunun funksional sxemi


34
Cərəyanın ölçülməsi optik lifin sonunda işıq dalğasının
əks olunması ilə Faradey prinsipinə əsaslanır.
Optik gərginlik ölçmə transformatorlarının funksional
sxemi şəkil 2.13-də göstərilmişdir. Gərginliyin ölçülməsi iki-
kanallı metoddan istifadə etməklə elektrik sahəsinin Pokkels
özəyi ilə ölçülməsinə əsaslanır. Bu metod temperatura, vibrasiya
rəqslərinə və lazer mənbəyindən işığın intensivliyinin dəyiş-
məsinə dayanıqlığı təmin edir.

Şəkil 2.13. Optik gərginlik transformatorunun funksional sxemi

Optik transformatorların qoşulma sxemi şəkil 2.14-də


göstərilmişdir.

Şəkil 2.14. Optik transformatorların qoşulma sxemi

35
3. ANALOQ ÖLÇMƏ CIHAZLARI

3.1. Elektromexaniki analoq ölçmə cihazlarının tərkibi


və ümumi xassələri

Elektromexaniki cihaz üç əsas hissədən – ölçmə dövrəsi


(ÖD), ölçmə mexanizmi (ÖM) və göstərici qurğudan (GQ)
ibarətdir (şəkil 3.1). Ölçmə dövrəsi ölçülən x kəmiyyətini birbaşa
ölçmə mexanizmə təsir edən başqa bir y kəmiyyətinə çevirir.

Şəkil 3.1. Elektromexaniki cihazın struktur sxemi

Beləliklə, elektromexaniki cihazlarda x→y→α çevrilməsi


yerinə yetirilir. Göstərici qurğu (GQ) x kəmiyyətinin qiymətləri
ilə dərəcələnir.
Elektromexaniki cihazlarda ölçülən kəmiyyətin təsirindən
yaranan və hərəkət edən hissəni göstərişlərin artma istiqamətində
döndərən momentə fırlandırıcı moment deyilir. Fırlandırıcı
moment M ölçülən x kəmiyyəti ilə müəyyən edilir və ümumi
halda hərəkət edən hissənin dönmə bucağı α-dan da asılı ola
bilər, yəni M = f(x,α).
Elektromexaniki cihazlar üçün fırlandırıcı momentin
ümumi ifadəsi Laqranj tənliyinə əsasən belə yazılır:
dWe
M= , (3.1)
d
burada We – ölçmə mexanizmində toplanmış elektrokinetik
enerjidir (elektromaqnit sahəsinin enerjisidir).
Dönmə bucağı α-nın ölçülən x kəmiyyətindən asılı ol-
ması üçün cihazda fırlandırıcı momentin əksinə yönələn əks-təsir
momenti Mα yaradılır. Onlarda iki əks-təsir yaradan yay olur.
Əks-təsir momentinin yaranma üsuluna görə elektrome-
xaniki cihazlar iki qrupa ayrılır:mexaniki əks-təsir momentli;

36
elektrik əks-təsir momentli.
Birinci qrup cihazlarda əks-təsir momenti elastik
elementlər vasitəsi ilə (yaylar, asqılar və s.) yaradılır. Bu halda

Mα=Wα·α , (3.2)

burada Wα – xüsusi əks-təsir momenti adlanır.


Ikinci qrup cihazlar ölçmə texnikasında loqometrlər ad-
lanırlar. Loqometrlərdə əks-təsir momenti Mα fırlandırıcı moment
kimi yaradılır.
Müvazinət halında fırlandırıcı moment və əks-təsir mo-
mentləri bir-birinə bərabər olur, yəni
M= Mα . (3.3)
Müxtəlif qrup cihazlar üçün momentlərin ifadəsini bilərək,
hərəkət edən hissənin dönmə bucağının ölçülən kəmiyyətindən (x)
və cihaz parametrlərindən (A) asılılığını müəyyən etmək olar.
Ümumi halda
α=f(x,A).
Bu ifadə cihazın şkalasının tənliyi adlanır. Çox halda
aşağıdakı şəkildə yazılır:
1 dWe
 . (3.4)
W d
Cihaza ötürülən elektromaqnit enerjisinin hərəkət edən
hissənin mexaniki yerdəyişmə enerjisinə çevrilmə üsuluna görə
elektromexaniki cihazlar maqnit-elektrik, elektromaqnit,
elektrodinamik (ferrodinamik), elektrostatik, induksiya, istilik
kimi əsas sistemlərə ayrılır.
Elektromexaniki cihazların dinamik xassələrini öyrənmək
üçün cihazın hərəkət edən hissəsinin hərəkət tənliyi mühüm
əhəmiyyətə malikdir. Bu tənlik oxa nəzərən fırlanan cismin
hərəkət tənliyindən alınır, yəni
d 2 n
J 2  Mi .
dt i 1
Burada J- ətalət momenti; Mi – cihazın hərəkət edən
hissəsinə təsir edən uyğun momentlərdir.
37
Deməli,
d 2
J  M  M  M p ,
dt 2
burada Mp- sakitləşdirmə momentidir.
d
Öz növbəsində Mp=P ,
dt
burada P- sakitləşdirmə əmsalıdır.
M, Mα və Mp – nin qiymətlərini yerinə yazsaq, alarıq:
d 2 dWe d
J 2  W   P
dt d dt
və ya
d 2 d dWe
J 2 P  W   (3.5)
dt dt d
Sonuncu ifadə cihazın hərəkət edən hissəsinin hərəkət
tənliyidir.
Hərəkət edən hissə dayandıqda bucaq sürəti və bucaq
təcili sıfra bərabər olur, yəni
d d 2
 0 və  0.
dt dt 2
Onda hərəkət edən hissənin (3.5) hərəkət tənliyi (3.4)
tənliyinə çevrilir.

3.2. Elektromexaniki cihazların ölçmə mexanizmləri

Elektromexaniki cihazların ölçmə mexanizmləri öz


quruluşlarına və iş prinsiplərinə görə müxtəlif olurlar.
Maqnit – elektrik ölçmə mexanizmlərində (ÖM)
fırlandırıcı moment sabit maqnit sahəsi ilə sarğac şəklində
hazırlanmış cərəyanlı naqilin maqnit sahəsinin qarşılıqlı təsirindən
yaranır. Maqnit – elektrik cihaz müntəzəm şkalaya malikdir.Əsas
dəqiqlik sinifləri 0.1; 0.2; 0.5; 1.0 və 1.5-dir.
Maqnit-elektrik ölçmə mexanizmindən dəyişən cərəyan
dövrələrində istifadə etmək üçün dəyişən cərəyan sabit cərəyana

38
çevrilir və sonra maqnit-elektrik ölçmə mexanizmi vasitəsilə
ölçülür. Maqnit – elektrik sistemli cihazlara qalvano-
metrlər də aiddir. Onlar cərəyanı, gərginliyi, elektrik miqdarını
ölçmək üçün istifadə olunan bilavasitə qiymətləndirən cihazdır.
Cərəyan impulslarını və ya kiçik zaman (saniyənin
hissələri qədər) fasiləsində dövrədən axan elektrik miqdarını
ölçmək üçün işlədilən qalvanometrlərə ballistik qalvanometrlər
deyilir. Bu qalvanometrlərdən tutumun, induktivliyin, M-in və
maqnit sellərinin ölçülməsində istifadə olunur.
Maqnit – elektrik loqometrin ölçmə mexanizmində hərə-
kət edən hissə dolaqlarından I1 və I2 cərəyanları axan bir-birilə sərt
bağlanmış iki çərçivədən ibarət olur. Loqometr cərəyanların nisbətini
ölçür: α=f(I1/I2). Loqometrlərdə əks-təsir momenti mexaniki deyil,
elektrik təsiri ilə yaranır.
Elektromaqnit ölçmə mexanizmlərində fırlandırıcı mo-
ment dolaqlarından ölçülən cərəyan axan sarğacın maqnit sahəsi
ilə mexanizmin hərəkət edən hissəsini təşkil edən bir və ya bir
neçə ferromaqnit materialların qarşılıqlı təsirindən yaranır.
Elektromaqnit sistemli cihazlardan sabit və dəyişən cərəyan
dövrələrində ölçmə aparmaq üçün istifadə oluna bilər. Dəyişən
cərəyan dövrəsində onlar cərəyanın (və ya gərginliyin) təsiredici
(orta kvadratik) qiymətini ölçürlər. Elektromaqnit cihazın şkalası
müntəzəm deyildir. Əsas dəqiqlik sinifləri 0.2; 0.5; 1.0; 1.5 olur.
Elektrodinamik ÖM-lərində fırlandırıcı moment dolaqla-
rından cərəyan axan, hərəkət edən və tərpənməz sarğacların
maqnit sahələrinin qarşılıqlı təsirindən yaranır. Elektrodinamik
sistemli cihazlar həm sabit, həm də dəyişən cərəyan dövrələrində
tətbiq oluna bilər. Elektrodinamik ÖM-li cihazı vattmetr kimi də
istifadə etmək olar. Əsas dəqiqlik sinifləri 0.1; 0.2; 0.5 olur.
Qeydedici cihazlarda, dəyişən cərəyan loqometrlərində
titrəyiş, silkələnmə şəraitində ferrodinamik ÖM-lərindən istifadə
olunur. Bu ÖM-lərin elektrodinamik ÖM-lərdən fərqi ancaq
ferrodinamik cihazda maqnit dövrəsinin olmasıdır..Əsas dəqiqlik
sinifləri 0.2; 1.0; 1.5; 2.5, tezlik diapazonu isə 0-1,5 khs-dir.
Elektrostatik ölçmə mexanizmlərində hərəkət edən his-
sənin yerdəyişməsi üçün iki və daha çox elektriki yüklənmiş

39
keçiricinin (lövhələrin) qarşılıqlı təsirindən istifadə olunur.
Elektrostatik cihazlarda Y kəmiyyəti lövhələrə verilən ölçülən U
gərginliyidir.
Elektrostatik voltmetrlərdən sabit və dəyişən cərəyan döv-
rələrində gərginliyi ölçmək üçün istifadə oluna bilər. Tezlik
diapazonu 0-35 Mhs, əsas dəqiqlik sinfləri 0.5; 1.0 və 1.5-dir.
Induksiya ölçmə mexanizmi bir və ya neçə tərpənməz
elektromaqnitdən və alüminium diski şəklində hazırlanmış
hərəkət edən hissədən ibarətdir.Bu mexanizmlərdə fırlandırıcı
moment yaratmaq üçün ən azı iki dəyişən maqnit selinin, yaxud
bir selin fazaca və fəzada yerləri sürüşdürülmüş iki
təşkiledicisinin olması vacibdir. Fırlandırıcı moment maksimum
qiymətini sellər arasındakı faza fərqi 90o olduqda alır.Induksiya
cihazlarının əsas dəqiqlik sinifləri 1.0; 1.5; 2.0; 2.5 –dir, lakin 0.5
dəqiqlik sinfi cihazlar da hazırlanır.
İnduksiya cihazları vasitəsilə elektrik enerjisini ölçmək
olur. Elektrik enerjisi sayğaclar vasitəsilə ölçülür. Elektrik
enerjisinin induksiya sayğacları 50 Hs işçi tezliyə hazırlanır.

3.3. Elektron analoq ölçmə cihazları

Elektron analoq ölçmə cihazlarında ölçmə informasiya


siqnallarının çevrilməsi analoq elektron qurğularının köməyilə
yerinə yetirilir. Belə qurğuların çıxış siqnalı ölçülən kəmiyyətin
kəsilməz funksiyasıdır.
Əksər elektron cihazlarında çıxış qurğusu kimi maqnit-
elektrik mexanizmləri, bəzi cihazlarda (məsələn, ossiloqraflarda,
spektr analizatorlarında və s.) isə elektron - şua borularından
istifadə olunur. Elektron cihazları elektromexaniki cihazlarla
müqayisədə şağıdakı müsbət cəhətlərə malikdirlər.
Giriş müqavimətinə (ölçülən dövrədən elektrik enerjisi
sərfinə), cəldişləməyə, tezlik diapazonuna görə onlar daha
üstündür. Elektron cihazlarında istifadə olunan sxemotexniki
həlledilmələr, element bazası, hazırlanma texnologiyasının
yaxşılaşdırılması ilə onların dəqiqliyi xeyli artmışdır.

40
Analoq elektron cihazlarını 4 əsas qrupa ayırmaq olar:
birinci ən böyük qrupa siqnalların parametrlərini və xarak-
teristikalarını ölçən cihazları (voltmetrləri, tezlikölçənləri və s.)
aid etmək olar. Ikinci qrupa elektrik və elektron sxemlərinin
parametrlərini və xassələrini, həmçinin aktiv və passiv ikiqütblü,
dördütblülərin xarakteristikalarını ölçmək üçün olan cihazlar
aiddir. Bunlara müqavimət, tutum, induktivlik, elektron lampaları
və tranzistorların parametrlərini ölçən cihazları misal göstərmək
olar. Üçüncü qrupa müxtəlif səviyyəli, formalı və tezlikli siqnallar
mənbəyi olan ölçmə generatorları daxıldır. Dördüncü qrupa isə
ölçmə sxemlərinin elementləri – fazafırlandırıcılar, attenyuatorlar
(siqnal zəiflədiciləri) və s. aiddir.

4. RƏQƏM ÖLÇMƏ CIHAZLARI

4.1. Rəqəm ölçmə cihazlarının tərkibi və ümumi xassələri

Rəqəm ölçmə cihazları (RÖC) elə cihazlardır ki, onlarda


giriş siqnalı diskret çıxış siqnalına çevrilir və rəqəm formasında
təsvir olunur. Siqnalın analoq formasının rəqəm formasına
çevrilməsi prosesi analoq-rəqəm çevrilməsi, bu çevrilməni yerinə
yetirən çevirici isə analoq-rəqəm çeviricisi (ARÇ) adlanır.
RÖC-ün və daha geniş mənada rəqəm ölçmə qurğusunun
ümumiləşdirilmiş struktur sxemi şəkil 4.1-də göstərilir.

Şəkil 4.1. Rəqəm ölçmə qurğusunun ümumiləşdirilmiş


struktur sxemi
Şəkildə AÇ analoq çeviricisi; ARÇ - əsas ölçmə
əməliyyatlarını (kvantlama, kodlaşdırma) yerinə yetirən analoq-
41
rəqəm çeviricisi; İHQ – ölçmə informasiyasının ilkin emalını
yerinə yetirən ixtisaslaşdırılmış hesablama qurğusu; İQ –
indikasiya qurğusu; İdQ – idarəetmə qurğusu; QQ – qeydetmə
qurğusudur (əsasən rəqəm çap edən qurğu).
RÖC üçün bu blokların hamısının olması vacib deyildir.
O, yalnız ARÇ-dən də ibarət ola bilər; lakin ARÇ-siz RÖC ola
bilməz. RÖC-lərdə kod hasil olunması üçün ölçülən kəmiyyət
zamana görə diskretləşdirilir və səviyyəyə görə kvantlanır.
Ümumi halda kəsilməyən kəmiyyət x(t) kimi verilmiş D
diapazonunda və İ zaman intervalında sonsuz sayda qiymətlər
alan kəmiyyət başa düşülür (şəkil 4.2 a).
Diskretləşdirmə - zaman ərzində kəsilməyən kəmiyyət-
lərin diskretlənmiş kəmiyyətlərə çevrilməsidir (şəkil 4.2 b).

Şəkil 4.2. Ölçülən kəmiyyətin zamana görə diskretləşdirilməsinin


və səviyyəyə görə kvantlanmasının
qrafik təsviri
Diskretləşdirmə addımı – iki ən yaxın diskretləşdirmə
anları arasındakı ∆t müddətidir. Verilmiş intervalda bu addım
həm sabit (müntəzəm diskretləşdirmə), həm də dəyişən (qeyri-
müntəzəm diskretləşdirmə) ola bilər.
Kvantlama – qiymətcə kəsilməyən kəmiyyətin kvant-
lanmış kəmiyyətə çevrilməsidir (şəkil 4.2,c). Kvantlama addımı –
iki ən yaxın kvantlama səviyyəsi arasındakı ∆x fərqinə deyilir.
Bu addım sabit və dəyişən ola bilər. Kvantlanmış kəmiyyət
verilmiş D diapazonunda müəyyən sonlu sayda qiymətlər alan
kəmiyyətdir.

42
4.2. Rəqəm ölçmə cihazlarının təsnifatı və əsas
xarakteristikaları

Giriş fizki kəmiyyətlərin növünə görə RÖC-ləri aşağıdakı


əsas parametrləri ölçən cihazlara ayıtmaq olar:
- zaman parametrlərini (tezlik, period, zaman intervalı, faza);
- sabit gərginliyi (cərəyanı);
- dəyişən gərginliyi (cərəyanı);
- elektrik dövrələrinin R, L, C parametrlərini;
- fəza parametrlərini (xətti və bucaq yerdəyişməsini).
Çevirmə üsulundan asılı olaraq RÖC-lər birbaşa (düz) çe-
virməli və müvazinətləndirmə ilə çevirməli RÖC-lərə ayrılırlar.
Birbaşa çevirməli RÖC-lərdə çıxış ilə girişi əlaqələndirən
ümumi əks əlaqə olmur. Siqnalın keçmə dövrəsində hər biri
məxsusi (daxili) əks əlaqə ilə əhatə olunmuş bir neçə çevirici (Ç)
ola bilər (şəkil 4.3).

Şəkil 4.3. Birbaşa çevirməli rəqəm ölçmə cihazının


struktur sxemi

Belə RÖC-lər yüksək cəldişləmə qabiliyyəti ilə və


nisbətən aşağı dəqiqliklə xarakterizə olunurlar.
Müvazinətləndirmə ilə çevirməli RÖC-lərdə çıxış ilə
girişi əlaqələndirən ümumi əks əlaqə olur, başqa sözlə, giriş
kəmiyyəti x çevrilmə prosesində y çıxış kəmiyyəti ilə müvazi-
nətləndirilir (şəkil 4.4). Belə RÖC-lər nisbətən yüksək dəqiqliklə
və kiçik cəldişləmə qabiliyyəti ilə xarakterizə olunurlar.Birbaşa
(düz) çevirməli RÖC-lər öz növbəsində aşağıdakı cihazlara
ayrılırlar:
- fəza parametrinə çevirməli RÖC – bu halda ölçülən kəmiyyət
əvvəlcə hər hansı bir göstəricinin dönmə bucağına,
yerdəyişməsinə və s. çevrilir;

43
Şəkil 4.4. Müvazinətləndirmə ilə çevirməli rəqəm ölçmə cihazının
struktur sxemi

- say-impuls çevirməli RÖC – bu halda ölçülən elektrik kəmiyyəti


impulslar miqdarına çevrilir və bu impulsların ölçülən
kəmiyyətin hər bir qiymətinə müvafiq olan sayı rəqəm sayğacı
ilə sayılır;
- tezliyə çevrilməli RÖC – ölçülən elektrik kəmiyyəti elektrik
siqnalları ardıcıllığına çevrilir və bu siqnalların tezliyi məlum
zaman intervalında rəqəm sayğacında sayılan siqnalların sayına
görə müəyyən olunur;
- müddətə çevrilməli RÖC – ölçülən elektrik kəmiyyəti zaman
intervalına çevrilir və bu intervalın müddəti məlum tezlikli
impulslarla doldurulmaqla və impulsların rəqəm sayğacında
sayılması ilə müəyyən olunur;
- amplitudaya çevrilməli RÖC – ölçülən elektrik kəmiyyəti
elektrik siqnalının amplitudasına çevrilir və bu amplitudanın
qiyməti ümumi əks rabitəsiz analoq-rəqəm çeviricisinin (ARÇ)
köməyi ilə dayaq elektrik kəmiyyətləri yığımı ilə müqayisə
edilməklə müəyyən olunur.
Müvazinətləndirmə ilə çevrilməli RÖC-lər qapalı sxem
üzrə qurulurlar. Belə RÖC-lər əsas etibarilə sabit gərginlik rəqəm
voltmetrləri, sabit və dəyişən rəqəm körpüləri, müvazinət-
ləndirməli rəqəm fazometrləri şəklində yaradılırlar.
Rəqəm ölçmə qurğularının əsas texniki xarakteristikala-
rına aiddir:
-şkalanın bir bölgüsünün qiyməti. Şkalanın bir bölgüsünün
qiyməti şkalanın iki qonşu qiymətləri arasındakı fərqə deyilir.
RÖC-ün bölgüsünün qiyməti aşağıdakı kimi təyin edilir:
44
X maks
Z m
(4.1)
10 g
burada Xmax – ölçmə həddinin maksimal qiyməti; mg – onluq
rəqəm qiymətinin mərtəbələrinin sayıdır.
-giriş müqaviməti. Bu müqavimət ölçmə vaxtı ölçülən
siqnal mənbəyindən alınan gücü xarakterizə edir və bu səbəbdən
onun qiyməti istənilən rəqəm ölçmə qurğusu üçün mühüm
əhəmiyyətə malikdir.
-cəldişləmə- giriş kəmiyyətinin ölçülməsinin (RÖC-lər
üçün) və yaxud çevrilməsinin (ARÇ-lər üçün) bir tam tsiklinə
tələb olunan maksimal zaman intervalı ilə müəyyən edilir.
-statik xətaları, adətən, aşağıdakı dörd təşkiledicidən ibarət
olur:
- diskretləmə xətası ∆xd;
- kvantlama səviyyələrinin realizasiya xətaları ∆xr;
- müqayisə qurğusunun həssaslıq həddi olmasından yaranan xəta
∆xh;
- rəqəm ölçmə qurğusuna əngəllərin təsirindən yaranan xətalar
∆xm.
Əsas xətanın ∆xr, ∆xh və ∆xm təşkilediciləri rəqəm ölçmə
qurğusunun mükəmməlliyindən yarandığı üçün onlar alət xəta-
sının təşkilediciləri adlanır; diskretləmə xətası isə metodik xətadır.
Ümumiyyətlə, alət xətasını ∆a, metodiki kvantlama xəta-
sını isə ∆k ilə göstərsək, bu halda ölçmənin ümumi xətası
∆= ∆a+∆k olacaqdır. Ümumi xətanın ±Z (oxumanın kiçik mərtə-
bəsinin vahidi) hədlərindən kənara çıxmaması üçün
∆a ≤ 0.5Z şərti ödənilməlidir.
-dinamik xətalar. Dinamik xətalar birinci və ikinci növ
xətalara ayrılır. Birinci növ xətalar cihazın elementlərinin
ətalətliliyi ilə müəyyən olunur və qurğunun dinamik
xarakteristikalarına təsir edir.
Ikinci növ dinamik xəta ölçmənin bir zaman anında,
məsələn, t2-də aparılması , ölçmə nəticəsinin isə ya çevrilmə
dövrünün başlanğıcı t1-ə, yaxud da sonu t3-ə aid edilməsi
nəticəsində yaranır. Ikinci növ gətirilmiş dinamik xəta

45
x x `TD
   , (4.2)
xmax xmax
burada ∆x – ölçülən kəmiyyətin TD müddəti ərzində maksimum
dəyişməsi; xmax – ölçülən kəmiyyətin maksimal qiyməti; x` -
ölçülən kəmiyyətin TD müddəti ərzində orta dəyişmə sürətidir.
Tezliyi f olan sinusoidal giriş siqnalı üçün ikinci növ gə-
tirilmiş xətanın maksimal qiyməti γ=2πf TD olacaqdır.
-əngəllərdən qoruma qabiliyyəti. Əngəllər göndərilən siqnalı
təhrif edən müxtəlif təsirlərə deyilir. Rəqəm ölçmə qurğusunun
əngəllərdən qorunma qabiliyyəti dedikdə onun ölçülən kəmiyyətin
qiymətini düzgün əks etdirməsi başa düşülür və əngəllərin rəqəm
ölçmə qurğusunun girişində aradan qaldırılma dərəcəsi ilə
xarakterizə olunur.
-etibarlılıq. Etibarlılıq dedikdə qurğunun müəyyən
müddət ərzində istismar göstəricilərini tələb olunan hədlərdə
saxlaya bilmək qabiliyyəti başa düşülür.RÖC-lərin etibarlılıq
xarakteristikaları üçün etibarlılıq göstəricilərindən istifadə olunur.
Gərginlik, cərəyan və müqavimət RÖC-ləri üçün aşağıdakı əsas
etibarlılıq göstəriciləri tətbiq edilir: müntəzəm işləmək,
uzunömürlülük, təmirəyararlılıq.
Nəzərə almaq lazımdır ki, RÖC-lər çoxlu miqdar
elementlərdən ibarət olan mürəkkəb qurğulardır. Tətbiq olunan
elementlərin etibarlılığı artdıqca RÖC-ün etibarlılığı artacaqdır.

4.3. Analoq-rəqəm və rəqəm-analoq çeviriciləri

RÖC-lərin ən mühüm eiementlərindən biri də analoq-


rəqəm çeviriciləridir (ARÇ).
ARÇ - lər müxtəlif prsniplərdə qurulurlar. Təcrübədə daha
çox ardıcıl say çeviriciləri, müddət - impuls çevirməli; tezlik - im-
puls çevirməli, mərtəbəli müvazinətləndirməli ARÇ - ləri tətbiq
edirlər.
Müddət-impuls çevirməli ARÇ-ləri. Müddət-impuls metodu-
nun əsasını ölçülən kəmiyyətin zaman intervalına çevrilməsi və
sonradan həmin intervalın stabil tezlikli impulslarla doldurulması

46
təşkil edir. Bu metoda əsaslanan ARÇ-lər zaman intervalını, gər-
ginliyi, tezliyi, fazalar fərqini və digər kəmiyyətləri koda
çevirmək üçün istifadə olunur.
Müddət-impuls çevirməli ARÇ-lərin ümumiləşdirilmiş funk-
sional sxemi 4.5,a şəklində göstərilmişdir. Bu, iki çeviricidən
təşkil olunmuşdur.
Birinci çevirici giriş x kəmiyyətini t zaman intervalına,
ikincisi isə - t zaman intervalını rəqəm koduna (impulslar
ardıcıllığına) çevirir. Əgər birinci çeviricinin strukturu ölçülən x
kəmiyyətinin növündən asılı olaraq müxtəlif ola bilirsə, zaman
intervalı-kod çeviricisinin strukturu bütün ARÇ-lər üçün eynidir.
Bu çeviricinin sxemi şəkil 4.5,b-də göstərilmişdir. t x zaman
intervalı

Şəkil 4.5. Müddət – impuls çevirməli ARÇ-nin (a) və zaman


intervalı – kod (b) çeviricisinin sxemləri
t1 və t2 anlarında iki qısa U t1 və U t 2 impulsları ilə verilir. Bu
impulslar t x  t 2  t1 müddətli düzbuaqlı impuls hasil edən
formalaşdırıjı bloka (FB) daxil olur. Müddət selektorunun (MS)
birinci girişinə qeyd olunan U d impulsu, digər 2 girişinə isə say
impulsları generatorundan (İG) müəyyən f c tezlikli impulslar
U s ardıcıllığı verilir. Say impulsları çıxışa MS düzbucaqlı U d

47
impulsunun təsiri ilə açıq olduqda, başqa sözlə, t x zaman
intervalı ərzində ötürülür. Say impulsları periodu Tc  1 / f c t x
zaman intervalından çox-çox kiçik seçildiyindən MS-dən keçən
say impulslarının sayı
N  t x / Tc  t x  f c
və yaxud
t  N / f c .
Beləliklə, hər bir zaman intervalına ARÇ-nin çıxışında im-
pulsların müəyyən sayı, başqa sözlə, rəqəm kodu uyğun gəlir.
Tezlik-impuls çevirməli ARÇ-ləri. Belə çeviricilərdə giriş
analoq kəmiyyəti (məsələn, U x gərginliyi) əvvəljə f x impulslar
tezliyinə çevrilir (Ux  fx  N). Rəqəm kodu isə müəyyən T0
müddətinin həmin impulslarla doldurulmasından alınır.
Bu növ çeviricilər içərisində impuls əks rabitəli gərginlik-tez-
lik (U  f ) çeviriciləri daha perspektivli hesab edilir. Bu cür
çeviricinin sxemi 4.6 şəklində göstərilir.

Şəkil 4.6. Tezlik – impuls çevirməli ARÇ-nin


struktur sxemi (a) və zaman diaqramı (b)

48
Çevrilən U x gərginliyi Int inteqratorunda inteqrallanır,
alınan gərginlik bir girişinə Uh hədd gərginliyi verilən hədd
elementinin (HE) digər girişinə verilir. İnteqratorun çıxış
gərginliyi U in ilə Uh-nin bərabərliyi anında HE əks rabitə
çeviricisini (ƏRÇ) işə qoşur. ƏRÇ t яр zamanı ərzində U яр  tяр
volt saniyə sahəli impuls yaradır. Çeviricinin bir işləmə tsikli U x
gərginliyinin qiymətindən asılı olan Tx  t i  t r müddəti ilə
müəyyən olunur.Tezlik - impuls çevirməli ARÇ-nin çevirmə
tənliyini belə yazmaq olar:
1 R Ux
fx =  2  кU x ,
Tx R1 U r  t r
yəni çeviricinin parametrləri C tutumunun və Uh hədd gərgin-
liyinin qiymətindən asılı olmayıb, inteqratorun giriş
müqavimətlərinin nisbəti və əks rabitə impulsu sahəsinin stabilliyi
ilə müəyyən olunur.Bu cür çeviricilərin ümumi çevirmə xətası
0,1%-dən aşağı olmur.
Mərtəbəli müvazinətləndirmə ilə ARÇ-ləri. Bu növ çevirici-
nin iş prinsipini gərginlik-rəqəm kodu çeviricisinin misalında izah
edək. Mərtəbəli müvazinətləndirmə ilə çevirməli ARÇ-nin
struktur sxemi 4.7 şəklində göstərilir. Ölçülən U x gərginliyi
müəyyən qanun üzrə, məsələn, ikilik say sisteminin mərtəbələrinə
müvafiq tərtib olunmuş U 01  U 02  ...  U 0n nümunəvi
gərginliklərlə müqayisə olunur. Bu gərginliklər idarə qurğusunun
(İQ) komandalarına əsasən rəqəm-nümunəvi gərginlik
çeviricisindən müqayisə qurğusuna (MQ) daxil olur. Kod-
nümunəvi gərginlik çeviricisi kimi rəqəm-analoq çeviricisi (RAÇ)
istifadə olunur. Mərtəbəli müvazinətləndirmə ilə çevirməli ARÇ-
nin iş ardıcıllığı takt impulsları generatorunun (TİG) köməyi ilə
təmin olunur. Birinci taktda U x gərginliyi nümunəvi gərginlik-
lərdən ən böyüyü ilə - U 01 ilə müqayisə olunur. Əgər U x  U 01
isə idarə qurğusu çıxışa "0" kodunu ötürür.

49
Şəkil 4.7. Mərtəbəli müvazinətləndirmə ilə çevirməli ARÇ-nin
struktur sxemi
Beləliklə, çıxış ikilik kodun yüksək mərtəbəsi sıfır
olacaqdır. Bundan sonra U 01 gərginliyi MQ-dən götürülür, oraya
U 02  U 01 / 2 gərginliyi verilir. Bu gərginlik yenidən U x ilə
müqayisə edilir. Əgər yenə də U x U 02  0 olarsa, MQ-dən
U 02 gərginliyi götürülür, çıxışa "0" kodu göndərilir. Bu proses
U x  U 0i  0 alınana qədər davam edir. Bu halda i -ci
mərtəbəyə "1" yazılır, U 0i gərginliyinə U 0i 1 U 0i / 2 əlavə
olunur və növbəti taktda U x ilə U 0i U 0i / 2 müqayisə edilir. Bu
proses giriş gərginliyinə daha yaxın olan gərginlik seçilənə qədər
davam edir. Sonradan ikilik kod onluq koda çevrilir və bu
formada istifadə olunur.
Mərtəbəli müvazinətləndirmə ilə çevirməli ARÇ-ləri və onla-
rın əsasında yaradılan ölçmə vasitələri yüksək dəqiqliyə (xəta
0,001%) və cəldişləmə qabiliyyətinə (taktların tezliyi 1Mhs-dən
çox) malik olurlar.
Rəqəm - analoq çeviriciləri. Rəqəm - analoq çeviricisi
(RAÇ) funksional element olub, rəqəm siqnalının kod
kombinasiyalarını birmənalı şəkildə analoq siqnalının (cərəyan və
yaxud gərginlik) qiymətinə çevirir. Əksər hallarda bunlar ikilik
kodu sabit cərəyan gərginliyinə çevirən çeviricidirlər. Belə
çeviricilərin çevirmə xarakteristikası
Uçıx = e(Q020 + Q121 + … + Qn-12n-1)

50
şəklində olur. Burada Uçıx RAÇ - ın çıxış gərginliyi, e - etalon gə-
rginliyi, Qn-1… Q0 - n mərtəbəli ikilik koddur; Qi isə 0 və yaxud 1
qiymətini alır.
Kodu gərginliyə çevirmək üçün ardıcıl və paralel diskret
gərginlik bölücülərindən istifadə olunur. Bu bölücülər rezistorlar
şəbəkəsindən ibarət olur və onların seçilməsi verilmiş ədədin
kodundan asılıdır.
İkilik kodu ( ( Q3 Q2 Q1 Q0 ) analoq kəmiyyətinə (adətən
U чых gərginliyinə) çevirən RAÇ-a baxaq. Onun işini aşağıdakı
formul ilə ifadə etmək olar:
U чых  e(Q0  1  Q1  2  Q2  4  Q3  8  ..)
RÖC-də geniş tətbiq olunan kodu gərginliyə çevirən RAÇ-
ın sxemi və şərti işarəsi 4.8 şəklində göstərilmişdir.
RAÇ-ın əsasını ikilik kodla idarə olunan açarlar vasitəsilə
əməliyyat güjdəndirijisinin girişinə qoşulan rezistorlar şəbəkəsi

R0/8 R0/4 R0/2


#/A
R0
U Q1 Q0
Q3 Q2 R1
d

23 22 21 20
Uчых

Şəkil 4.8. Rəqəm – analoq çeviricisinin


struktur sxemi və şərti işarəsi

təşkil edir. 20, 21, 22, 23 girişlərinə görə ötürmə əmsalı


K  U чых / U d müvafiq olaraq aşağıdakı kimi ifadə olunur:
R1 2R 4R 8R
K0  Q0 ; K1  1 Q1 ; K 2  1 Q2 ; K 3  1 Q3 ;
R0 R0 R0 R0

51
RAÇ-ın çıxış gərginliyi U чых aşağıdakı cəmlə müəyyən
olunur:
U cix  U d ( K 0  K 1  K 2  K 3 ) 
U d R1
 ( Q0  1  Q1  2  Q2  4  Q3  8 )
R0
Beləliklə, dörd mərtəbəli kod (0  15) diapazonunda U чых
gərginliyinə çevrilir.

4.4. Mikroprosessorlu rəqəm ölçmə cihazları

Mikroprosessor (MP) – proqramla idarə olunan EHM-


lərin yerinə yetirdiyi funksiyalara analoji olaraq hesablama və
məntiq funksiyalarını yerinə yetirən qurğudur. Arxitektura və
strukturaca MP informasiyaları proqram üzrə emal edən EHM-
lərin prosessorlarına uyğundur. Lakin MP EHM-in proses-
sorundan qabarit ölçülərinə, kütləsinə, gücünə, dəyərinə və
məhsuldarlığına görə fərqlənir.
Mikroprosessorun ümumiləşdirilmiş struktur sxemi 4.9
şəklində göstərilir.Hesablama – məntiq qurğusu (HMQ) iki ədəd
üzərində hesablama (toplama, çıxma) və məntiq (müqayisə, VƏ,
VƏ YA) əməliyyatlarını yerinə yetirir və əməliyyatın nəticəsini
verir. Registrlər (R) komandaları, ünvanları (ünvan registrləri)
və məlumatları (akkumlyator) yadda saxlamaq və vermək
(ötürmək) üçündür.

Şəkil 4.9. Mikroprosessorun ümumiləşdirilmiş struktur sxemi

52
İdarə qurğusu (İQ) registrlərdən və xarici yaddaş
qurğusundan (YQ) daxil olan komandaları MP-nin bütün
elementlərinə bilavasitə təsir edən siqnallara çevirir. MP-nin
bütün blokları bir-birilə və xarici qurğularla üç şin ilə - məlumat
şini (MŞ), ünvan şini (ÜŞ) və idarə şini (İŞ) ilə əlaqəlidir.
Hal-hazırda MP-dən istifadə etməklə müxtəlif RÖC-lər
yaradılmışdır. RÖC-lərin bəzi modellərində mikroprosessorlar
həmçinin cihazın metroloji və informasiya xarakteristikalarını
yaxşılaşdırmaq məqsədi ilə ölçmə informasiyasını emal etmək
üçün istifadə olunur.
MP-dən istifadə etməklə yaradılan universal rəqəm
cihazının sturktur sxemi 4.10 şəklində göstərilir.

Şəkil 4.10. Mikroprosessorlu rəqəm ölçmə cihazının


struktur sxemi
Burada 1-idarə paneli; 2 – idarə bloku; 3 – mikroproses-
sor; 4 – sabit yaddaş qurğusu; 5 – operativ yaddaş qurğusu; 6 -
əks etdirmə qurğusu; 7 – ARÇ; 8 – siqnalları normallaşdırılma
bloku; 9 – rejimi seçmə qurğusu; 10 – dəyişən gərginlik çeviricisi;
11 – müqavimət çeviricisi; 12 – dayaq gərginlik mənbəyidir.
Normallaşdırma bloku giriş siqnalını iki taktlı inteqrallama
53
prinsipində işləyən ARÇ-yə daxil etmək üçün universal şəklə
salır. İdarə bloku iş rejiminin seçılməsini, ARÇ-nin və əks
etdirmə qurğusunun işinin idarə olunmasını təmin edir. İdarə blo-
kunun əsasını MP təşkil edir. Mikroprosessorun iş proqramları
SYQ-də yadda saxlanılır. Avtomatik korreksiyadan istifadə
edilməsi ölçmə traktında olan 33 çeviricidən 28-nin korreksiya
olunmasına imkan verir. Düzəlişlərin hesablanması həm də
nasazlıqların diaqnostikası üçün istifadə edilir. Korreksiya və
diaqnostika proqramlarının SYQ-də yaddaş tutumu 2,5 kbaytdır.
Bundan əlavə məlumatların işləmə proqramlarının yaddaş tutumu
1,5 kbayta qədər ola bilər.

5. GƏRGİNLİYİN, CƏRƏYANIN, GÜCÜN VƏ ENERJİNİN


ÖLÇÜLMƏSI

5.1. Gərginliyin analoq cihazları ilə ölçülməsi

Elektron analoq cihazlarında və çeviricilərində ölçmə in-


formasiya siqnallarının çevrilməsi analoq elektron qurğularının
köməyi ilə yerinə yetirilir.
Elektron voltmetrlərində ölçülən gərginlik analoq elektron
qurğuların köməyi ilə sabit cərəyana çevrilir və şkalası gərginliyə
görə dərəcələnmiş maqnit-elektrik ölçmə mexanizminə verilir. Bu
cür voltmetrlər elektron ölçmə cihazları arasında ən geniş
yayılmışdır. Təyinatlarına görə aşağıdakı elektron voltmetrləri
mövcuddur: sabit cərəyan voltmetrləri; dəyişən cərəyan
voltmetrləri; impuls voltmetrləri; fazahəssas voltmetrlər; selektiv
voltmetrlər; niversal voltmetrlər.
Gərginliyin ölçülən parametrlərindən asılı olaraq aşağı-
dakı elektron voltmetrləri vardır: amplituda (maksimal) qiymət
(Umaks) voltmetrləri; təsiredici (effektiv və ya orta kvadratik)
qiymət (U) voltmetrləri; orta qiymət (Uor) voltmetrləri.
Elektron voltmetrlərinin fərqləndirici xüsusiyyəti giriş
müqavimətinin çox böyük olmasıdır (108 Om-a qədər, xüsusi
voltmetrlərdə isə 1013 Om-a qədər);

54
Sabit cərəyan voltmetrlərinin struktur sxemi 5.1 şəklində
göstərilmişdir.

Şəkil 5.1. Sabit cərəyan voltmetrinin struktur sxemi

Burada GB-giriş gərginlik bölücüsü, SCG – sabit cərəyan


gücləndiricisi, ÖM – maqnit-elektrik ölçmə mexanizmidir. SCG-
nin əsas vəzifəsi voltmetrin böyük giriş müqavimətini təmin
etməkdir
Yüksək həssaslıqlı sabit cərəyan voltrmetrləri yaratmaq
üçün M-DM (modulyator-demodulyator) sxemi üzrə qurulmuş
sabit cərəyan gücləndiricilərindən istifadə olunur (şəkil 5.2).

Şəkil 5.2. M-DM gücləndiricili sabit cərəyan voltmetrinin struktur


sxemi

Burada G – generator, G~ - dəyişən cərəyan gücləndiricisi-


dir. Belə gücləndiricilər siqnalın sabit təşkiledicisini buraxmır və
buna görə də SCG-lərinə xas olan “sıfrın” dreyfi bu
gücləndiricilərdə olmur. Generator modulyatoru (M) və demo-
dulyatoru (DM) müəyyən tezliklə sinxron açmaq və qapamaqla
idarə edir. Modulyatorun çıxışında amplitudası ölçülən gərginliyə
mütənasib olan bir polyarlıqlı impuls siqnalı alınır. Bu siqnalın
dəyişən təşkiledicisi G~ gücləndiricisi ilə gücləndirilir, sonra isə
DM vasitəsilə düzləndirilir. Çıxış siqnalı gərginliyinin orta
qiyməti giriş gərginliyinə mütənasibdir: Uor=KUx.

55
Dəyişən cərəyan voltmetrləri dəyişən gərginliyi sabit
gərginliyə çevirən çeviricidən, gücləndiricidən və maqnit-elektrik
ölçmə mexanizmindən təşkil olunur (şəkil 5.3). Sxemdə ölçülən
Ux gərginliyi əvvəlcə sabit gərginliyə çevrilir,

Şəkil 5.3. Dəyişən cərəyan voltmetrinin struktur sxemi

sonra isə sabit cərəyan voltmetrlərində olduğu kimi SCG və ÖM-ə


verilir. Belə voltmetrlərin həssaslığı yüksək deyildir.
5.4 şəklindəki sxem üzrə qurulmuş voltmetrlərdə ölçülən
gərginliyin qabaqcadan gücləndirilməsi hesabına onların
həssaslığını artırmaq mümkün olur.

Şəkil 5.4. Dəyişən cərəyan voltmetrinin struktur sxemi

Düzləndiricili cihazlar gərginliyin düzləndirilmiş orta


T
U t dt ) ölçür, lakin sinusoidal gərginliyin
1
T 0
qiymətini ( U d .or 

təsiredici qiymətlərində dərəcələnir.


Universal voltmetrlər sabit və dəyişən gərginlikləri
ölçmək üçün istifadə edilir. Belə voltmetrlərin struktur sxemi 5.5
şəklində göstərilmişdir.

Şəkil 5.5. Universal voltmetrin struktur sxemi

56
B çevirgəcinin vəziyyətindən asılı olaraq voltmetr Ç
çeviricili dəyişən cərəyan voltmetri (1 vəziyyəti) və yaxud sabit
cərəyan voltmetri (2 vəziyyəti) sxemləri üzrə işləyir. Universal
voltmetrlərdə Rx müqavimətini ölçmək imkanı da nəzərdə
tutulur. Bunun üçün çıxış gərginliyi naməlum müqavimətdən asılı
olan ÇR çeviricisindən istifadə olunur: Uçıx=f(Rx). Bu asılılıq
əsasında cihazın şkalası müqavimət vahidlərində dərəcələnir.
Müqaviməti ölçmək üçün B çevirgəci 3 vəziyyətinə keçirilir.
Selektiv voltmetrlər müəyyən tezlik zolağında gərginliyin
təsiredici qiymətini və yaxud ölçülən siqnalın ayrı-ayrı harmonik
təşkiledicilərinin təsiredici qiymətlərini ölçmək üçün istifadə
edilir. Selektiv voltmetrin iş prinsipi zolaqlanmış süzgəclərin
köməyi ilə siqnalın ayrı-ayrı harmonik təşkiledicilərinin və yaxud
dar tezlik zolaqlı siqnalın ayrılmasına və ayrılmış siqnalların
təsiredici qiymətlərinin ölçülməsinə əsaslanır.

5.2. Gərginliyin rəqəm cihazları ilə ölçülməsi

Cərəyanı və gərginliyi ölçmək üçün rəqəm cihazları çox


geniş yayılmışdır.Onlar geniş ölçmə diapazonuna,yüksək dəqiq-
liyə,həssaslığa,cəldişləmə qabiliyyətinə,ölçmə-hesablama kom-
plekslərinə qoşulma imkanına və s. malikdirlər.
Dəyişən cərəyan gərginliyinin ölçülən parametrləri
işərisində ən çox rast gəlinəni və istifadə olunanı onun təsiredici
qiymətidir. Məlumdur ki, dəyişən gərginliyin təsiredici
qiyməti

1T 2
U  U ( t )dt (5.1)
T0
kimi təyin olunur. Burada U(t) - giriş gərginliyinin ani qiyməti, T
- giriş gərginliyinin periodudur. Təsiredici qiymət voltmetrlərində
rəqəm kodu fasiləsiz inteqrallamadan ədədi inteqrallamaya
keçmək alqoritmi üzrə alınır:

57
U
1 m 2
 
 U ( tk ) ,
M k 1
(5.2)

burada M - T periodu ərzində U(tk) ani qiymətlərin ölçülmələrinin


sayıdır: k = 1  M.
Funksional ARÇ - lərin qurulmasında müddət - və tezlik -
impuls çevirməli xətti ARÇ-lərin funksional imkanlarından geniş
istifadə edilir. t  U x2 ( t ) asılılığını yerinə yetirən müddət -
impuls funksional ARÇ - nin sxemi şəkil 5.6 - da göstərilmişdir.

Şəkil 5.6. Müddət – impuls funksional ARÇ-nin struktur sxemi və


zaman diaqramları
58
İlkin vəziyyətdə sayğaca S impulslar generatorunun İG
impulsları daxil olmur. İşəsalma impulsu verildikdə İG - nin
impulsları sayğaca daxil olmağa başlayır və eyni zamanda bu
impulsla etalon gərginlik generatoru EGG isə düşür; onun
çıxışında gərginliyin zamana görə müəyyən funksiyası hasil olur.
Bizim baxdığımız halda kvadratik asılılığı almaq üçün bu, yarım
parabola formalı gərginlikdir: U e  K1 t . Bu gərginlik etalon
siqnalı kimi müqayisə qurğusunun MQ bir girişinə verilir. Giriş
və etalon gərginliklərinin bir - birinə bərabər olduğu zaman MQ
işə düşür və İQ - nun impulslarının sayğaca S daxil olması kəsilir
(trigger T və VƏ elementi vasitəsilə). Başqa sözlə
U x  K1 t və buradan t  U x2 / K 12  S1U x2 alınır. (5.3)
Burada S 1  1 / K 12 - çevirmə əmsalıdır.
Beləliklə, (5.3) ifadəsindən göründüyü kimi çeviricinin
çıxışında alınan impulsun müddəti gərginliyin təsiredici
qiymətinin kvadratına mütənasib olur. Sonradan bu müddət
«müddət-kod» çeviricisi vasitəsilə rəqəm koduna çevrilir.

5.3. Cərəyanın ölçülməsi

Cərəyanın ölçülməsində birbaşa ölçmələrdən əlavə dolayı


ölçmə metodları da geniş istifadə olunur.
Cərəyanın bilavasitə ölçülməsi. Bu halda ampermetr
cərəyanı ölçüləcək dövrənin kəsiyində ardıcıl olaraq qoşulur
(şəkil 5.7 a).

Şəkil 5.7. Cərəyanın bilavasitə (a) və dolayı (b)


metodla ölçülməsi sxemləri

59
Tədqiq olunan dövrəyə ampermetrin qoşulması ölçmə
nəticəsini təhrif edir.Belə ki, RA daxili müqavimətli (şəkildə
göstərilməmişdir) ampermetrin sxemdə olması ona gətirir ki,
ampermetrsiz bu dövrədə axan İx = U/R cərəyanının əvəzinə o,
qoşulandan sonra 1  U /( R  RA ) cərəyanı axacaqdır.
Ölçmənin mütləq xətası  İ = İx – İ1 ampermetrin daxili
müqaviməti RA böyük olduqca çox olacaqdır.
Cərəyanın dolayı metodla ölçülməsi. Məlumdur ki, Om
qanununa görə elektrik dövrəsinin gərginliyi ilə cərəyanı arasında
xətti asılılıq mövcuddur.Ona görə də 5.7, b şəklindəki sxem üzrə
cərəyanı dolayı metodla ölçmək olar. Etalon rezistordakı Re
müqavimətində gərginliyi ölçməklə cərəyanı aşağıdakı ifadə ilə
tapa bilərik:
İx = Ue/Re ,
burada Ue – voltmetrlə ölçülən gərginlik; İx – müəyyən olunan
cərəyan; Re – məlum nominallı etalon aktiv müqavimətdir.
Lakin kiçik cərəyanların ölçülməsində bu metodika məqbul
sayılmaya bilər. Bu halda ölçmə cihazlarında kiçik daxili mü-
qavimətli giriş gücləndirici kaskadlı sxemlərdən istifadə edilir.
Böyük gücləndirmə əmsalına malik gücləndiricilərin
tətbiq edilməsi çox kiçik qiymətli gərginlik və ya cərəyanları
ölçməyə imkan verir.

5.4. Aktiv gücün və enerjinin ölçülməsi

Sabit cərəyan və birfazalı dəyişən cərəyan dövrələrində


gücün ölçülməsi elektrodinamik və ferrodinamik vattmetrlərin
köməyi ilə yerinə yetirilir.
Sabit cərəyanın gücü dolayı yolla – ampermetr və
voltmetrin köməyi ilə də ölçülə bilər.Bu halda güc bu cihazların
göstərişlərinin hasili ilə - P = İU ilə təyin olunur.
Hal-hazırda bir və üçfazalı dövrələrdə işləyən dəyişən
cərəyanın aktiv, reaktiv və tam gücünü ölçmək üçün çeviricilər
buraxılır. Bu çeviricilərin qurulma principləri çox halda bir-
birinin eynidir. Ona görə də aktiv güc çeviricilərinin əsas qurulma
prinsiplərinə baxaq.
60
T
1
T 0
Aktiv güc çeviricilərinin işinin əsasını P uidt

asılılığı təşkil edir, burada P – ölçülən güc, T – yükdəki cərəyan


i və gərginliyin u periodudur.Buradan görünür ki, çeviriciinin
əsas elementi u və i kəmiyyətlərini bir-birinə vuran qurğudur.
u və i kəmiyyətlərinin hasilinin alınma üsulundan asılı olaraq
vurma qurğuları (VQ) parametrik və modulyasiyalı VQ kimi iki
qrupa ayrılırlar.
Parametrik VQ – lərdə vurma əməliyyatı düz və dolayı
yolla yerinə yetirilə bilər. Düz vurmada dördqütblüdən istifadə
olunur. Bu dördqütblünün girişinə kəmiyyətlərdən biri (məsələn,
u) verilir, ikinci kəmiyyət isə (i) onun ötürmə əmsalını idarə
edir.Bu halda dördqütblünün çıxış siqnalı ui hasilinə mütanasib
alınır.
Parametrik VQ dolayı vurma üsullarından istifadə etməklə
də qurula bilər. Belə ki, 4u1u 2  (u1  u 2 ) 2  (u1  u 2 ) 2
asılılığı əsasında güc ölçmə çeviricisi qurulur.
Vurma əməliyyatını kvadratorlardan istifadə etməklə
aşağıdakı alqoritm üzrə də yerinə yetirmək olar:
2u1u 2  (u1  u 2 ) 2  u12  u 22 .
Gücü ölçmək üçün Holl effektinə əsaslanan qurğular da
tətbiq olunur.Belə güc çeviriciləri yükdəki gərginlik və cərəyana
mütənasib olan iki kəmiyyətin bir-birinə vurulmasına (hasilinə),
yəni gücə mütənasib olan gərginlik şəklində nəticə ( e.h.q.)
alınmasına imkan yaradır.Bu e.h.q. Holl e.h.q.-sı adlanır.Həmin
effektin əsasında yaranan çeviricilərə isə Holl ( HÇ) çeviriciləri
deyilir. Holl e.h.q.-sı Eh belə təyin olunur:
B
E h  Rh ,
d
burada İ- cərəyan; B- maqnit induksiyası; Rh- Holl sabiti; d-
lövhənin qalınlığıdır.Əgər İ = k1Uy, B = k2İy , təmin edilərsə, onda
Holl e.h.q. yükdə sərf olunan P gücünə mütənasib olacaqdır:

Eh = kk1Uyk2İy = kUyİy = kP.


61
İmpuls siqnallarının ikiqat modulyasiyasına əsaslanan
modulyasiyalı VQ-ları daha dəqiqdirlər. Müxtəlif modulyasiya
növləri içərisində ən çox istifadə olunanları eninə-impuls və
amplitud-impuls (EİM-AİM) modulyasiyalarıdır (şəkil 5.8).
Generator G düzbucaqlı,iki polyarlıqlı, sabit A
amplitudlu, T0 periodlu müsbət t1 və mənfi t2 müddətli
impulslar hasil edir

Şəkil 5.8. EİM-AİM modulyasiyalı güc ölçmə çeviricisinin


struktur sxemi
Eninə modulyatorda (EM) i cərəyanının təsirindən
impulsların müddəti (t1  t 2 ) / T0  t / T0  k E i asılılığı üzrə
dəyişir; burada t  t1  t 2 ; kE – EM- in çevirmə əmsalıdır.
Amplitud modulyatorunda (AM) bu impulsların amplitudu giriş
gərginliyinə mütənasib olaraq modullaşdırılır: A = kaU; burada
ka – AM-in çevirmə əmsalıdır. Orta qiymət qurğusunun (OQ)
çıxışındakı gərginlik
T
1
U cix   k a k E uidt  P ,
T 0
burada T – cərəyan və gərginliyin dəyişmə periodudur.
Gücü ölçmək üçün müxtəlif prinsiplərdə qurulmuş rəqəm
vattmetrlərindən də geniş istifadə olunur. Belə vattmetrlər əsasən
iki struktur üzrə qurulurlar:
- gücün aralıq analoq çeviriciləri ilə elektrik siqnalının informativ
parametrinə və sonradan analoq-kod çevrilməsi;
- giriş siqnallarının informativ parametrlərinin koda çevrilməsi və
nəticənin rəqəm hesablama qurğuları vasitəsilə təyin olunması .
Bundan əlavə giriş analoq siqnallarını [ u(t) və i(t) ] bir-
birinə vuran və nəticəni rəqəm formasında verən funksional ARÇ-

62
lərdən (FARÇ) istifadə etməklə də rəqəm güc ölçmə çeviriciləri
yaratmaq mümkündür (şəkil 5.9).

Şəkil 5.9. Rəqəm güc ölçmə çeviricisinin


struktur sxemi

Bu halda FARÇ-ın çıxışında alınan və ölçülən aktiv gücün


ani qiymətinə mütənasib olan rəqəm formasındakı siqnalların OQ-
də bir period ərzində orta qiyməti təyin olunur və nəticə ROQ-a
çıxarılır.Gərginliyin və cərəyanın ani qiymətlərini bir-birinə vuran
və nəticəni rəqəm formasında təqdim edən FARÇ –lərı müxtəlif
prinsiplərdə qurula bilərlər.
Elektrik enerjisi sayğaclar vasitəsilə ölçülür.Dəyişən cərə-
yan sayğaclarında induksiya sistemli mexanizmlərdən istifadə
olunur.
Aktiv enerjini ölçmək üçün istifadə olunan elektron say-
ğaclarından birinin struktur sxemi 5.10 şəklində göstərilmişdir.

Şəkil 5.10. Aktiv enerji elektron sayğacının struktur sxemi

Şəkildə GGÇ – gücü gərginliyə çevirən şevirici; GTÇ –


gərginlik-tezlik çeviricisi; İS – impulslar sayğacıdır.
GTÇ-nın çıxış impulsları İS impulslar sayğacı vasitəsilə
sayılır (inteqrallanır). Beləliklə, İS-in göstərişi aktiv enerjiyə
mütənasibdir.Seriya ilə buraxılan aktiv enerji elektron
sayğaclarının dəqiqlik sinfi 0,2 – 2,5 – dir.
Üçfazalı sistemdə yükün birləşmə sxemindən (üçbucaq və
ya ulduz) asılı olmayaraq sistemin gücünün ani qiyməti p ayrı-ayrı

63
fazaların ani güclərinin cəminə bərabərdir.Buna əsasən qəbulediciləri
ulduz birləşdirdikdə (şəkil 5.11,a) yazmaq olar:

p = u10i1 + u20i2 + u30i3 ,

burada u10, u20, u30 və i1, i2, i3 faza gərginlikləri və cərəyanlarının


ani qiymətləridir. Bu halda gücün ani qiymətini üç halda təsvir
etmək olar:
p = u13i1 +u23i2
p = u12i1 +u32i3
p = u21i2 +u31i3
Sistem üçbucaq qoşulduqda da (şəkil 5.11,b) həmin
nəticələri almaq olar. Beləliklə, üçnaqilli üçfazalı sistemin ani
gücü yalnız iki təşkiledicinin cəmi kimi ifadə oluna bilər.
Gücün ani qiymətindən orta qiymətinə (aktiv gücə) keç-
dikdə alınar:
P  U131 cos 1  U 23 2 cos 2 a)
P  U12 cos 3  U 323 cos 4 b) (5.4)
P  U 21 2 cos 5  U 313 cos 6 c)

Şəkil 5.11. Qəbuledicilərin ulduz (a) və üçbucaq (b)


birləşmə sxemləri
Burada U13,, U23 və s. həmçinin İ1, İ2, və İ3 xətti
gərginlik və cərəyanların təsiredici qiymətləri; φ1, φ2,...- uyğun
cərəyan və gərginliklər arasındakı faza sürüşmə bucaqlarıdır.

64
Qeyd olunan tənliklərdən görünür ki, üçfazalı cərəyanda
gücü ölçmək üçün bir cihaz (vattmetr), iki və ya üç cihazdan
istifadə oluna bilər.Sistem tam simmetrik olduqda bir cihaz
metodunu tətbiq etmək olar. Qeyri-simmetrik sistemli üçfazalı
üçnaqilli cərəyan dövrələrində əsasən iki cihaz metodundan
istifadə olunur. Əgər qəbuledici ulduz və ya üçbucaq
birləşibsə,gücü bir vattmetrlə ölçmək olar.Üçbucaq birləşmədə
vattmetrin ardıcıl dolağını fazalardan birinə qoşmaq
lazımdır.Əgər qəbuledicilər sıfrı olmayan ulduz və ya üçbucaq
halında birləşibsə (şəkil 5.12,a), o halda vattmetr süni sıfır nöqtəli
birləşir.
Süni sıfır nöqtəsi bir vattmetr və iki əlavə R2 və R3 aktiv
müqavimətləri olduqda yarana bilər. Bu halda R1=R2=R3 şərti
ödənilməildlr.

b)
Şəkil 5.12. Aktiv gücün bir cihaz (a) və iki cihaz (b) metodu ilə
ölçülməsi sxemləri
65
Burada R1=Ru+Rə, (Ru vattmetrin paralel sarğacının
müqavimətidir). İki cihaz metodu qeyri-simmetrik üçnaqilli
üçfazalı cərəyan dövrələrində tətbiq olunur. Qeyri - simmetrik
sistemdə ayrı-ayrı fazaların gücü müxtəlif olur.
5.4 (a,b,c) tənliyinə əsasən vattmetrləri üç sxemdən birinə
görə qoşmaq olar.Məsələn, 5.12,b şəklində vattmetrlər 5.4, a
tənliyinə yuğun olan sxem üzrə qoşulmuşdur. W1 vattmetri
P1  U131 cos 1 gücünü, W2 vattmetri isə P2  U 23  2 cos  2
gücünü gəstərəcəkdir. Üçfazalı sistemin gücünü almaq üçün
vattmetrlərin göstərişlərini toplamaq lazımdır. Qəbuledicini ulduz
birləşdirdikdə də həmin nəticə alınacaqdır.
Sıfır naqili olduqda qəbuledicilər ulduz birləşibsə,yəni
sistem üçfazalı dördnaqilli və qeyri-simmetrikdirsə, üç vattmetr-
dən istifadə olunur. Sistemin tam gücü vattmetrlərin gös-
tərişlərinin cəbri cəmi kimi müəyyən olunur.

5.5. Reaktiv gücün və enerjinin ölçülməsi

Məlumdur ki, reaktiv güc Q  U  s i n .Reaktiv vatt-


metrin adi vattmetrdən fərqi onun paralel dövrəsinə əlavə induktiv
və ya tutum müqavimətinin qoşulmasıdır. Bunun nəticəsində
cərəyan və gərginlik vektorları arasında   90 0 -lik bucaq
yaranır.
5.13 şəklində J yükündə sərf olunan gücü ölçən reaktiv
vattmetrin sxemlərindən biri göstərilmişdir.

Şəkil 5.13. Reaktiv vattmetrin sxemi

66
Sxemin parametrlərini seçməklə İu cərəyanı ilə U gər-
ginliyi arasındakı sürüşmə bucağını 90o-yə bərabərləşdirmək olar.
Bu sxemin nöqsanı vattmetrin göstərişlərinin tezlikdən asılılığıdır.
Üçfazalı dövrənin reaktiv gücünü və ya enerjisini müxtəlif
üsullarla, xüsusi sxemlərlə qoşulmuş adi vattmetrlərin
(sayğacların) və reaktiv vattmetrlərin (sayğacların) köməyilə
ölçmək olar.
Üçfazalı dövrə tam simmetrik olduqda reaktiv gücü bir
vattmetrlə 5.14 şəklindəki sxemə görə ölçmək olar.

Şəkil 5.14. Reaktiv gücün ölçülməsi üçün vattmetrin


qoşulma sxemi
Sistemin tam gücünü müəyyən etmək üçün vattmetrin
göstərişini 3 -ə vurmaq lazımdır.
Sxemdə hətta kiçik qeyri-simmetriklik olduqda bir
vattmetrli sxem böyük xəta yaranmasına səbəb olur.Bu halda
kiçik xəta almaq üçün iki W1 və W2 vattmetrlərindən istifadə
edilir (şəkil 5.15).
5.15 şəklindəki sxemə uyğun olaraq iki vattmetrdən
istifadə etdikdə onların göstərişlərinin cəmini güc vahidlərində
belə yazmaq olar:
P1  P2  U 23 1 cos 1  U12  3 cos  2 .
1   2  90 0   olduğu üçün və sistem simmetrik olarsa,
onda
P1  P2  2U x  x sin  .

67
Üçfazalı sistemin gücünü müəyyən etmək üçün vattmetrlərin
göstərişlərinin cəmini 3 / 2 -yə vurmaq lazımdır.
Sistem tam simmetrik olduqda üçfazalı dövrənin reaktiv
gücünü iki vattmetr sxeminə görə də ölçmək olar. Bu halda iki
vattmetrin göstərişlərinin fərqini götürmək lazımdır:

Şəkil 5.15. Reaktiv gücün ölçülməsi üçün iki vattmetrin qoşulma


sxemi
P1  P2  U x  x cos(30   )  cos(30   )  U x  x sin  .
Üçfazalı sistemin tam reaktiv gücünü müəyyən etmək
üçün göstərişlərin fərqini 3 -ə vurmaq lazımdır.
Qəbuledici üçbucaq birləşdirildikdə də cihazlar 5.14 və
5.15 şəkillərindəki sxemlərə uyğun qoşula bilər.
Üç və dördnaqilli dövrələrdə qeyri-simmetriklik halında
reaktiv güc və enerjini ölçmək üçün üç cihaz metodundan və ya
bir üçelementli cihazdan istifadə oluna bilər.

68
6. TEZLİYİN VƏ FAZANIN ÖLÇÜLMƏSİ

6.1. Tezliyin ölçülməsi

Səs və nisbətən yüksək tezliklərdə tezlik və fazanı ölçmək


üçün elektron tezlikölçənləri və fazometrlərdən istifadə olunur.
Bu cihazlar maqnit-elektrik ölçmə cihazı ilə ölçülən parametr
(tezlik və ya faza) çeviricilərinin birləməsindən yaranır.
Kondensator tipli cihazı nəzərdən keçirək (şəkil 6.1 a).
Açar çevirgəcinin ÇV 1 vəziyyətində C kondensatoru mənbənin U
gərginliyinə qədər dolaraq Q=CU yükünə malik olur. Çevirgəcin
2 vəziyyətində kondensator maqnit-elektrik ölçmə cihazından
boşalır. ÖM-dən axan cərəyanın orta qiyməti
Ior ≈ Qfx = CUfx
6.1, b şəklindəki elektron tezlikölçənində naməlum tezlikli
giriş gərginliyi formalaşdırıcı qurğunun (FQ) köməyi ilə həmin
tezlikli, sabit amplitudalı düzbucaqlı impulslara çevirilir.

Şəkil 6.1. Kondensator tipli elektron


tezlikölçənlərinin sxemləri

İmpuls olduqda kondensator D1 diodu vasitəsilə dolur,


impulslar arası intervalda isə D2 diodundan və ÖM-dən boşalır.
ÖM göstəricisinin yerdəyişməsi (α=S1·Ior) ölçülən fx tezliyinə
mütənasib olacaqdır.
Bəzi hallarda tezliyi yüksək dəqiqliklə ölçmək tələb
olunur. Bu zaman müqayisə metodunu (döyünmə metodunu)
realizə edən tezlikölçənlərdən istifadə olunur (şəkl 6.2). Adətən
bu ölçmə metodu yüksək tezlikləri ölçdükdə istifadə olunur.
69
Nümunəvi fN və ölçülən fx tezlikləri mənbələrinin çıxışları
Q qarışdırıcısının girişlərinə verilir. Q-nin çıxışında ölçmə üçün
istifadə olunan f = | fN - fx | fərqinə bərabər tezlikli siqnal alınır. fN
= fx olanda f tezliyi yox olur (sıfır döyünmələri alınır). f tezlikli
siqnal aşağı tezliklər süzgəci S vasitəsi ilə aşağı tezliklər
gücləndiricisinə (DG) verilir.

Şəkil 6.2. Müqayisə metoduna əsaslanan tezlikölçənin struktur


sxemi
Tezliklərin bərabərliyi DG-nin çıxışında qoşulmuş
indikatorun (İ) köməyi ilə müəyyən olunur. Süzgəc (S) güc-
ləndiricini yüksək tezlikli maneələrdən qorumaq üçündür. Əgər
səs indikasiyası zamanı fN = fx olarsa və ya iki siqnalın yüksək
harmonikası üst-üstə düşərsə, İ indikatorunda siqnal (səs)
yaranacaqdır. Başqa sözlə, indikatorda siqnal aşağıdakı şərtdə
yaranır: a fN = bfx , burada a və b – tam ədədlərdir.
Rəqəm tezlikölçənləri periodik siqnalın tezliyinin orta və
yaxud ani qiymətini ölçmək üçündür. Orta qiymət rəqəm tezlik-
ölçənin iş prinsipi naməlum fx tezliyinin Tx periodlarının nümu-
nəvi T0 zaman intervalında sayılmasına əsaslanır. Ölçmə nəticəsi
N = T0/Tx = T0fx

6.2. Fazanın ölçülməsi

Eyni tezlikli sinusoidal gərginliklər arasında  x faza


fərqi ən çox bu kəmiyyətin zaman intervalına və zaman inter-
valının maqnit-elektrik ölçmə mexanizminə verilən cərəyana
çevrilməsi ilə ölçülür (şəkil 6.3). Fazaca müqayisə olunan U1 və
U2 gərginlikləri əvvəlcə qısa U3 və U4 impulslarının

70
periodik ardıcıllığına çevrilir. İmpulslar arasındakı  zaman

intervalı  x -lə aşağıdakı asılılıqla əlaqədardır:  x 
360 0 ,
T
burada T – U1 və U2 gərginliklərinin dəyişmə periodudur.
Ölçmə sxemi U1 və U2 gərginliklərinin mənfi qiymətlə-
rindən müsbət qiymətlərə sıfırdan keçən anda qısa impulslar
yaradan İF formalaşdırıcısına malikdir. Yaranmış impulslar A
elektron açarını idarə edir. Açar İF1-dən verilən impulslarla açılır
və İF2-dən verilən impulslarla bağlanır. Açarın açıq olduğu 

Şəkil 6.3. Fazometrin sadələşdirilmiş sxemi və gərginliklərin


zaman diaqramları

71
zamanı ərzində ÖM-dən İ cərəyanı axır. ÖM dövrəsindəki
cərəyanın period ərzində orta qiyməti
 x
 or   m  m ,
T 360
deməli,
x
  S  m .
360
Sİ = const və İm= const olduqda cihazın şkalası faza
sürüşməsi vahidlərində dərəcələnir. Belə fazometrlərdən 0-180o
(3600) –yə qədər faza sürüşmə bucağını ölçmək üçün istifadə
olunur. Onlar 20 hs-dən 200 khs-ə qədər tezlik diapazonunda 1-
1,5 dəqiqlik sinifli olurlar.
Müasir texnikada rəqəm fazometrləri geniş tətbiq olunur.
Belə sxemin də iş prinsipi faza sürüşməsinin zaman interva-
lına çevrilməsinə və həmin intervalın rəqəm üsulu ilə ölçülməsinə
əsaslanır (şəkil 6.4).
Şəkildə İF1 , İF2 siqnalların U1 və U2 sıfırdan keçmə an-
larına müvafiq impulslar hasil edən formalaşdırıcılar; Tg – trig-
ger; A- açar; İG- impulslar generatoru; Sc – sayğac; ROQ-
rəqəm oxuma qurğusudur. İF1 və İF2-nin yaratdığı impulslar Tg-
ni çevirir,  x müddətində A açarı açılır, f0 tezlikli

Şəkil 6.4. Rəqəm fazometrinin struktur sxemi

impulslar İG-dan sayğaca daxil olur.  x müddətindəki bu impuls-


ların sayı
N   x f 0, buradan  x  2f x N / f 0  kN .

72
Tezliyi və fazanı ölçmə cihazlarının müqayisəsi göstərir
ki, onlar əsasən eyni bloklardan təşkil olunur. Bu səbəbdən onlar
bir universal cihaz halında hazırlanır və elektron-say
tezlikölçənləri adlanır (EST).
Periodun ölçülməsi zaman intervalının rəqəm formasına
çevrilməsi ilə yerinə yetirilir.

7. MÜQAVİMƏTİN, TUTUMUN VƏ İNDUKTİVLİYİN


ÖLÇÜLMƏSİ

7.1. Müqavimətin ölçülməsi

Müqavimət elektrik dövrəsinin ən mühüm parametrlərin-


dən biri olub,hər hansı dövrənin və ya qurğunun işini müəyyən
edir.Müqavimətləri dolayı və bilavasitə qiymətləndirmə
metodları, eləcə də körpü ölçmə sxemləri əsasında həm analoq,
həm də rəqəm cihazlarının köməyi ilə ölçmək mümkündür.
Rezistorun sabit cərəyana görə Rx müqavimətini dolayı
metodla ölçmək üçün aşağıdakı sxemdən (şəkil 7.1) istifadə
etmək olar.

Şəkil 7.1. Kiçik (a) və böyük (b) müqavimətlərin dolayı metodla


ölçülməsi sxemləri

Burada Om qanununu tətbiq etməklə ampermetr və


voltmetrdən istifadə edilir. R reostatı vasitəsilə cərəyan və
gərginliyin uyğun qiymətlərini tənzim etməklə Rx – i belə
hesablamaq olar:
Ux Ux
Rx  
  v   (U x / Rv )

73
burada İv - voltmetrdən axan cərəyan; Rv- voltmetrin daxili
müqavimətidir; əgər Rv Rx olarsa, Rx  U x /  yazmaq
olar. a) şəklindəki sxem kiçik müqavimətləri ölçmək üçün
yararlıdır. Böyük müqavimətləri ölçmək üçün b) şəklindəki
sxemdən istifadə edilir. Bu halda
Rx = (U/İx) – RA ,
burada RA - ampermetrin daxili müqavimətidir. Əgər R A Rx
olarsa, onda Rx = U/İx ; mütləq xəta Rx  R A , nisbi xəta isə
  R A / Rx kimi təyin edilir.
Ampermetr və voltmetr metodu ilə ölçmənin xətası
həmişə istifadə olunan ampermetr və voltmetrin gətirilmiş
xətalarının cəmindən böyük olur.Ampermetr və voltmetr metodu
əsasında müqavimətləri ölçmək üçün cihazlar – elektromexaniki
və elektron – hazırlanıb istehsal olunur.

7.2. Elektromexaniki ommetrlər

Elektromexaniki ommetr Ri daxili müqavimətli E qida


mənbəyindən, RA müqavimətli maqnit-elektrik mikro- və yaxud
milliampermetrdən, əlavə Rəl. rezistorundan və dəyişən
kalibrləyici Rk rezistorundan ibarətdir (şəkil 7.2).
Ommetrlərin iki növ – ölçüləcək Rx rezistoru ilə mil-
liampermetrin ardıcıl və paralel birləşdirilmiş sxemləri möv-
cuddur.Ardıcıl birləşmədə (şəkil 7.2,a) Rx müqavimətinin artması
ilə milliampermetrdən axan cərəyan azalır:

  E /( R  Rx ) ,

burada R - ommetrin dövrəsindəki bütün sabit müqavimətlərin


cəmidir. Milliampermetr omlarla  -dan 0-a qədər dərəcələnir.

74
Şəkil 7.2. Ölçüləcək müqavimətin milliampermetrə ardıcıl (a) və
paralel (b) birləşdirilmiş sxemli elektromexaniki ommetrlərin
sxemləri

Paralel birləşmədə (şəkil 7.2,b) Rx –in artması ilə mil-


liampermetrdən axan cərəyan da artır və şkala 0-dan  -a qədər
dərəcələnir. Hər iki halda şkalalar qeyri-müntəzəmdir.
Ardıcıl birləşməli ommetr böyük müqavimətləri
(106–107 Oma qədər), paralel birləşməli ommetr kiçik müqa-
vimətləri (103 Oma qədər) ölçmək üçün işlədilir.
Zaman keçdikcə qida E mənbəyinin gərginliyi azalır və
nəticədə şkalanın dərəcələnməsi pozulur. Buna görə də ommetrlər
hər ölçmədən qabaq kalibrlənirlər. Ardıcıl birləşməli ommetrlərdə
bu məqsədlə Rx sıxacları K düyməsi vasitəsilə qısa qapanır və
Rk rezistorunun köməyilə əqrəb sağ kənar “0” vəziyyətinə
gətirilir. Paralel birləşməli ommetrlərdə kalibrləmə Rx
sıxaclarının açıq vəziyyətində yerinə yetirilir; bu halda əqrəbi sağ
kənar “  ” vəziyyətinə gətirmək lazımdır.

7.3. Elektron ommetrləri

Elektron ommetrlərinun sxemində əməliyyat gücləndirici-


lərindən istifadə edilməsi ommetrin şkalasının bərabər ölçülü
olmasına və ölçmə hədlərinin genişlənməsinə imkan ya-
radır.Elektron ommetrlərinin işi ölçülən müqavimətin onunla
funksional əlaqədə olan sabit cərəyan gərginliyinə çevrilməsinə
və həmin gərginliyin maqnit-elektrik ölçmə mexanizminə
verilməsinə əsaslanır.Bu cür ommetrlərin geniş istifadə olunan
sxemləri 7.3 və 7.4 şəkillərində göstərilmişdir.

75
Şəkil 7.3. Sabit cərəyan gücləndiricili elektron ommetrin
funksional sxemi

Burada SGM – stabil gərginlik U0 mənbəyi; SCG- sabit


cərəyan gücləndiricisi; ƏG- əməliyyat gücləndiricisi; ÖM –
ölçmə mexanizmi; Rx-ölçülən müqavimət; R0- məlum
müqavimət; Ux - Rx müqaviməti ilə funksional əlaqədə olan
gərginlikdir.
R0 və Rx müqavimətlərinin iki cür qoşulma variantları
vardır və onlar şəkillərdə mötərizəsiz (birinci variant) və
mötərizəli (ikinci variant) vəziyyətlərdə göstərilmişdir.

Шякил 7.4.Əməliyyat gücləndiricili elektron ommetrin


funksional sxemi

7.3 şəklindəki sxem üzrə yaradılmış ommetrlərdə böyük


giriş müqavimətinə Rgir malik olan SCG istifadə olunur. Ona
görə də Rgir müqavimətinin şuntlayıcı təsirini nəzərə almasaq,
  kU x  kU0 Rx /( R0  Rx ) - birinci variant üçün,
  kU x  kU0 R0 / R0  Rx ) - ikinci variant üçün yazmaq olar.

76
Burada  - ÖM – in hərəkət edən hissəsinin dönmə bucağı; K –
SCG və ÖM –in çevirmə əmsalıdır.
7.4 şəklindəki sxem üzrə yaradılmış ommetrlərdə mənfi
əks əlaqə dövrəsinə Rx(R0) rezistoru qoşulmuş əməliyyat güc-
ləndiricisi istifadə olunur. ƏG - böyük gücləndirmə K əmsalına
və böyük giriş müqavimətinə malik olan sabit cərəyan
gücləndiricisidir. Ona görə də a nöqtəsinin Ux/K kimi təyin olu-
nan potensialı və gücləndiricinin giriş cərəyanı praktiki olaraq
sıfra bərabər olur. Nəticədə R0 və Rx rezistorlarından axan
cərəyanlar bir-birinə bərabər olur , R0 və Rx –in qoşulma
sxemindən asılı olaraq U0/R0 = Ux/Rx və yaxud U0/R0 = Ux/R0
olur.
Birinci qoşulma variantı üçün Ux = U0Rx/R0 və
  SU U 0 Rx / R0 , burada Su - ÖM-in həssaslığıdır.Belə qoşulma
sxemi daha məqsədəuyğundur, çünki bu halda ommetrin şkalası
müntəzəm bölgülü alınır. Belə ommetrlərin yuxarı ölçmə həddini
müxtəlif qiymətli R0 rezistorları qoşmaqla dəyişmək
mümkündür. Cihazın ölçmə diapazonu 10 OM – 1000 Mom,
dəqiqlik sinfi 2,5- dir.
Çox böyük müqavimətləri ölçmək üçün istifadə olunan
ommetrlər tera- və qiqaommetrlər adlanır.
Müqavimətlərin ölçülməsində qeyri-avtomatik və
avtomatik körpü sxemlərindən də geniş istifadə olunur. Qeyri-
avtomatik körpü sxemləri vasitəsilə müqavimətlərin ölçülməsi
məsələləri əvvəlki bölmələrdə öz əksini tapmışdır.
Aktiv müqaviməti ölçən avtomatik körpünün prinsipial
sxemi 2.6 şəklində göstərilmişdir.
Hazırda ölçülərinə, qeyd edilən kəmiyyətlərin sayına və
başqa əlamətlərinə görə müxtəlif tipli avtomatik sabit cərəyan
körpüləri hazırlanır. Avtomatik körpülərin xətası ölçmə
həddinin  0,5%-dən,bəzi hallarda isə  0,2%-dən artıq olmur.
Müqavimətin rəqəm cihazları ilə ölçülməsi əsasən üç
üsulla yerinə yetirilir:
1) qabaqcadan müqavimətin sabit gərginliyə çevrilməsi ilə;
2) nümunəvi kondensatoru olan RC – dövrəsinin zaman
sabitini ölçməklə;
77
3) sabit cərəyan rəqəm körpülərində adi mərtəbəli müvazi-
nətləndirmə sxemi üzrə.
Birinci üsul əsas etibarilə universal rəqəm ölçmə cihaz-
larında istifadə olunur. Bu məqsədlə əməliyyat gücləndiriciləri
üzərində müqaviməti gərginliyə çevirən yüksək dəqiqlikli
çeviricilər yaradılmışdır.
İkinci üsul aralıq çıxış informativ parametri zaman intervalı
olan universal rəqəm ölçmə cihazlarında istifadə olunur.Bu üsuldan
eyni zamanda tutumu ölçmək üçün də istifadə etmək olar.
Üçüncü üsul sabit cərəyan rəqəm körpülərində, məsələn
Щ34 və Щ30-041 tipli rəqəm ommetrində istifadə olunur.
Aktiv müqaviməti ölçmək üçün yaradılmış sabit cərəyan
rəqəm körpüsünün sxemi 7.5 şəklində göstərilmişdir.

Şəkil 7.5. Sabit cərəyan rəqəm körpüsünün struktur sxemi

Ölçülən rezistor Rx, nümunəvi rezistorlar R1 və R2 və


kodu müqavimətə çevirən çevirici (KMÇ) ölçmə körpüsünü təşkil
edirlər. Bu körpü sxemi sabit gərginlik (SGM) mənbəyindən
qidalanır. Körpünün müvazinətdən çıxması müqayisə (MQ)
qurğusu ilə təsbit olunur. Idarəetmə (İQ) qurğusu MQ-nin çıxış
siqnalını analiz edir, onun işarəsindən asılı olaraq KMÇ
çeviricisinə daxil olan N kodunu artırır və yaxud azaldır.
Müvazinətlənmə prosesi o vaxta qədər davam edir ki, körpünün
çıxış diaqonalındakı gərginlik (MQ) müqayisə qurğusunun
həssaslığı həddindən kiçik olmasın. Bu halda ölçüləcək mü-
qavimət.
Rx=R1RKMÇ/R2=R1KKMÇN/R2 ,

78
burada KKMÇ= RKMÇ/N – KMÇ çeviricisinin çevirmə
əmsalı, RKMÇ – KMÇ-nin müqavimətidir.
Ölçmənin dəqiqliyi nümunəvi R1 və R2 rezistorlarının
stabilliyi və KMÇ-nin dəqiqliyi ilə müəyyən olunur.
Sabit cərəyan rəqəm körpüləri 0.01% ətrafında ölçmə
dəqiqliyini təmin edirlər və aktiv müqavimətin ölçülməsində
geniş istifadə olunurlar. Ölçmənin nəticəsi informasiyanı əks
etdirmə İƏQ qurğusunda təqdim edilir.

7.4. Tutumun və induktivliyin ölçülməsi

Kondensatorun tutumu ölçüldükdə onun müəyyən itkilərə


malik olduğu, yəni onda aktiv güc sərfi nəzərə alınmalıdır. Real
kondensatorun ekvivalent sxemi 7.6 şəklindəki kimidir.

Şəkil 7.6. Real kondensatorun ekvivalent sxemi

Kiçik itkili kondensatorların tutumunu ölçmək üçün


körpünün sxemi şəkil 7.7, a-da göstərilmişdir. Rn müqaviməti qolda
cərəyanla gərginlik arasında faza fərqini tənzimləmək üçün
qoşulmuşdur. Körpünün qollarının kompleks müqavimətləri
1 1
Z1=Rx+ ; Z2=R1 ; Z3=Rn+ ; Z4=R2.
j C x j C n
Bu ifadələri körpünün müvazinət tənliyində yerinə
yazdıqda alınır:
 1   1 
 Rx   R2   Rn   R1
 jC x   jC n 
R2 R1
Rx Rn   Rn R1  ;
jC x jC n
Körpünün müvazinət şərtləri aşağıdakı kimi olar:
79
R1 R2 R1 R
RxR2=RnR1 → Rx=Rn ;  → Cx=Cn 2 .
R2 C x C n R1
Cərəyanın gərginliyə görə sürüşmə bucağını 900-yə qədər
tamamlayan δ itki bucağını belə təyin etmək olar:
tgδ=ωCxRx=ωCnRn.
Korpünün iş prinsipi aşağıdakı kimidir. Əvvəlcə Rn=0
qəbul edilib, qolların R2/R1 nisbəti sıfır-indikatordan minimal
cərəyan axana qədər dəyişdirilir. Sonra Rn müqavimətini tənzim
etməklə Sİ-da cərəyanın daha da azalmasına nail olunur. Daha
sonra yenidən R2/R1 nisbətini dəyişməklə cərəyan azaldılır və s.
Beləliklə, müvazinət halı alınana qədər bu əməliyyatlar ardıcıl
olaraq təkrar edilir.
Böyük itkili kondensatorun tutumunu ölçdükdə körpü
sxemi 7.7, b şəklində göstərilmiş paralel ekvivalent sxemin
əsasında qurulur. Bu halda körpünün qollarının müqavimətləri
aşağıdakı kimi olur:
1
Z , Z2=R1
1 / Rx  jC x
1
Z4=R2; Z 3  ;
1 / Rn  jC n

a) b) c)

Şəkil 7.7. Kiçik (a), böyük (b) itkili kondensatorun tutumunu;


induktivlik və keyfiyyət əmsalını (c) təyin etmək üçün dəyişən
cərəyan körpülərinin sxemləri

80
Körpünün müvazinət halında aşağıdakı bərabərlik alınır:
R2 R1
 .
1 / Rx  jC x 1 / R4  jC n
Bu ifadədən körpünün aşağıdakı iki müvazinət şərti alınır:
Rx=Rn R1/R2 ; Cx=Cn R2/R1.
Kondensatorda itki bucağı δ aşağıdakı kimi tapılır:
1 1
tg   .
C x Rx C n Rn
İnduktivlik və keyfiyyət əmsalını təyin edən dəyişən
cərəyan korpülərindən birinin sxemi 7.7, c şəklində göstərilir.
Korpünün müvazinət halının alınması üçün R
müqavimətinin Çv açarı vasitəsi ilə ya Lx, ya da Ln ilə ardıcıl
birləşməsi tələb oluna bilər. R, R1 və R2 rezistorları reaktiv
hissəsiz qəbul olunur. Əgər R müqaviməti Lx sarğacı ilə ardıcıl
birləşdirilirsə, (şəkildə gostərildiyi kimi) onda körpünün
qollarının müqavimətləri kompleks formada aşağıdakı kimi olur:
Z1=R+Rx+jωLx ; Z2=R1 ; Z3=Rn+jωLn ; Z4=R2.
Körpünün müvazinət şərtindən
(R+Rx+jωLx ) R2= (Rn+jωLn)R1 ,
aşağıdakı iki bərabərlik alınır:
Rx = RnR1/R2 – R: Lx = LnR1/R2.
Müvazinət yaranması üçün R rezistorunu Ln , Rn sarğacı
ilə ardıcıl qoşmaq lazım gələrsə, körpünün müvazinət şərti
R R
aşağıdakı kimi olar: R x  ( Rn  R) 1 ; Lx  Ln 1 .
R2 R2
Ölçmə apardıqda qarşılıqlı induktivliyin kiçik alınması
üçün Lx və Ln sarğaclarını bir-birindən kifayət qədər aralı
yerləşdirmək lazımdır.
Lx induktivliyini ölçmək üçün nümuməvi Cn tutumundan
da istifadə etmək olar. 7.8 şəklində belə körpünün sxemi
göstərilir.Körpünün qollarının tam müqavimətləri kompleks
formada aşağıdakı kimi olur:
Z1 = Rx +jωLx; Z2 = R1; Z3 = R2; Z4 = Rn/(1+jωCnRn).
Körpünün müvazinət halında ümumi tənliyə görə alarıq:

81
( Rx  jLx ) Rn
 R1 R2
1  jC n Rn
RxRn + jωLxRn = R1R2 + jωCnRnR1R2

RxRn = R1R2; jωLxRn = jωCnRnR1R2.

Şəkil 7.8. İnduktivliyi ölçmək üçün dəyişən cərəyan körpüsünün


sxemi

Bu bərabərlikdən iki müvazinət şərti alınır:


Rx  R1 R2 / Rn və Lx  Cn R1 R2
R1 və R2 müqavimət mağazaları, adətən sabit – 1000
Oma bərabər götürülür.Nümunəvi Cn tutumunu, həmçinin Rn
müqavimətini dəyişməklə körpünün müvazinəti yaradılır.
Əgər R1 = R2 = 1000 Omdursa, onda Lx – in henrilərlə
ölçülmüş qiyməti mikrofaradlarla götürülmüş Cn - ə bərabərdir.
Rx və Lx və ya Cn və Rn- in alınmış qiymətlərinə görə sarğacın
keyfiyyət əmsalı müəyyən edilir:
Q  Lx / Rx  Cn Rn
Qollarda sabit tutumlu kondensatorlar və dəyişən
rezistorlar istifadə olunan dördqollu körpü sxemləri ölçülən
induktivliyin və keyfiyyət əmsalının Q-nün qiymətini birbaşa
oxumağa imkan verir; lakin keyfiyyət əmsalının kiçik qiymətlə-
rində qeyri-kafi müvazinətlənmə qabiliyyətinə malikdir.

82
8. MAQNİT KƏMİYYƏTLƏRİNİN ÖLÇÜLMƏSİ

8.1. Maqnit ölçmələri haqqında məlumat

Ölçmə texnikasının maqnit sahəsini, maqnit dövrələrini,


həmçinin cisim və materialların maqnit xüsusiyyətlərini
xarakterizə edən kəmiyyətləri ölçə bilməsi maqnit ölçmələri
adlanır.
Maqnit ölçmələri vasitəsilə müxtəlif məsələlərin həll
edilməsinə baxmayaraq,adətən bir neçə əsas maqnit kəmiyyətləri
müəyyən olunur: maqnit seli Ф[Vb]; maqnit induksiyası B[Tl];
maqnit sahəsinin gərginliyi H[A/m]; maqnitlənmə M; maqnit
momenti m və başqaları.Həm də maqnit kəmiyyətlərini ölçmə
metodlarının əksəriyyətində maqnit kəmiyyəti deyil, ölçmə
prosesində maqnit kəmiyyətinin çevrildiyi elektrik kəmiyyəti
ölçülür. Tədqiq olunan maqnit kəmiyyəti maqnit və elektrik
kəmiyyətləri arasındakı məlum asılılıqlar əsasında tapılır.
Maqnit sahəsinin əsas xarakteristikaları olan maqnit seli
və maqnit induksiyası arasında aşağıdakı asılılıq mövcuddur:
   Bds ,
S
burada S – səthin sahəsidir.
İnduksiya ilə sahə gərginliyi arasında əlaqə aşağıdakı
asılılıqlardan biri ilə müəyyən olunur: vakuumda
B  0 H ,
nisbi maqnit nüfuzluluğu μ olan mühitdə
B   0 H ,
burada  0 -maqnit sabitidir (vakuumun maqnit nüfuzluluğudur,
4 10 7 hn / m ).
Maqnit materialları isə özlərinin statik və dinamik xarak-
teristikaları və parametrləri ilə qiymətləndirilirlər.
Hal-hazırda maqnit selini, maqnit induksiyasını və maqnit
sahə gərginliyini ölçmək üçün müxtəlif üsullar və cihazlar
mövcuddur.Giriş kəmiyyətləri maqnit kəmiyyəti olan ölçmə çevi-

83
ricilərinə maqnit-ölçmə çeviriciləri deyilir. Çıxış kəmiyyətinin
növündən asılı olaraq onlar üç əsas qrupa – maqnit-elektrik
çeviricilərinə (çıxışı elektrik kəmiyyətidir), maqnit-mexaniki
çeviricilərə (çıxışı mexaniki kəmiyyətdir) və maqnit-optik
çeviricilərinə (çıxışı optik kəmiyyətdir) ayrılırlar.

8.2. Maqnit selinin, induksiyanın və maqnit sahə gərginliyinin


ölçülməsi

Ölçülən maqnit kəmiyyətləri adətən qabaqcadan ölçmə


üçün daha münasib olan elektrik kəmiyyətlərinə çevrilirlər.
Maqnit kəmiyyətlərini elektrik kəmiyyətlərinə çevirən çeviricilər
ən çox elektromaqnit induksiya, nüvə maqnit rezonansı,
qalvanomaqnit və digər hadisələr əsasında yaradılırlar.
Elektromaqnit induksiya hadisəsindən istifadə edərək
sabit və dəyişən maqnit sahələrinin xarakteristikalarını ölçmək
üçün yaradılan cihazlarda ölçmə çeviricisi kimi sarğıları maqnit
seli ilə ilişən sarğac istifadə edilir. wk sarğılar sayı olan sarğacda
 maqnit seli dəyişərsə, sarğacda aşağıdakı asılılıqla təyin
olunan e.h.q. yaranır:
e  wk d / dt
Əgər sarğacın əhatə etdiyi sahə eynicinslidirsə, və
sarğacın oxu B və H vektorlarının istiqaməti ilə üst-üstə
düşürsə,onda Φ, B və H arasındakı asılılıqdan istifadə edərək
yazmaq olar:
d dB dH
e  wk  wk S k   0 wk S k ,
dt dt dt
burada Sk- ölçmə sarğacının sarğısının sahəsidir.
Formuladan görünür ki,sarğacın köməyi ilə Φ, B və H
maqnit kəmiyyətləri elektrik kəmiyyətlərinə, yəni e.h.q.-ə çevrilə
bilərlər. Maqnit ölçmə texnikasında belə sarğaclar ölçmə
sarğacları adlanır.
Maqnit induksiyasını və maqnit sahə gərginliyini ölçmək
üçün cərəyan axan keçirici və yarımkeçiricilərdə maqnit sahəsi
təsirindən yaranan qalvanomaqnit hadisələrindən istifadə olunur.

84
Belə hadisələr bəzi materialları maqnit sahəsində yerləşdirdikdə
yaranır ki, bunlara da Holl və Qauss effektləri aiddir.
Holl effektinin mahiyyəti maqnit sahəsində yerləşdirilmiş
yarımkeçirici lövhəcikdən cərəyan axarkən onun yan tərəflərində
e.h.q. yaranmasından ibarətdir. Holl e.h.q.-ni ölçməklə maqnit
induksiyasını təyin etmək olar.
Holl çeviriciləri üçün germanium, sürməli indium və s.
yarımkeçirici materiallardan istifadə edilir. Holl e.h.q., adətən,
kiçik olur. Buna görə də Holl effektinə əsaslanan cihazların
sxemlərində elektron gücləndiricilərindən istifadə olunur.
Qauss effekti maqnit-rezistiv çeviricilərin əsasını təşkil
edir. Belə çeviricilərin elektrik müqaviməti maqnit sahəsinin
təsirindən dəyişir. Qauss effektinə əsaslanan cihazlar nisbətən az
tətbiq olunur.
Nüvə-maqnit rezonansı hadisəsinə əsaslanan ölçmə
cihazlarında kvant maqnit-ölçmə çeviricilərinin iş prinsipi
mikrohissəciklərin (atomların, atom nüvələrinin, elektronların)
maqnit sahəsi ilə qarşılıqlı təsirinə əsaslanır. Kvant çeviricilərinin
bir növü maqnit induksiyasını yüksək dəqiqliklə ölçməyə imkan
verən nüvə-rezonans çeviricisidir. Bu çeviricilərdə nüvə-maqnit
rezonansının kvant hadisəsindən istifadə edilir.Bu cür hadisələr
elə materiallar üçün xarakterikdir ki, onların atomlarının nüvələri
maqnit momentinə malikdirlər (məsələn, hidrogen atomlarının
nüvələrini özündə saxlayan su). Əgər belə materialdan olan
nümunəni B_ induksiyalı ölçülən sabit sahədə yerləşdirsək və ona
yüksək tezlikli B~ induksiyalı və dəyişən tezlikli maqnit sahəsi
ilə təsir etsək, tezliyin müəyyən bir f qiymətində nümunə
tərəfindən yüksək tezlikli enerjinin rezonans udulması baş verir.
Bu tezlik aşağıdakı kimi təyin edilir: f = (γ/2π)B_ , burada γ –
hiromaqnit nisbəti (atom nüvəsinin maqnit momentinin hərəkət
miqdarı momentinə nisbəti) olub, baxılan hər atom növü üçün
sabit kəmiyyətdir. Beləliklə, bu tezliyi ölçməklə maqnit
induksiyasının qiymətini müəyyən etmək olur.
Nüvə-rezonans çeviricili teslametrlər yüksək dəqiqlik
(xəta 10-4%- dən böyük deyil) və geniş ölçmə diapazonu (10-5 -
102 Tl) ilə xarakterizə olunur.

85
8.3. Maqnit materialları və onların xarakteristikaları

Müasir dövrdə maqnit materialları elm və texnikanın


müxtəlif sahələrində geniş istifadə olunur. Sənayedə müxtəlif
xassəli maqnit materiallarının istehsalı artır.
Maqnit materialları üç əsas qrupa ayrılırlar:
- yüksək maqnit nüfuzluluğuna malik olan yumşaq maqnit
materialları; əsasən maqnit keçiriciləri kimi istifadə olunurlar;
- möhkəm maqnit materialları - əsasən maqnit sahəsi mənbəyi
kimi istifadə olunurlar;
- xüsusi xassəli materiallar (termomaqnit, maqnit – striksion)
Maqnit materiallarının sabit və yaxud yavaş dəyişən
maqnit sahələrində müəyyən olunan xarakteristikaları statik
xarakteristikalar, dəyişən maqnit sahələrində müəyyən olunan
xarakteristikaları isə dinamik xarakteristikalar adlanır.
Ferromaqnit materialların öz xüsusi xarakteristikası,
demək olar ki, statik xarakteristikadır. Dinamik xarakteristika isə
materialın xassələrindən başqa bəzi amillərdən, məsələn, dəyişən
maqnitləndirmə sahəsinin tezliyindən, induksiya və gərginlik
əyrisinin formasından və s. asılıdır.

8.3.1. Statik xarakteristikalar

Maqnit materiallarının əsas statik xarakteristikaları başlan-


ğıc maqnitlənmə əyrisi, əsas maqnitlənmə əyrisi və simmetrik
həddi histerezis ilgəyidir.
Başlanğıc maqnitlənmə əyrisi əvvəlcədən maqnitsizləşdi-
rilmiş nümunədə maqnit B induksiyasının maqnitləndirici sahə-
nin H gərginliyindən asılılığına deyilir: B = f(H). Başlanğıc
vəziyyətdə material maqnitsizləşdirilməlidir (H = 0, B = 0). H-ın
kifayət qədər artması ilə başlanğıc maqnitlənmə əyrisi B(H)
doyma vəziyyətinə çatır (şəkil 8.1).Təcrübədə çox vaxt başlanğıc
maqnitlənmə əyrisinə yaxın olan əsas maqnitlənmə əyrisindən
istifadə olunur.
Əgər başlanğıc maqnitlənmə əyrisi üzrə hərəkəti hər hansı
A(H1,B1) nöqtəsinə çatdıqdan sonra dayandırsaq və H sahə

86
gərginliyinin –H1 qiymətinə qədər və sonra geriyə səlis dəyişsək,
B(H) asılılığının əyrisi qapalı ilgək cızacaqdır ki, buna simmetrik
histerezis ilgəyi deyilir.Əgər histerezis ilgəyinin yuxarı nöqtəsi
doyma sahəsində yerləşərsə, onun forması və ölçüləri dəyişməz
qalır.Belə ilgək həddi histerezis ilgəyi adlanır (şəkil 8.2).

Şəkil 8.1. Başlanğıc Şəkil 8.2. Həddi histerezis Şəkil 8.3.Əsas


maqnitlənmə əyrisi ilgəyi maqnitlənmə əyrisi

Təcrübədə yaxşı təsvir olunan başlanğıc maqnitlənmə


əyrisi almaq çətindir, buna görə də onun əvəzinə başlanğıc
maqnitlənmə əyrisinə yaxın olan əsas maqnitlənmə əyrisindən
istifadə olunur. Bu da B=f(H) asılılığı olub, simmetrik histerezis
ilgəkləri təpələrinin həndəsi yeridir (şəkil 8.3).
Əsas maqnitlənmə əyrisinə görə nisbi maqnit nüfuz-
luluğunun maqnit sahəsindən asılılıq əyrisini qurmaq olar:
B H 
 q H  
0 / H 
Histerezis ilgəyini xarakterizə edən parametrlər həddi
histerezis ilgəyindən götürülür.

8.3.2. Dinamik xarakteristikalar

Maqnit materiallarının dinamik xarakteristikaları həm


materialın özündən, həm də xarakteristikaların müəyyən olunma
şərtlərindən (nümunənin formasından, maqnitləndirmə cərəya-
nının parametrlərindən, maqnitlənmə rejimindən və i.a) asılıdır.

87
Burulğan cərəyanların, maqnit özlülüyünün və digər
proseslərin təsirindən histerezis ilgəyinin forması elə dəyişir ki, o,
ellipsə yaxın forma alır (xüsusən cərəyanın kiçik və tezliyin
böyük qiymətlərində). Belə əyri dinamik ilgək adlanır. Dinamik
ilgəklərin təpələrinin həndəsi yeri maqnitlənmənin dinamik əyrisi
adlanır.
Dinamik xarakteristikalara maqnit nüfuzluluğunun müxtə-
lif növləri və material maqnitlənərkən ondakı maqnit itkiləri
daxildir. Maqnit materiallarını dəyişən maqnit sahəsində maqnit-
ləndirdikdə əsas xarakteristikalardan biri maqnit nüfuzluluğudur.
Əgər dinamik ilgək ellips formasında olarsa, amplituda
nüfuzluğu induksiya və sahə gərginliyinin amplituda qiymətləri-
nin nisbəti kimi müəyyən olunur:
Bm
n  .
0 H m
Dinamik ilgək elliptik formada olduqda induksiya və sahə
gərginliyi sinusoidal dəyişən kəmiyyətlər kimi fərz oluna
bildikləri üçün, yəni B=Bmsin(ωt-δ); H=Hmsinωt, kompleks
üsulundan istifadə edərək maqnit nüfuzluluğunu belə ifadə etmək
olar:
B
    n e  j  1  j 2
H
Bu cür nüfuzluluq kompleks maqnit nüfuzluluğu adlanır.
Kompleks nüfuzluluğun modulu  n  12   22 amplituda
nüfuzluluğu, δ arqumenti isə itki bucağı adlanır, həm də
2
tg  .
1
Mühüm dinamik xarakteristikalardan biri də material
maqnitlənərkən ondakı enerji itkiləridir. Maqnit materiallarının
sınağı zamanı itkilərin cəmi induksiyanın amplitudu və tezliyin
funksiyası kimi müəyyən edilir.
Maqnit materiallarının dinamik xarakteristikaları materiala
dəyişən sahədən əlavə sabit sahə də təsir etdikdə dəyişir.

88
Maqnit materiallarının statik xarakteristikalarını təyin
etdikdə ən çox istifadə olunan metod induksiya-impuls
metodudur.Bu metod ballistik qurğunun köməyi ilə həyata
keçirilir.
Maqnit materiallarının dinamik xarakteristikalarının təyin
olumna üsullarının əksəriyyəti elektromaqnit induksiya qanununa
əsaslanır. Dinamik xarakteristikaları təyin etdikdə əsasən aşağı-
dakı kəmiyyətlər ölçülür: maqnit induksiyası, sahə gərginliyi,
maqnit nüfuzluluğu,maqnitlənmə zamanı enerji itkisi.

9. OPTİK ÖLÇMƏLƏR

9.1.Ümumi məlumat

Optik ölçmə cihazları olduqca müxtəlifdirlər. Növlərinin


sayına görə onları elektrik ölçmə cihazları ilə müqayisə etmək
olar. Ümumiyyətlə, optik metod və yaxud cihaz insan gözü ilə
görünən elektromaqnit şüalanmasının, yəni 760 nm-dən 350 nm-ə
qədər dalğa uzunluqlu elektromaqnit dalğalarının qeyd edilməsi
hesab olunur. Bu nöqteyi-nəzərdən optik cihazlar və metodlar
dedikdə praktiki olaraq insan gözü ilə görünən elektromaqnit
şüalanması nəzərdə tutulur.

9.2. Optik ölçmə cihazlarının təsnifatı

Optik ölçmə cihazlarının təsnifat cədvəli şəkil 9.1-də


göstərilmişdir.
Fotometrik optik cihazlar işıq sellərini və işıq selləri ilə
bilavasitə əlaqədə olan kəmiyyətləri – işıqlanma dərəcəsi,
parlaqlıq, işıqlılıq və işığın gücünü ölçən optika sinfinə aiddirlər.
Fotometrləri insan gözünün həssaslığına uyğun həssaslıqlı
ölçmə xarakteristikalarına malik olan ənənəvi optik cihazlara və
energetik fotometrik kəmiyyətləri ölçən fotometrlərə ayırmaq
daha məqsədəuyğundur. Spektral optik cihazlar optika
texnikasının böyük sinfidir və onlar üçün elektromaqnit şüalan-

89
Şəkil 9.1. Optik ölçmə cihazlarının təsnifatı

masının dalğa uzunluğuna görə spektrə ayrılması xarakterikdir.


Bunlara vizual cihazlar – spektroskoplar; şüalanmanı hər hansı bir
təsbit olunmuş dalğa uzunluğunda seçən cihazlar –
monoxromatorlar; şüalanmanı bir neçə dalğa uzunluğunda seçən
polixromatorlar; monoxromatik şüalanmanın bütün spektrlərini
qeyd edən spektroqraflar aiddir. Əgər cihazda şüalanmanı spektrə
ayırmaqdan əlavə elektromaqnit şüalanmanın hər hansı bir
energetik xarakteristikasını ölçmək imkanı da olarsa, belə cihaz
spektrofotometr və yaxud kvantometr adlanır.
İnterferometrlərdə ölçülən əsas xarakteristika işıq
dalğasının fazasıdır. Belə yanaşma daha dəqiq ölçmə vasitələrinin
yaradılmasına imkan verir. Bu səbəbdən də interferometrlər
yüksək dəqiqlik tələb olunan hallarda, məsələn, etalonlarda,
unikal elmi proqramlara xidmət sahələrində, maddələrin
tərkibinin çox yüksək həssaslıqla analiz metodlarının
realizasiyasında və i.a. tətbiq edilir.
Optik cihazların digər sinifləri fotometrlər və spektro-
metrlər kimi o qədər də geniş yayılmamışlar. Buna baxmayaraq,
onlarda spesifik fiziki hadisələr mühüm əhəmiyyət kəsb
etdiyindən təsnifat cədvəlinə daxil edilmişlər.
Polyarimetrlərdə polyarizasiya kimi işığın dalğa xassəsi,
yəni elektromaqnit dalğalarının rəqslərinin yayılma istiqamətinə
nəzərən müəyyən oriyentasiyası (səmtləşməsi) istifadə olunur. Bir
çox cisimlər polyarlaşmanın istiqamətini dəyişmə xassələrinə
malikdirlər. Bu prinsipdə təkcə maqnit kəmiyyətlərini ölçmə

90
çeviriciləri yox, həm də maddələrin və materialların tərkibinin
analizi üçün bəzi cihazlar da (məsələn, şəkəri ölçən cihazlar)
işləyirlər.
Refraktometrlər bərk cisimlərin, mayelərin və qazların
sınma göstəricilərini ölçmək üçündür. Onlarda işıq dəstəsinin iki
mühitin ayrılma sərhəddində istiqamətinin dəyişməsi hadisəsi
istifadə olunur. Bu cihazlar xromatoqraflarda, çoxlu sayda xüsusi
təyinatlı meteoroloji cihazlarda, qazların analizində və i.a.
indikator kimi istifadə edilirlər.
Qoniometrlər bucaq ölçmələri üçün istifadə olunan
cihazlardır. Onlar optik oxu bucaq limbi (dərəcələrə bölünmüş
dairəsi olan bucaqölçən) ilə təchiz olunmuş tamaşa borusundan və
yaxud lazerdən ibarətdir. Belə cihazla bucaqları optik oxu ayrı-
ayrılıqda ardıcıl olaraq iki obyektə istiqamətləndirməklə ölçmək
olar.
Buraya həmçinin optik məsafəölçənlər də aiddir. Qonio-
metrlər topoqrafiyada, hərbi texnikada, geodeziya işlərində geniş
istifadə edilirlər.
Ölçmə mikroskopları müxtəlif obyektlərin görünən
ölçülərini (və yaxud müşahidə bucaqlarını) böyütmək və
böyüdülmüş detalların ölçülərini müəyyən etmək (ölçmək)
üçündür. Bu cür cihazların daha geniş yayılanları okulyar –
mikrometrlə təchiz olunmuş adi mikroskoplardır. Bu, həcmin
ölçüsünü onu bilavasitə mikroskopdan müşahidə etməklə
müəyyən etməyə imkan verir. Belə cihazlardan həkimlər,
bioloqlar, botaniklər və ümumiyyətlə, böyük olmayan obyektlərlə
işləyən bütün mütəxəssislər istifadə edirlər.
Cismin məxsusi istilik şüalanmasını ölçən cihazlar
pirometrlər (“piro”–yanğın sözündən) adlanırlar. Bu cihazlarda
qızmış cisimlərin şüalanma qanunlarından (Plank qanunu, Stefan-
Bolsman qanunu, Vin qanunu və s.) istifadə olunur.

9.3. Optik-lif vericiləri

Optoelektronika – elm və texnikanın yeni sahələrindən


olub, optika və elektronikanın qovuşmasında yaranmışdır.

91
Optoelektronikanın inkişafında əsas hadisə optik liflərin
yaranması olmuşdur.
Müasir optik lif özündən işıq yayılan özəkdən (əsasdan)
və örtükdən ibarətdir. Özək xaricdən polimer plyonka ilə bağlıdır.
Özək plastikdən və sınma əmsalını artırmaq üçün müəyyən
əlavələr (məsələn, germanium) edilmiş şüşədən hazırlanmış
teldən ibarətdir. Özəyin sınma əmsalı n1 örtüyün sınma əmsalı n2-
dən təxminən 0,01...0,02 artıqdır. Bunun da nəticəsində özəyə
yönəldilmiş işıq şüası “özək-örtük” sərhəddindən dəfələrlə əks
olunaraq orada yayılır (səpələnir).
Optik liflərin ümumi üstünlüklərinə geniş zolaqlılıq (bir
neçə onlarla terahers); kiçik itkilər (minimalları 0,154 dB/km);
kiçik (125 mkm ətrafında) diametr; kiçik (təxminən 30 q/km)
kütlə; elastiklik (əyilmənin minimal radiusu 2 mm); mexaniki
möhkəmlik (qırılmağa dözdüyü yük təxminən 7 kq); qarşılıqlı
interferensiyanın olmaması; elektromaqnit induksiyanın təsirinin
olmaması; partlayış təhlükəsizliyi; yüksək elektroizolyasiya
möhkəmliyi (məsələn, 20 sm uzunluqlulif 10000 V gərginliyə
dözür); korroziyaya qarşı yüksək dözümlülük (xüsusən kimyəvi
əridicilərə, yağlara, suya qarşı) xüsusiyyətlərini aid etmək olar.
Optik lif vericisi əsas element kimi optik lif istifadə edən
vericidir. Optik lif vericisinin tərkibinə optik lif, işıqşüalandırıcı
(işıq mənbəyi) və işıqqəbuledici qurğular, optik həssas element
daxildir.
Optik lif vericiləri yüksək temperaturlara və təzyiqlərə
davamlıdırlar. Onlar elektromaqnit maneələrə, hətta ildırım
boşalması yaxınlığında belə həssas deyillər, dielektriklərdir, bu
da belə vericilərdən yüksək gərginliyin təsiri təhlükəsi, partlayış
təhlükəsi olan mühitdə istifadə etməyə imkan verir. Onların
hazırlandığı materiallar kimyəvi ətalətli ola bilərlər, yəni ətraf
mühiti çirkləndirmir və korroziyaya uğramırlar.
Optik lif vericiləri özlərinin yaxşı metroloji xarakteristikala-
rından əlavə yüksək etibarlığa, uzunömürlüyə, stabilliyə, kiçik
kütləyə, qabaritlərə və enerji sərfinə malikdirlər, informasiyanın
mikroelektron emal qurğuları ilə uyğunlaşırlar.

92
Müasir optik lif vericiləri, demək olar ki, bütün kəmiy-
yətləri ölçməyə imkan verir. Məsələn, təzyiq, temperatura,
məsafə, fəzada vəziyyət, fırlanma sürəti, xətti yerdəyişmə sürəti,
təcil, rəqslər, kütlə, səs dalğaları, mayenin səviyyəsi,
deformasiya, sınma əmsalı, elektrik sahəsi, elektrik cərəyanı,
maqnit sahəsi, qazın konsentrasiyası, radiasiya şüalanmasının
dozası və s.
Hal-hazırda optik-lif vericilərinin inkişafının əsas
istiqaməti inteqral-optik texnologiyalarıdır. Bu texnologiyalar
emalın elektron sxemlərini və mikrooptik komponentləri bir
kristalda və yaxud bir mikromodulda birləşdirməyə imkan verir.
Bu, optik-lif vericilərinin maya dəyərini xeyli aşağı salmağa və
onların istismar xarakteristikalarını yüksəltməyə imkan verir.
Optikanın, mexanikanın və elektronikanın birləş-
dirilməsinə misal mikro- və nanotexnologiyadan istifadə etməklə
hazırlanmış mikromexaniki qurğuları, məsələn, DLP –
prosessorunu (pyezoaktuator texnologiyası əsasında) göstərmək
olar. Bu texnologiya Texas İnstrument Şirkəti tərəfindən işlənmiş
və patentlənmişdir, onun əsasında proyeksiyalı DLP televizorları
və proyektorları istehsal olunur.

9.4. Optik cərəyan və gərginlik vericiləri

Optik-lif cərəyan və gərginlik vericilərinə olan marağın


durmadan artması həmin qurğuların yüksək potensial imkanları
ilə əlaqədardır. Bunlara aiddir: geniş dinamik ölçmə diapazonu
(cərəyanlar – yüzə qədər kA, gərginliklər – yüzə qədər kV);
yüksək xəttilik; yüksəkvoltlu dövrədə gərginliyin və cərəyanın
bilavasitə harmonikalarını analiz etməyə imkan verən geniş tezlik
diapazonu; ikinci dövrələrin yükünün və onlardakı itkinin
təsirinin olmaması; optik-lif informasiya kanallarının xarici
elektromaqnit əngəllərinə qarşı yüksək dayanıqlığı; kiçik kütlə-
qabarit göstəriciləri; birinci optik çevirici elektronika blokundan
450-900 m və daha çox uzaqlaşdırıla bilər.
Belə vericilərdən yüksək və ortavoltlu elektrik şəbəkələrin-
də istifadə olunması daha effektlidir, belə ki, izolyasiyanın, xü-

93
susən də yüksəkvoltlu dövrələrdə, təmin olunmasının mürəkkəb
məsələləri çevirmənin özünün fiziki təbiəti hesabına avtomatik
olaraq həll olunur, çunki optik liftin optika elementləri əvvəlcədən
elə dielektrikdirlər. Müvafiq olaraq ölçmə və yüksəkvoltlu
dövrələrin qalvanik açılması asan təmin olunur və həmin
cihazların istismarında təhlükəsizlik yüksəlir.
Optik cərəyan vericisi. Bu vericinin işi Faradey effektinə
əsaslanır. Bu effektin mahiyyəti işıq selinin polyarizasiyasının
maqnit sahəsinin təsirindən dəyişmə hadisəsidir. Başqa sözlə,
maqnit sahəsində yerləşən cisimdən xətti polyarizasiya olunmuş
işıq yayıldıqda işığın polyarizasiya müstəvisinin fırlanması
müşahidə olunur (şəkil 9.2).

Şəkil 9.2.Faradey effektinin izahına aid

Bu effektlə əsasən işləyən cərəyan çeviricilərində ortoqonal


dairəvi polyarizasiyalı iki işıq dalğası xüsusi işıq keçiricili
çoxsarğılı kontura daxil edilir. Konturun daxilində cərəyanlı
keçirici yerləşir. Keçiricidə cərəyan olmadıqda işıq dalğaları lif
konturu üzrə eyni faza sürəti ilə yayılır və konturun çıxışına sıfır
nisbi faza fərqi ilə gəlirlər (şəkil 9.3).
Keçiricidə elektrik cərəyanı olduqda işıq keçiricisi axan
cərəyanın uzununa maqnit sahəsində olur. Bu halda işıq
keçiricisinin optik xüsusiyyətləri dəyişir və kontur üzrə işıq
dalğalarının yayılma sürəti müxtəlif olur. Nəticədə konturun

94
çıxışında dalğalar arasında zaman gecikməsi və nisbi faza
sürüşməsi F yaranır. Əgər işıq keçiricisi uzununa eyni-cinsli
maqnit-optik həssaslığına malikdirsə, onda faza sürüşməsi ilə
elektrik cərəyanının qiyməti arasındakı əlaqə sadə formula ilə
ifadə olunur:

Şəkil 9.3. Optik-lif cərəyan vericisinin


iş prinsipinin izahına aid

F  2VNI ,
burada N – lif sarğılarının sayı; V – Verde sabiti; I – ölçülən
elektrik cərəyanıdır. Verde sabiti cizimdə polyarizasiya
müstəvisinin maqnit fırlanmasını xarakterizə edir. Onun qiyməti
cismin xüsusiyyətindən, dalğanın uzunluğundan və şualanmanın
monoxromatikliyindən asılıdır. Formuladan görünür ki, lif
sarğılarının sayını dəyişməklə çeviricinin həssaslığını idarə etmək
və müvafiq olaraq elektrik cərəyanının ölçülmə hədlərini
dəyişmək olar. Təcrübədə bu xüsusiyyət cərəyanları yüzlərlə
milliamperdən yüzlərlə kiloamper hədlərində ölçmək imkanı
verir.
Beləliklə, optik-lif metodu ilə cərəyanın ölçülməsi elektrik
cərəyanının uzununa maqnit sahəsində yerləşən həssas lif
konturunda işıq dalğalarının arasındakı nisbi faza sürüşməsinin F
dəqiq ölçülməsinə gətirilir. Həmin faza sürüşməsi həssas
elementdən birləşdirici kabel xətti ilə elektron-optik emal blokuna

95
keçirilir. Bu blok faza axınını ölçür, onu cərəyanın qiymətinə
çevirir və cərəyanın ölçülmüş ani qiymətini çıxış interfeyslərinə
verir.
Faradey effektinə əsaslanan cihazlar bir-birindən fərqlənə
bilərlər. Elektron-optik bloklu optik-lif cərəyan vericisinin
struktur sxemi şəkil 9.4-də göstərilmişdir.
Cərəyan vericisinin elektron-optik sxeminin sadələşdirilmiş
strukturasında optik siqnal mənbəyi vardır. Bu siqnal şaxələn-
diricinin köməyi ilə sağ və sol polyarizə olunmuş siqnala çevirilir.
Bu siqnalların fırlanma istiqamətləri bir-birinə əksdir və onlar N
sarğılı optik lifdən hazırlanmış optik ilgəyə daxil olurlar.

Şəkil 9.4. Elektron-optik bloklu optik-lif cərəyan vericisinin


struktur sxemi
Naqildən axan ölçülən İ cərəyanı tərəfindən yaradılan maqnit
sahəsi Faradey effektinə əsasən siqnallardan birini zəiflədir,
digərini isə sürətləqndirir. Hər iki siqnal növbəti dairəvi

96
polyarizatora çatır. Burada onlar bir-birinə nəzərən  bucağı
qədər yerini dəyişmiş iki xətti polyarizə olunmuş işıq sellərinə
çevrilir.
İşıq selləri fotoçevirici vasitəsilə  = 2C/ tezlikli iki
dəyişən cərəyan gərginliyinə çevrilir. Burada C – optik lifdə işığın
sürəti;  - optik şüalanmanın dalğa uzunluğudur. Alınan elektrik
siqnalları elektron blokun analoq-rəqəm çeviricisinə daxil olur.
Burada  bucağı sonradan DSP-prosessorunda emal edilmək
üçün rəqəm formasına çevrilir. Rəqəm bloku yüksək və aşağı
səviyyəli analoq interfeysləri və əlavə İEC61850 standartına
müvafiq rəqəm interfeysi ilə təchiz olunmuşdur ki, bu da
tamamilə rəqəm mühafizə və ölçmə sisteminin yaradılmasına
imkan verir.
Optik gərginlik vericisi. Optik gərginlik vericisinin işi
Pokkels effektinə əsaslanır. Bu effektin mahiyyəti sabit və yaxud
dəyişən elektrik sahəsinin təsirindən optik mühitlərdə ikiqat şüa
sınmasının yaranması hadisəsidir (şəkil 9.5).

Şəkil 9.5.Pokkelsin xətti elektrooptik effektinin izahına aid

Qeyd olunan hadisə kristallik pyezoelektriklərdə müşahidə


olunur:

97
E
    L  K  ,

burada E - elektrik sahəsinin gərginliyi; L – lövhənin qalınlığı; 
- dalğa uzunluğu; K – elektrooptik əmsaldır.
Effekt tətbiq edilən elektrik sahəsinin qiymətindən düz
mütənasib asılılıqdadır. Gərginlik vericilərlə elektrik sahəsinin
gərginliyinin sütununun bir neçə nöqtəsində aparılan ölçmələr
əsasında hesablanır.
Elektron-optik bloklu optik gərginlik vericisinin sadələş-
dirilmiş struktur sxemi şəkil 9.6-də göstərilmişdir.

Şəkil 9.6. Elektron-optik bloklu optik gərginlik vericisinin


sadələşdirilmiş struktur sxemi

Qeyd etmək lazımdır ki, optik gərginlik və cərəyan veri-


cilərinin işlənməsi və hazırlanması ilə bir sıra şirkətlər, o cüm-
lədən Kanada şirkəti Nxt Rhase T&D Corparation, Isveç şirkətli
PowerSense, ABŞ şirkətləri OptiSense Network Inc., ABB Inc.,
Airak Inc., Field Metrics Inc (FMI) məşğul olurlar.
Müxtəlif şirkətlərin optik vericilərinin bəzi ümumiləş-
dirilmiş xarakteristikaları 1 və 2 cədvəllərində verilmişdir.
PaterSerse A/S şirkəti 36 kV-a qədər olan şəbəkələrdə
işləyə bilən optik-lif cərəyan (şəkil 9.7a), gərginlik (şəkil 9.7,b) və
kombinə olunmuş cərəyan/gərginlik (şəkil 9.7c) çeviriciləri təklif
etmişdir. Cərəyanların ölçülmə diapazonu 2% xəta ilə 5 A… 20
kA, gərginliyin ölçülmə xətası isə 1% təşkil edir.

98
Cədvəl 1. Müxtəlif şirkətlərin optik-lif cərəyan vericilərinin
müqayisəli xarakteristikaları

OptiSens
PowerSe

Metrics
Rhase

Airak
Field

ABB
Xarakteristi
Nxt

nse

e
ka

Nomin.
55-20- 0,003-
cərəyanlar, 0,1-100 0,003-1 0,6-20 1-3,5
20 30
kA
Dəqiqlik
0,25 2 0,2 0,2 0,2 1
sinfi, %

İşçi tezlik,
50/60 50/60 - 50/60 50/60 50/60
Hs
Tezlik zolağı, 0,01- 5000-ə 0-
- - 5-5000
Hs 6000 qədər 10000
Nominal
15,20,3 72,5-
gərginlik, 69-765 36 11-36 3,6-36
5 800
KB
Kütlə, kq 0,028-
49-95 - 9 5-15
0,57
İşçi
- - - - - -
temperaturla
50…+6 40…+5 40…+7 50…+8 5…+4 40…+8
r diapazonu,
0 0 5 5 0 5
C

99
Cədvəl 2. Müxtəlif şəirkətlərin optik gərginlik vericilərinin
müqayisəli xarakteristikaları

OptiSens

Metrics
Rhase

Airak
Field

ABB
Nxt
Xarakteristika

e
Nomin. 115-
121-550 35 138 0,003-5
cərəyanlar, kA 550
Dəqiqlik sinfi,
0,2/3 0,2 0,3 0,2 1 (5)
%

İşçi tezlik, Hs 10/3000 - - - -50/60


Tezlik zolağı, 0,1-
- 5-5000 - 6-5000
Hs 6000
Kütlə, kq 132-650 2,5 68 50-186 0,17
İşçi
- - - -
temperaturlar 0…+50
40…+50 40…+50 40…+70 5…+40
diapazonu, C

Vericilər ştanqda bərkidilir və dayaqda yerləşdirilmiş optik


modulla optik liflə birləşdirilir.

Şəkil 9.7. Power Sense şirkətinin vericiləri: a) cərəyan;


b) gərginlik; c) kombinə olunmuş (cərəyan/gərginlik)

Airak şirkətinin istehsal etdiyi vericilər özlərinin ən az kütlə


və qabarit göstəriciləri ilə fərqlənirlər. Bu şirkətin optik-lif
100
gərginlik vericilərinin çəkisi cəmisi 170 q-dır (şəkil 9.8a).
Gərginlik vericisi xüsusi platformada yerləşdirilir. Gərginliyin
standart ölçmə diapazonu – 5 kV, maksimal gətirilmiş xəta 5%
təşkil edir.Hava xətləri üçün istehsal olunan cərəyan vericiləri
(şəkil 9.8,b) cərəyanı 3A-dən 1 kA-a qədər 1%-dən yüksək
olmayan xəta ilə ölçməyə imkan verir.

Şəkil 9.8. Airak İnc. Şirkətinin optik-lif gərginlik vericisi (a);


hava xətləri üçün cərəyan vericisi (b)
Optik cərəyan və gərginlik vericiləri energetikada,
metallurgiya, kimya, gəmiqayırma və müdafiə sənayesində
monitorinq, nəzarət və idarəetmə sistemlərində mühüm yer tuta
bilərlər.

9.5. Yüksək gərginlikləri və böyük cərəyanları


optik ölçmə metodları

Elektrik veriliş xətlərinin, yüksək və daha yüksək gərgin-


likli (1200 kV və daha çox) elektrofiziki qurğuların sürətlə
inkişafı bahalı və iri izolyasiya qurğularının yaradılmasını tələb
etməyən yeni ölçmə metodlarının meydana çıxmasına səbəb oldu.
Bu nöqteyi-nəzərdən elektrik-optik metodları daha perspektivlidir.
Elektrik-optik metodları daxili modulyasiyalı və xarici
modulyasiyalı kimi iki metoda ayrılır. Daxili modulyasiyalı
metodlarda ölçmə informasiya siqnalı optik şüalanma mənbəyinə
bilavasitə təsir edərək, onun şüalanma parametrlərini dəyişir.
Xarici modulyasiyalı metodlar ölçülən kəmiyyətin xarici stabil
mənbənin optik şüalanmasına bilavasitə təsirinə əsaslanır.

101
Daxili modulyasiyalı metodlarla ölçmə aparıldıqda (şəkil
9.9) optik şüalanma mənbəyi 2 (məsələn, işıq diodu) və ilkin
(birinci) çevirici 1 (şunt, ölçmə transformatoru və s.) yüksək
gərginlik altında olurlar, optik şüalanma qəbuledicisi 4 və ikinci
ölçmə qurğusu 5 yerin potensialına malik olurlar.

Şəkil.9.9. Daxili modulyasiyalı metodla ölçməyə aid

Şüalanma mənbəyi və qəuledicisi arasında optik rabitə


kanalı kimi 3 yüksəkvoltlu sərt və yaxud elastik lifli işıq keçi-
riciləri istifadə olunur.
Xarici modulyasiyalı metodlar elektrik optik və maqnit
optik effektlərinin, əsasən də elektrik sahəsinin gərginliyini və
gərginliyi ölçmək üçün Kerr və Pokkelsin elektrik-optik effekt-
lərinə, cərəyanları ölçmək üçün isə Faradeyin maqnit-optik
effektinə əsaslanır.Elektrik və maqnit optik effektlərə xas olan
relaksasiya müddəti – 10-10 s-dən az təşkil edir, buna görə də bu
effektlərin əsasında sabit, dəyişən və impuls cərəyan və
gərginlikləri ölçmək üçün cəldişləyən ölçmə vasitələri, eləcə də
müasir cəldişləyən mühafizə qurğuları yaratmaq olar.

9.6. Optik kabellər və onlarda aparılan ölçmələr

9.6.1. Optik kabellər və onların elementləri

Optik kabel optik şəffaflığa malik olan maddədən


hazırlanmış teldir. Mütləq daxili əksetdirmə keçiricidə işığın
köməyi ilə siqnalın keçməsini təmin edir.
102
Daxili optik kabel, adətən, plastik materiallardan və yaxud
şüşədən hazırlanır, lakin bir sıra sahələrin ftoralüminiumdan,
kvarslı şüşədən, ftorsikronatdan və digər maddələrdən hazırlanmış
kabellərə ehtiyacı olur. Universal optik kabellərin yaradılmasının
müasir texnologiyaları xarakteristikaları heç də şüşədən pis
olmayan plastik optik liflər tətbiq edirlər.
Borularda montaj üçün istifadə olunan xarici optik kabelin
konstruksiyası özəkdən və örtükdən təşkil olunur. Bu təşkil-
edicilərin sınma göstəriciləri bir-birindən çox cüzi fərqlənirlər.
Məsələn, özəyin sınma göstricisi 1,485-ə, örtüyün 1,480-ə yaxın
sınma göstəricisi uyğun gəlir.
Bronlu daxili kabel torpaqda, kanalizasiya sistemlərində
istifadə oluna bilər.Asma xarici şəbəkələrin yaradılmasında çox
vaxt gəzdirilə bilən güc elementli optik kabellərdən istifadə
edilir.
Ümumiyyətlə, optik kabel aşağıdakı elementlərdən təşkil
olunur: mərkəzi güc elementi; optik modullar (daxilində optik
liflər yerləşdirilmiş polimer borular); güc elementləri; bronlar;
mühafizə qabığı (örtüyü); kabelin xarici qabığı (örtüyü).
Kabelin özəyi. Optik-lif kabellərin möhkəmliyini artırmaq
üçün bu kabelin optik modulları kabelin özəyi olan mərkəzi güc
elementinin ətrafında sarınır. Bu halda mərkəzi güc elementi həm
uzununa əyilmədən mühafizə dayağı, həm də yükdən
zədələnməyə qarşı mühafizə vəzifəsini yerinə yetirir. Bu cür
hazırlanma nəticəsində işıq keçiriciləri optik modullarda müəyyən
boşluğa malik olurlar ki, bu da dartılmaya, əyilməyə, sıxılmaya
səbəb ola biləcək yüklərin ötürmə xarakteristikalarına olan təsirini
minimuma endirir (başqa sözlə, təsir göstərmir).
Güc elementinin ətrafına optik modullarla yanaşı aşqarlar
da, yəni işıq keçiricisiz modullar və yaxud xalis polietilen
elementlər də yerləşdirilə bilər. Sarınmış bu elementlərin və güc
elementlərinin, eləcə də bərkitmə lenti və onların ətrafındakı
örtüklərin toplusu kabelin özəyi adlanır.
Sarıma. Optik-lif kabel texnikasında əsasən qat-qat sarıma
tətbiq edilir. Bu halda sarınan elementlər mərkəzi güc elementinin
ətrafında konsentrik olaraq yerləşir. Əgər ayrı-ayrı elementlər

103
(optik modullar, aşqarlar və s.) sarınırsa, bu hörmə sarımalı kabel,
əgər kabelin özəyi hörülmüş elementlərdən təşkil olunmuş
modullardan sarınırsa, belə kabel modullu kabel adlanır.
Sarımanın iki növü vardır: spirallı sarıma və SZ-sarıma
(sarımanın istiqamətinin növbələnməsi ilə sarıma).
Özəyin doldurulması. Optik-lif kabelin su buraxmamaq
qabiliyyətini təmin etmək üçün özəyin elementləri arasındakı boş
sahə yüksək təzyiq altında xüsusi hidrofob kompaund (izolyasiya
materialı) ilə doldurulur. Bu halda kompaund kabelin
elementlərinin xarakteristikalarına ziyanlı təsir göstərməyən
tərkibə və kiçik xətti genişlənmə əmsalına malik olmalıdır.
Kabelin örtüyü (qabığı). Örtük optik-lif kabelin özəyini
xaricdən mexaniki, istilik, kimyəvi, işıq təsirlərindən və eləcə də
nəmlikdən mühafizə etməlidir. Bu məqsədlə daha çox polietilen
istifadə edilir. Daxili kabel çəkmə üçün örtüyün materialı kimi
perforetilen-propilen, perftoralkoksisopolimer, etilen və
vinilasetat etilini istifadə edilir. Kabelin örtüyünün əsas növləri:
polietilen, polivinilxlorid, ftorlu plastmass, tərkibində qalogen
olmayan materiallar.
Mühafizə örtüyü. Xarici kabel çəkmə üçün və eləcə də
xüsusi kabellər üçün polietilen və yaxud polivinilxloridli mü-
hafizə örtüyündən, əlahiddə hallar üçün isə – poliamid örtükləri
tələb olunur. Onlar kabelin örtüyünün üzərinə çəkilmiş bronu
korroziyadan və xarici zədələnmələrdən qoruyur.
Bronlar. Xüsusi hallarda, məsələn, suyun altında və yaxud
şaxtalarda, daha böyük yüklərin olduğu hallarda əlavə bron tətbiq
olunur. Bronlar aramid lifindən, polad lentlərdən, polad
məftillərdən və i.a. hazırlana bilər.
Kabellərin konstruksiyasının növləri. Optik-lif kabelləri
müəyyən xarakteristikalarına görə aşağıdakı kimi təsnif etmək
olar: xarici çəkmə kabelləri; daxili çəkmə kabelləri; xüsusi
kabellər.Optik-lif kabellərin tipik temperatur diapazonları:
- daşıma (nəqletmə) və saxlama temperaturu -25C-dən + 70C-ə
qədər;
- montaj temperaturu -5C-dən + 50C-ə qədər;
- istismar zamanı temperatur -20C-dən +60C-ə qədər.
104
Xarici çəkmə üçün optik-lif kabellərinin standart uzunluğu
2000-6000 metrdir.
Optik liflərin markalanması. 1982-ci ildə Beynəlxalq
elektrotexniki komitənin İEC304 standartına əsasən aşağı tezlikli
kabel və məftillərin izolyasiyası üçün 12 standart rənglər
müəyyən edilmişdir. Bunlar həmçinin optik liflərin rəngli kodlan-
lanması üçün də istifadə olunur.
Rəngli kodlama aşağıdakı cədvəldə verilmişdir.

Nümunə olaraq, xarici çəkmə üçün istifadə olunan bronlu


optik-lif kabeli (a) və bilavasitə torpaqda çəkmə üçün optik-lif
kabeli (b) şəkil 9.10-da göstərilmişdir.

a) b)
Şəkil 9.10.Xarici çəkmə üçün bronlu (a) və bilavasitə torpaqda
çəkmə üçün (b) optik-lif kabelləri

10. QEYRİ-ELEKTRİK KƏMİYYƏTLƏRİNİN


ÖLÇÜLMƏSİ

10.1. Temperaturun ölçülməsi

Əşyanın qızma dərəcəsini xarakterizə edən kəmiyyət


temperatur adlanır. Temperatur ölçmələri müvafiq şkalalar üzrə

105
aparılmalıdır. Temperaturu ifadə edən ardıcıl ədədi qiymətlər
sisteminə temperatur şkalası deyilr.
Hal – hazırda iki temperatur şkalasından istifadə olunur:
termodinamik temperatur şkalası (TTŞ) və beynəlxalnq praktiki
şkala (BPŞ). TTŞ-nı ilk dəfə 1852-ci ildə Lord Tomson
(Kelvin) təklif etimşdir. Bu şkala termodinamikanın ikinci
qanununa əsaslanır.TTŞ-da temperatur Kelvin (K)-lə, BPŞ-da isə
Selsi (0C) ilə ölçülür.
Kelvin və Selsi şkalaları arasındakı əlaqə belə yazılır:
T 0 K  t 0 C  273,16K

10.1.1. Kontakt termometrləri

Xüsusi ölçmə metodları nəzərə alınmazsa, temperaturu


bütün adi ölçmə metodları iki əsas prinsipə əsaslanır: kontaktlı və
kontaktsız termometriya. Kontakt termometrlərində obyektlə
termoçevirici arasında enerji mübadiləsi istilikkeçirmə (bərk
cisimlərin temperaturunun ölçülməsində) və konveksiya yolu ilə
yerinə yetirilir. Kontaktsız metodlar ölçmə çeviriciləri ilə obyekt
arasında şüalanma yolu ilə enerji mübadiləsinə əsaslanır.
Termometrin çıxış siqnalından asılı olaraq kontakt
termomentrləri mexaniki və elektriki kontakt termometlərinə
ayrılırlar.
Mexaniki kontakt termometrlərinə aşağıdakılar aiddir:
Dilatometrik və bimetal termomentlər. Bu termometrlərin
iş prinsipi, bərk cisimlərin istiliyin dəyişməi nəticəsində öz xətti
ölçülərini dəyişməsi xassəsinə əsaslanmışdır.
Dilatometrik termometrlərdə temperatur biri (ox)
digərinin (boru) içərisində qoyulmuş iki metal çubuğun uzanması
nəticəsində alınan fərqlərlə müəyyən edilir.
Bimetal termometrlərdə temperaturun ölçülməsi ensiz
metal səthlərin açılıb düzlənməsi və ya yığılıb əyilməsinə
əsaslanmışdır. Bu səthlər iki metaldan və ya xəlitədən ibarət olub,
bir – birinə qaynaq edilir. Onların temperatur genişlənmə
əmsalları müxtəlif olduğundan, qızdırılan zaman açılıb düzlənmə
və ya yığılıb əyilmə hadisəsi baş verir.
106
Mayeli termometrlərin işləmə prinsipi maye və
termometrik şüşənin istidən genişlənmə əmsallarının müxtəlif
olmasına əsaslanmışdır.
Mayeli termometrlərdə işçi maye kimi civə, toluol, etil
spirti, kerosin, pentan və s. istifadə olunur. Əksər hallarda işçi
maye kimi civədən istifadə edilir.
Manometrik termometrlərin iş prinsipi qapalı qazın,
buxarın və mayenin qızdırıldıqda təzyiqinin dəyişməsinə
əsaslanmışdır.
Mexaniki kontakt termometrlərinin az sərflərlə ölçmə
aparmağa imkan verməsinə, etibarlılığına və asan xidmət
edilməsinə baxmayaraq, onların çox mühüm bir nöqsanı var: çıxış
siqnallarının uzaq məsafələrə ötürülə bilməməsi. Buna görə də
sənaye praktikasında elektrik kontakt termometrlərindən geniş
istifadə olunur.
Elektrik kontakt termometrlərinə aşağıdakılar aiddir:
Elektrik müqavimət termometrləri. Bu termometrlərin iş
prinsipi naqillərin və yarımkeçiricilərin müqavimətinin
temperaturdan asılı olaraq dəyişməsinə əsaslanmışdır.
Müqavimət termometrlərinin materialı kimi yaxşı elektrik
keçiriciliyinə malik olan metallar, məsələn platin, mis, nikel
istifadə olunur. Bu metallar üçün orta müqavimət temperatur
əmsalları: platin üçün 3,85 10 –3 K–1; nikel üçün 6, 17 10 –3 K–1;
mis üçün 4, 27 10 –3 K–1 təşkil edir.
Yarımkeçirici müqavimət termometrləri bəzən
termistorlar və yaxud termomüqavimətlər adlanırlar. Onların
hazırlanmasında titan, maqnezium, dəmir, kobalt, manqanin və
mis oksidlərindən, yaxud bəzi metalların müxtəlif qarışıq
kristallarından (məsələn, germanium) istifadə edilir.
Müqavimət termometrlərinin ölçmə cihazları üç qrupa
ayrılır: müvazinətli körpülər; müvazinətsiz körpülər; loqometr-
lər.
Termoelektrik termomentrlər (termocütlər). Termoelek-
trik termometrlər vasitəsilə temperaturun ölçülməsi termoelektrik
effekti hadisəsinə əsaslanmışdır. 1821-ci ildə Tomas I.Zeebek iki
müxtəlif naqildən ibarət qapalı dövrədə birləşmə nöqtələrini

107
qızdırdıqda cərəyan axdığını müşahidə etmişdir.Belə dövrəyə
termoelektrik termometri (termocüt) deyilir. Avtomatik potensio-
metrin sadələşdirilmiş prinsipial sxemi şəkil 10.1-də
göstərilmişdir.

Şəkil 10.1. Avtomatik potensiometrin sadələşdirilmiş sxemi

Burada termoelektrik termometrin siqnalı (E(tz,t0))


müvazinətsiz körpünün diaqonalından götürülən Uk
kompensasiyaedici gərginliklə müqayisə edilir. Əgər E(tz,t0)Uk
olarsa, vibroçeviricinin girişinə U gərginliyi verilir. Burada
sabit gərginlik dəyişən cərəyan siqnalına çevrilir, sonra
gücləndirici vasitəsilə gücləndirilir və reversiv mühərrikə (RM)
verilir. Mühərrik həm Rr reoxordunun sürüngəcini, həm də ölçmə
cihazının əqrəbini hərəkət etdirir. Sürüngəcin hərəkəti nəticəsində
Uk gərginliyi dəyişir, U =0 olanda o, ölçülən termo – e.h.q. ilə
müvazinətləşir və mühərrik dayanır. Beləliklə, t.e.h.q.-nin hər cür
dəyişməsi RM-in hərəkətə gəlməsinə səbəb olur, başqa sözlə,
cihaz fasiləsiz olaraq ölçülən siqnalı məlum gərgnliklə
kompensasiya edir. Seriya ilə buraxılan avtomatik cihazların
dəqiqlik sinifləri 0,25; 0,5 və 1,0 olur.

10.1.2. İstilik şüalanmasına görə cisimlərin


temperaturunun ölçülməsi (pirometriya)

Temperaturu mütləq sıfırdan yüksək olan hər bir səth


elektromaqnit şüalanma buraxır. Bu şüalanmaya görə cismin

108
temperaturunu təyin etməyə imkan verən ölçmə cihazları
şüalanma pirometrləri və yaxud sadəcə pirometrlər adlanırlar.
Qızdırılan cismin temperaturu artdıqca onun şüalanma
spektri (müəyyən uzunluqlu dalğada şüalanması – parlaqlığı) və
inteqral şüalanma (tam şüalanma) sürətlə artır. Qızdırılan cismin
bu iki xassəsindən istifadə edərək həmin cismin temperaturu
ölçülür. İş prinsipləri bu xassələrə əsaslanan şüalanma
pirometrləri optik və radiasiya pirometrlərinə ayrılır.
Optik pirometlər. Optik pirometrlərin iş prinsipi
temperaturu ölçülən və etalon kimi qəbul edilən cismin par-
laqlığının müqayisəsinə əsaslanmışdır. Etalon cisim vəzifəsini
közərmə lampası (daha doğrusu onun teli) görür. Bu qrup
cihazlardan ən geniş yayılanı közərmə teli itən optik
pirometrlərdir. Şəkil 10.2-də pirometrin prinsipial sxemi
verilmişdir.

Şəkil 10.2. Pirometrin prinsipial sxemi

Şüalandırıcının 1 təsiri obyektivin linza 2 və diafraqma 4


ilə lampanın 5 közərmə teli müstəvisinə fokuslanır.Közərmə
lampası 11 reostatı və 10 mənbəyindən qidalanır.
Lampanın qidalanma dövrəsinə şkalası tempeartur
dərəcələri ilə dərəcələnən cihaz (mullivoltmetr) 9 qoşulmuşdur.
Operator diaqram 6, linza 8 və qırmızı işıq 7 süzgəci
vasitəsilə közərmiş cismin fonunda lampanın telini görür.
Ölçmə zamanı obyektiv temperaturu ölçülən közərmiş cismə,
gözlük isə gözə yaxınlaşdırılır. Közərmiş cismin və lampanın
109
telinin aydın görünüşü alındıqdan sonra reostatın sürüngəci
hərəkət etdirilərək lampanın telinin parlaqlığı tənzim edilir.
Cihazdakı qırmızı işıq süzgəci yalnız müəyyən dalğada olan
şüaları buraxır.Lampanın telinin orta hissəsi gözdən itənə qədər
reostatın sürüngəci hərəkət etdirilir. Bu vaxt millivoltmetrdən ölçü
götürülür. Lampanın közərmə teli volframdan olub, 14000C-yə
qədər qızdırıla bilər. Bu temperaturdan yüksək temperaturları
ölçmək üçün cihaz boz işıq süzgəci ilə təchiz edilir. Boz işıq
süzgəci, müxtəlif uzunluqlu dalğaları eyni dərəcədə udur.

10.1.3. Optik-lif temperatur vericisi

Optik-lif temperatur vericisinin struktur sxemi şəkil 10. 3


- də göstərilmişdir.

Şəkil 10.3. Optik-lif temperatur vericisinin struktur sxemi

110
Vericinin iş prinsipi flyuoressensiya effektinə əsaslanır.
Optik lifin xarici ucuna flyuoressent maddə çəkilir.
Ultrabənövşə diapazonlu zondlu optik şüanın təsirindən
yaranan ikinci şüalanma bu lif tərəfindən qəbul olunur.
Flyoressent şüalanmanın təşkiledicilərindən biri üçün (1 = 510
nm) ölçülən mühitin temperaturundan güclü, digər təşkiledicisi
üçün isə (2 = 630 nm) çox zəif asılılıq xarakterikdir.
Temperatur siqnalı müvafiq 1 və 2 intensivliklərinin nisbəti
kimi iki dalğa uzunluğu metoduna görə hesablanır. Zondlayıcı
mənbə kimi ultrabənövşəyi  = 300…400 nm-li işıq diodu istifadə
olunur.Belə vericinin temperaturu ölçmə diapazonu -50 … 200C,
dəqiqliyi – 0,1C; çağırışa cavabvermə müddəti – 0,5 saniyədir.
Radiasiya pirometrlərinin iş prinsipi şüa enerjisinin istilik
təsirinə əsaslanmışdır. Ragiasiya pirometrləri optik sistemlə
(linzalarla) təchiz edilir. Bu optik sistem tempearturu ölçülən
közərmiş cisimdən gələn şüaları adətən kiçik termoelektrik
batareyadan (bir neçə kiçik ətalətli termocütlərin
ardıcılbirləşdipilməsi), elektrik müqavimət termometrlərindən və
ya termistorlardan ibarət olan istilik qəbuledicidə toplayır. İstilik
qəbuledici ölçü cihazı (ÖC) kimi millivoltvertlərdən, avtomatik
potensiometrlərdən və muvazinətli körpülərdən istifadə edilir.

10.2. Təzyiqin ölçülməsi

Təzyiqi ölçmək üçün müxtəlif metod və vasitələrdən


istifadə edilir.
Elastik həssas elementli manometrlərdə təzyiqin ölçüsü
olaraq manometrik yayın əqrəbli mexanizmə ötürülən elastik
yerdəyişməsi götürülür. Həssas element kimi metallik və qeyri-
metallik müxtəlif membranlar, silfonlar, borulu yaylar və s.
istifadə olunur.
Elektrik manometrlərinə aşağıdakılar aiddir:
Müqavimət manometrlərinin iş prinsipi ölçülən təzyiq
nəticəsində onların həssas elementlərinin elektrik xassəsinin
dəyişməsinə – keçiricinin müqavimətinin təzyiqə görə
111
dəyişməsinə əsaslanmışdır. Cihaz həssas elementi diametri
0,05 mm olan manqanın naqildən hazırlanmış makaradan
ibarətdir. Təzyiq nəticəsində makaranın dolaqlarının elektrik
müqavimətinin dəyişməsi avtomatik müvazinətli körpülər
vasitəsilə ölçülür.
Tutum manometrlərinin iş prisipi müstəvi kondensato-
run tutumunun onun lövhələri arasında məsafədən asılı olaraq
dəyişməsinə əsaslanmışdır.
Pyezoelektrik manometrlər əsasən dinamik təzyiqləri
ölçmək üçün istifadə olunurlar. Pyezoelektrik material kimi daha
çox kvars kristalı işlədilir ki, onlarda tətbiq edilən təzyiqin
qiymətindən asılı olaraq elektrostatik yüklər yaranır. Potensiallar
fərqinə görə təzyiqin qiyməti haqqında mühakimə yürüdülür.
Differensial manometrlər təzyiqlər fərqini ölçməyə
imkan verir. Onlar ayrıca və ikinci cihazla birlkdə işləyə
bilər.Bu tip manometrlərə üzgəcli, silfonlu və membranlı
difmanometrlər daxildir. Təzyiqin ölüulməsində optik-lif
vericilərindən də istifadə edilir. Belə təzyiq vericisi optik
vericilərin əksetdirmə növünə aiddir. Burada işığın əksolunma
şəraitinin dəyişməsi membrana ilə yerinə yetirilir.
Təzyiq vericisinin struktur sxemi şəkil 10.4-də göstəril-
mişdir.

Şəkil 10.4.Təzyiq vericisinin struktur sxemi

112
Vericinin konstruksiyasında 100 lifdən ibarət optik-lif
hörməsi və qalınlığı təxminən 20 mkm olan həssas membrana
istifadə olunur. Təcrübədə belə təzyiq vericisi maye mühitlərin
təzyiqini 10 kPa-a qədər qeyd etməyə imkan verir.

10.3. Təcilin ölçülməsi

Hərəkətli obyektlərin təcilini ölçən cihazlara akselerometr


deyilir. Adətən ölçmə prosesində xətti təcil ətalət qüvvəsinə
çevrilir: F = ma, burada m – hərəkət edən cismin kütləsi, a –
təcildir.
Ölçmənin vəzifəsi burada qüvvənin ölçülməsindən ibarət
olur. Elektrik akselerometrləri prinsip etibarilə yerdəyişmə
çeviriciləridir. Elektrik hissələrinin növünə görə akselerometrlər
rezistiv, induktiv (passiv) və pyezoelektrik (aktiv) təcil ölçmə
çeviricilərinə ayrılırlar.
Rezistiv təcil çeviricilərində seysmik kütləyə təsir edən
qüvvənin elektrik kəmiyyətinə çevrilməsi körpü sxeminə
qoşulmuş metal və yaxud yarımkeçirici tenzorezistorlarının
köməyi ilə yerinə yetirilir. Rezistiv təcil çeviriciləri passiv
çeviricilərdir. Yarımkeçirici həssas elementli rezistiv çeviricilər
– pyezorezistiv çeviricilər daha yüksək həssaslığa malikdirlər.
İnduktiv təcil çeviriciləri kiçik ölçülərə malik olmaqla çox
həssasdırlar və statik vəziyyətdə qeyri – məhdud istifadə oluna
bilərlər.Belə çeviricilərdə bir neçə başlanğıc keçid prosesindən
sonra kütlə ölçülən təcilə mütənasib olacaqdır. Kütlənin
yerdəyişməsini elektrik siqnalına çevirmək üçün reostat, induktiv
və differensial transformator çeviricili akselerometrlərin giriş
kəmiyyətlərinin dəyişmə diapazonu (1 – 10) mm, tenzorezistor
çeviricilərində xüsusi rəqslərin tezliyi bir qədər çox olur.
Yüksək tezliklər spektrinə malik təcilin ölçülməsi üçün
pyezoelektrik çeviricisi olan akselerometrlərdən istifadə olunur.
Ölçülən təcilin təsirindən çeviricinin seysmik kütləsi
müəyyən qüvvə yaradır və bu qüvvə pyezoelektrik həssas
elementə təsir edərək, onun səthində elektrik yüklərinin və
nəticədə təcilə mütənasib olan elektrik gərginliyinin yaranmasına

113
səbəb olur. Bu gərginliyin sonradan emalı üçün çox böyük giriş
müqavimətinə malik olan gücləndiricilər tələb olunur.
Optik-lif təcil vericisinin iş prinsipi ikiqat optik şüasınma
effektinə əsaslanmışdır.Bu effekt əsasında qurulmuş təcil
vericisinin struktur sxemi şəkil 10.5-də göstərilmişdir.

Şəkil 10.5.Fotoelastiklik effekti əsasında təcil vericisi

Yük bilavasitə optik elementə bərkidilmişdir. Yükün rəqsi


zamanı elementə kütlənin təcilə hasilinə mütənasib qüvvə təsir
edir ki, bu da ikiqat şüasınmanın əmələ gəlməsinə səbəb olur.
Bunun nəticəsində optik kristalın çıxış kənar səthində şüaların
optik gedişlərinin fərqinə L mütənasib olan fazalar fərqi 
yaranır.Fotoelastik elementdən sonra yerləşən ¼ dalğalı lövhə
dairəvi polyarizasiyalı işıq dalğalarını xətti polyarizasiyalı
şüalanmaya çevirir. Analizatordan sonra optik güc fotodetektorla
detektrlənir.Optik-lif akselerometrinin baxılan növünün köməyi
ilə 0,1 … 30 g diapazonunda təcilləri 3 kHs-ə qədər tezlik
zolağında 1%-ə qədər dəqiqliklə ölçmək olar.

10.4. Bucaq sürətinin ölçülməsi - optik-lif hiroskopu

Hiroskop inersial idarəetmə və naviqasiya sisteminin əsas


elementi olub, bucaq sürətini ölçmək funksiyasını yerinə yetirir.

114
Bir çox aviasiya və robototexniki sistemlərdə indiyə qədər
mexaniki hiroskoplar tətbiq edilir ki, bunların da hazırlanması
xüsusi diqqət və dəqiqlik tələb edir.
Halqa tipli optik-lif hiroskopları mexaniki hiroskoplardan
hərəkət edən elementlərinin olmaması, yüksək həssaslıq və xətti
xarakteristikalı olçmə, praktiki olaraq ani işə düşmələri ilə
fərqlənirlər.Həlqəvi optik-lif hiroskopunun struktur sxemi şəkil
10.6-da göstərilmişdir. Optik-lif hiroskopu belə işləyir.

Şəkil 10.6.Optik-lif hiroskopunun struktur sxemi

Birmodalı optik lifli halqaya optik linzalar və mənbənin


optik oxuna nəzərən 45 bucaq altında yerləşdirilmiş ayırıcı optik
lövhə vasitəsilə lazer şüalanması daxil edilir. Lövhənin olması
nəticəsində optik lifdə işıq dalğaları bir-birinə qarşı istiqamətdə
yayılırlar (səpələnirlər). Əgər sistem inersial məkana görə
sükunətdədirsə, qarşı-qarşıya olan dalğaların optik yolları eynidir
və onlar arasında fazalar fərqi yaranmır. Optik sistem  bucaq
sürəti ilə fırlandıqda bu dalğaların ayırıcı lövhəyə çatma

115
müddətləri arasındakı fərq nəticəsində fazalar fərqi  yaranır.
Bu fərq nəticəsində fotoelementin bəbəyi müstəvisində
interferensiya mənzərəsi yaranır, qəbul edilən siqnalın intensivliyi
 
isə belə ifadə olunur: P  P1  P2  P1P2  cos  ,
burada P1, P2 – qarşı-qarşıya optik dalğaların intensivlikləridir.
Fotodetektrləndikdən sonra siqnalı emal bloku fırlanmanın
bucaq sürətini  hesablayır. Xüsusi optik sistem P1 = P2 şərtini
təmin edir, belə ki, bu halda sistemin fazanın  dəyişməsinə olan
həssaslığı optimaldır.
Baxılan hiroskop bucaq sürətini yüksək dəqiqliklə ölçməyə
imkan verir. Bu prinsipdə kiçik qabaritli hiroskoplar
hazırlanmışdır. Onlar avtomatik idarəetmə və aviasiya, kosmik
texnika naviqasiya sistemlərində geniş tətbiq olunurlar. Hal-
hazırda Yaponiyada, Rusiyada, ABŞ-da, Fransada bu prinsipdə
inteqral optik hiroskopların hazırlanması sahəsində aktiv
tədqiqatlar aparılır.

10.5. Ölçmə informasiyasinin yığılması və emalı

Ölçmə informasiyasının yığılması və emalı üçün ölçmə-


hesablama kompleksləri (ÖHK) geniş istifadə olunur. ÖHK vahid
metroloji təminat əsasında fəaliyyət göstərən və ölçmə
informasiyasının alınması, emalı və istifadə olunması
alqoritmlərini realizə edən, proqramla idarə olunan ölçmə,
hesablama, köməkçi texniki vasitələr və tədqiqat obyektinə (TO)
təsiredici vasitələr yığımından ibarətdir.
Bu halda komplekslər aşağıdakı əməliyyatları yerinə
yetirir: ölçmə nəticələrinin ilkin emalı; verilənlərin daxilolma
tempində dolayı, birgə və müştərək ölçmə nəticələrinin alınması;
sorğuların, növbələrin, prioritetlərin qoyulmasının, operatorla
dialoq rejiminin təşkili də daxil olmaqla eksperimentin gedişində
ayrı-ayrı qovşaqların fəaliyyətinin idarə edilməsi; metroloji
xarakteristikalara nəzarət də daxil olmaqla komplekslərin
traktlarının işləmə qabiliyyətlərinə nəzarət; alınan informasiyanın
servis emalı (nəticələrin cədvəl, qrafika və s. şəklində təqdim

116
olunması); alınan informasiyanın yadda saxlanması; analoq və
diskret siqnallar şəklində tədqiqat obyektinə idarəedici təsirlərin
yaradılması.
ÖHK blok-modul prinsipində icra edilən texniki vasitələr
əsasında qurulur ki, bu da belə komplekslərin dəyişən struktur
üzrə yaradılmasına imkan verir. Bu cür ÖHK elmi tədqiqatların
(ET AİS), texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə
sistemlərinin (TP AİS) yaradılması, eləcə də kosmik gəmilər,
dəniz gəmiləri və digər nəqliyyat vasitələri kimi mürəkkəb
obyektlərin idarə edilməsi üçündür.
Təyinatından asılı olaraq ÖHK-nin aşağıdakı növləri
vardır:
- ET AİS-lərin yaradılması,eləcə də müxtəlif məmulatların və
materialların sınağı üçün universal ÖHK;
- ET AİS və yaxud TP AİS-nin məhdud saylı eyni tipli məsələ
yığımları üçün problem yönlü ÖHK;
- tək-tək (spesifik) tədqiqat və yaxud sınaq məsələləri üçün
unikal ÖHK.
ÖHK-də hesablama vasitələri kimi analoq, hibrid və
rəqəm hesablama qurğuları, mikro- və mini-kompyuterlər istifadə
oluna bilər.
ÖHK müxtəlif prinsiplərdə qurula bilərlər. 10.7 a şək-
lində informasiya-ölçmə sistemindən (İÖS) və kompyuterin
kaskadlı birləşməsindən istifadə edən ÖHK-nin struktur sxemi, b
şəklində isə kompyuterin qapalı kontura qoşulduğu ÖHK-nin
struktur sxemi göstərilmişdir.
10.7, a şəklindəki sxemdən görünür ki,ölçmə informa-
siyası TO-dan vericilər (V) vasitəsilə qəbul edilərək, informa-
siyanı çevirmə və təsviretmə bloklarına (ÇTB) verilir. Ölçmə
informasiyası rəqəm tablolarının köməyi ilə tədqiqatçıya (T)
çatdırılır və müxtəlif hesablamalar aparılması üçün kompyuterə
daxil edilir.
Tədqiqatçı təsiretmə qurğuları (TQ) vasitəsilə TO-ya təsir
edərək onun vəziyyətinin tələb olunan xarakteristikalarını ala
bilir. Bütün kompleks qapalı avtomatik sistem kimi qurulduqda
ÖHK-nın yeni imkanları tam şəkildə aşkar olur.

117
Şəkil 10.7. İÖS və kompyuter kaskadlı birləşməsindən istifadə
edən (a) və kompyuter qapalı kontura qoşulduğu (b) ölçmə -
hesablama komplekslərinin struktur sxemləri

Belə sistem ümumi proqramla işləməyə, ölçmə


informasiyasının emalına,TO-ya təsir etmək üçün qərarlar qəbul
etməyə,həmçinin T ilə qarşılıqlı təsir şəraitinə görə birləşmiş
olur (şəkil 10.8, b). Burada ORQ-obyektlə rabitə qurğusudur.
ÖHK qurulmasının əsasını rəqəm ölçmə texnikasının müasir
vasitələri və kiçik kompyuterlər təşkil edir. ÖHK də İÖS kimi
eyni sistem uyğunluğu əlamətləri olan aqreqat-modul prinsipi
əsasında qurulur. Ancaq ÖHK üçün daha bir uyğunluq
əlamətini,yəni proqram uyğunluğu əlamətini yerinə yetirmək
lazımdır. Proqram uyğunluğu dedikdə funksional bloklar arasında
informasiya mübadiləsi qaydalarının unifikasiya edilməsi,
uyğunluğu və normalaşdırılması başa düşülür.

118
ƏDƏBİYYAT

1. Məmmədov H.Ə., Əhmədov R.M. Ölçmə texnikasının əsasları


– Bakı: 2011.
2. Məmmədov H.Ə., Hacıyev Ç.M. Ölçmə nəticələrinin emal
metodları -Bakı: Sabah, 2008.
3. Məmmədov H.Ə.,Əhmədov R.M. İdarəetmə sistemlərinin
element və qurğuları – Bakı: Elm, 2006.
4. Məmmədov H.Ə., Namazov M.B., Əhmədov R.M. Avtomatlaş-
dırmanın əsasları – Bakı: Elm, 2009.
5. Ahmedov R. Sensorsysteme & Digitale Signalverarbeitung –
Edication and Culture, Baku, 2003
6. Tumanski S. Principles of electrical measurement, CRC Press
Taylor & Francis Group, 2006
7. Putten van A.F. Electronic Measurement Systems: Theory and
Practice, IOP Publ., 2003
8. Rathore T.S. Digital Measurements Techniques, CRC
Press,, 2004
9. Измерительные оптические трансформаторы тока и на-
пряжения – www.ruscable.ru
10. Волоконно-оптические трансформаторы тока и напря-
жения – www.profotech.ru
11. Трансформаторы постоянного напряжения и тока –
www.onaton.ru
12. Андреев А.Н., Гаврилов Е.В. и др. Оптические измерения
– М.:логос, 2012.
13.Жижин В. Волоконно-оптические датчики: перспективы
промышленного применения – «Время электроники»,
2010, www.russianelectronics.ru
14.Окоси Т., Oкатото К. и др. Волоконно-оптические датчики
– Л.:Энергоатомиздат, 1991
15.Власов М., Сердцев А. Оптические трансформаторы –
Энергоатомиздат, 2007, №1
16. Оптические измерительные преобразователи –
www.tektologic.ru

119
17. Blake I., Williams W., Glasov C., Bergh R., Fetting K.,
Hadley E. and Sanders G.- Optical Current Transducers for
High Valtage Applications, 2nd EPRI Optical Sensors Systems
Vorkshop, Atlanta, San.2000
18. Nikolay I. Starostin, Maksim V.Ryabko, Yurii K.
Chamorovski,... “Interferometric Fiber – Optic Electric
Current Sensor for Industrial Application”, Key Engineering
Materials, vol.437, 2010
19.Wilde I.P., Hesselink L., Mclahon S.W. et al. Measurement of
electro-optic and electro-gyratory effects in Bi12TiO20. Appl.
Phys.vol.67, №5,1990

120

Das könnte Ihnen auch gefallen